Xəbərlər
Video
"Elm və İnnovasiya" elmi-publisistik proqramında "Yalançı elmə qarşı mübarizə" komissiyasının AMEA-da həyata keçiriləcək tədbirlərinə həsr olundu
Mart 30, 2017 | 10:33 / Konfranslar, iclaslar
Oxunub 4783 dəfə

AzTV kanalında yayımlanan “Elm və İnnovasiya” elmi publisistik proqramının dünənki qonağı AMEA-nın vitse prezidenti, eyni zamanda Rəyasət heyyətinin nəznində fəaliyyət göstərən “Yalançı elmə qarşı mübarizə” komissiyasının sədri Dilqəm Tağıyevin çıxışı oldu. Çıxışında  akademik yalançı elmlə mübarizənin zəruriyyətindən danışdı. O bildirdi ki, komissiyanin yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir. İnternetin bizə verdiyi bir çox informasiyanın nə dərəcədə dəqiq oldugunu bilmədiyimiz bir dövürdə yalançı elmlə tez-tez rastlaşdığımızı vurğuladı. Lakin bu mübarizənin elə də asan olmadiğını bildirən akademik, yalançı elmin sübutu üçün vaxt, hövsələ və vəsait tələb olunduğunu bildirdi.

Verilişin sonunda aparıcı  akademik Rasim Əliquliyev komissiya üzvlərinə fəaliyyətlərində ugurlar arzuladı.

JURNALLAR
Faydalı linklər