Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti
Apr 21, 2017 | 12:55 / Görüşlər
Oxunub 2030 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akademik  M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xaricdə tədqiqat və təlim koordinatoru professor Filip Turek və Fransa- Azərbaycan Universitetinin koordinatoru Şarlotta Payenlə görüş keçirilmişdir. AMEA-nın vitse –prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qonaqlara  rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə İnstitutla  Strasburq Universiteti və  Fransa- Azərbaycan Universiteti arasında əlaqələrin genişləndirilməsi məsələləri, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar institutun laboratoriyalarını gəzib, maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə əyani tanış olublar.  

JURNALLAR
Faydalı linklər