Xəbərlər
Foto
KEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyəti müzakirə olunub
Apr 04, 2017 | 11:47 / Konfranslar, iclaslar
Oxunub 7428 dəfə

 

Bu gün AMEA Rəyasət Heyətində Kimya Elmləri Bölməsinin (KEB) ümumi yığıncağı keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev açaraq yığıncağın KEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib.

Bölmədən "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Kimya" ixtisası üzrə isə müxbir üzvlüyə 1 vakant yerin nəzərdə tutulduğunu deyən akademik ümumilikdə 14 namizədin qeydə alındığını diqqətə çatdırıb.

Daha sonra hər bir namizəd öz elmi fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonda namizədlərin təqdimatlarına dair fikir mübadiləsi aparılıb. 

www.science.gov.az 

JURNALLAR
Faydalı linklər