Xəbərlər
FotoVideo
Akademik Akif Əlizadə AMEA-nın magistratura pilləsinin ilk məzunları ilə görüşüb
May 08, 2017 | 12:55 / Görüşlər
Oxunub 1649 dəfə

Mayın 8-də AMEA Rəyasət Heyətində Akademiyanın magistratura pilləsinin ilk məzunları ilə görüş keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə görüşün tarixi əhəmiyyətini vurğulayaraq Akademiyanın ilk magistrantı adını qazanmış gəncləri təbrik edib. Bildirib ki, bu gənclərin AMEA-nın elmi təcrübəsindən yararlanaraq aldıqları təhsil onların peşəkar mütəxəssis kimi yetişmələrində və gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacaq.   

Akademik A.Əlizadə Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) fəaliyyəti, burada gənc tədqiqatçılar üçün yaradılmış şərait haqqında məlumat verərək, magistrantları dünya elminə inteqrasiya etməyə, daim axtarışlar edərək öz elmi potensiallarını gücləndirməyə çağırıb.

Sonra magistrantların hər biri 2 il ərzində aldıqları təhsil, əldə etdikləri təcrübə və nailiyyətlərdən söz açıblar. Bildiriblər ki, xarici ölkə alimlərinin mühazirələrində, müxtəlif resbublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, AMEA-nın laboratoriyalarında aparılan tədqiqatlarla tanışlıq onların elmi təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. Məzunlar magistratura təhsili ilə bağlı xoş təəssüratlarını bölüşərək, yaradılan şəraitə görə akademik Akif Əlizadəyə təşəkkürlərini bildiriblər.

Sonda AMEA rəhbəri yaxın günlərdə respublika üzrə Azərbaycan dilini ən yaxşı bilən magistrant və doktorant müsabiqəsinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, növbəti addım olaraq rus və ingilis dilini ən yaxşı bilən magistrant və doktorant müsabiqəsinin də keçirilməsi planlaşdırılır. 

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev və Dilqəm TağıyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim MəmmədovMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovMagistratura şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov və İctimaiyyətlə Əlaqələr və Elmin Papulyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

JURNALLAR
Faydalı linklər