Xəbərlər
Devi Hemfri
İyn 01, 2017 | 12:50 / Maraqlı məlumatlar
Oxunub 4940 dəfə

Devi Hemfri  kimyanın qeyri-üzvi və elektrokimya sahəsində aparılan elmi işlərin banisidir.  O, azot-1 oksidin keyləşdirici, ağrı kəsici təsirini aşkar etmiş və onun tərkibini təyin etmişdir. Alim suyun elektrolizini öyrənib onun hidrogen və oksigenə parçalanmasını təsdiq edib. O, duzların və qələvilərin elektrolizi zamanı kalium , natrium, barium, kalsium, maqnezium və stroniumun amalqamını  almışdır.

Alim xlorun elementar təbiətini təsdiq etmişdir. O, P.L.Dyulonqadan asılı olmadan müstəqil turşuların hidrogen nəzəriyyəsini işləyib hazırlamışdır.

Devi Hemfri Hey- Lyussakla eyni zamanda yodun elementar təbiətini təsdiq etmişdir. O, təhlükəsiz mədən lampasını yaratmışdır. Alim platin və palladiumun katalitik təsirini aşkar etmişdi. O, həmçinin metallik litium almışdır.

JURNALLAR
Faydalı linklər