Xəbərlər
Yanacaq elementlərində platin-molibden karbidinin istifadə edilməsi
Apr 04, 2017 | 09:30 / Maraqlı məlumatlar
Oxunub 4598 dəfə

Çin və ABŞ-nın bir qrup tədqiqatçıları hidrogen yanacaq elementini təmin etmək üçün metanol və sudan katalitik yolla hidrogenin çıxarılması üçün platin- molibden karbidindən istifadə etmək üsulunu işləyib  hazırlayıblar. Nature  jurnalında çap olunmuş bu məqalədə yanacaq elementində istifadə edilə bilən hidrogenin yeni  alınma metodu alimlər tərəfindən işıqlandırılıb.

Reaksiyanı aparmaq üçün prosesdə  yeni katalizator olan platin- molibden karbiddən istifadə edilir. Bu isə H2 alınmasına və karbon dioksidin ayrılmasına gətirib çıxarır. Tədqiqatçılar müəyyən etmişlər ki, bu prosesi qələvi materiallardan istifadə edilmədən 150oC – 190oC -də aparmaq olar. Onlar iddia edirlər ki, bu metod metanoldan istifadə edilən başqa metodlardan beş dəfə effektivdir. 

JURNALLAR
Faydalı linklər