Xəbərlər
Kimyaçılar məhluldan optik elementləri çökdürməyi öyrəndilər
Apr 05, 2017 | 09:20 / Maraqlı məlumatlar
Oxunub 4890 dəfə

Harvard tədqiqatçıları duzlu məhlulda müxtəlif  formalı mikrostrukturların əmələ gəlməsi səbəbini izah etmişlər. Öz modellərindən istifadə edərək onlar verilmiş parametrlərə malik strukturlar, o cümlədən , işığı keçirən mikposkopik optiki elementlər yetişdirdilər. Məqalə Sceince jurnalında çap olunub. Müəlliflərin öz tədqiqatları haqqındakı rəyləri isə Vussa institutunun saytında oxumaq olar.

Yeni məqalədə tədqiqatçılar riyazi bazanı forma əmələgəlmə prosesinə gətirməklə parametrlərdən biri (qb) pH –dan asılı olan model hazırladılar. Bu parametri dəyişməklə və prosesi  kompüterdə simulyasiya etməklə müəlliflər əvvəldən verilmiş formanın strukturlarını almağa nail olublar. Onlar müəyyən ediblər ki, strukturun böyüməsi zamanı mühitin turşuluğunu  monipulyasiya etməklə prosesi “düz” rejimdən –burulma rejiminə keçirmək,  həmçinin onların ölçüsünü dəyişmək olar.

JURNALLAR
Faydalı linklər