Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
İyn 08, 2017 | 12:00 / Görüşlər
Oxunub 8134 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rusiya Federasiyası Perm Milli Tədqiqat Politexnik Universitetinin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Tədbirdə Perm Milli Tədqiqat Politexnik Universiteti tərəfindən universitetin “Neft və qaz yataqlarının işlənməsi və geologiyası” elm-tədris mərkəzinin  direktoru İlyuşin Pavel Yurieviç və həmin mərkəzin elmi əməkdaşı Qorbuşin Anton Vasilieviç, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfdən, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev, institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və şöbə müdiri,  AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev iştirak etmişlər.

İnstitutun direktoru, akademik  Dilqəm Tağıyev qonaqlara  rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və həyata keçirilən elmi layihələr  barədə məlumat verib.

Perm Milli Tədqiqat Politexnik Universitetinin  “Neft və qaz yataqlarının işlənməsi və geologiyası” elm-tədris mərkəzinin  direktoru, texnika elmləri namizədi İlyuşin Pavel Yurieviç də öz növbəsində apardıqları elmi – tədqiqat işləri barəsində məlumat verərək bildirdi ki, əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi hazırda önəmli məsələlərdən biridir.

Görüşdə İnstitutla Perm Milli Tədqiqat Politexnik Universiteti arasında elmi əlaqələrin genişləndirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar institutun lobaratoriyalarını gəzib, maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə əyani tanış olublar.  

JURNALLAR
Faydalı linklər