Mart 02, 2017 | 09:30 / Mühüm hadisələr
Ukrayna Milli Elmlər Akademiyasının A. V. Dumanski adına «Kolloid Kimyası və suyun kimyası» İnstitutunun direktoru, «Химия и технология воды» jurnalının baş redaktoru, Ukrayna MEA–nın akademiki, k.e.d., professor V. V. Qonçaruk akademik Dilqəm Tağıyevə məktubla müraciət edərək, adı çəkilən jurnalın nəşriyyat sənədlərinin yeniləşdirilməsi ilə əlaqədar onun bu sahədə tanınmış alim olduğunu qeyd etməklə jurnalın beynəlxalq redaksiya şurasında iştirak etmək üçün razılıq verməsini xahiş etmişdir.
Bu jurnal 1979-cu ildən institutun bazasında təşkil olunmuş və xaricdə «Springer» ilə əməkdaşlıq edən Pleiades Publishing və «Allerton Press», Inc.» (ABŞ) nəşriyyatları tərəfindən tam tərcümə edilir və «Journal of Water Chemistry and Technology» adı ilə yayılır. Jurnal aşağıdakı bölmələr üzrə orijinal elmi nəzəri və eksperimental məqalələr dərc edir: elmdə su haqqında yenilik ; suyun işlənməsi və texnologiyasının nəzəri əsasları; suyun işlənməsi proseslərinin fiziki kimyası ; suyun analitik kimyası; təbii və çirkab sularının analizi; suyun mineralsızlaşdirilıması və su hazırlığının texnologiyası; suyun təmizlənməsinin bioloji metodlari; təbii sular.
Hal-hazırda jurnal aşağıdakı bazalarda indeksləşdirilir; SCOPUS, Web of Science: Science Citation Index Expanded , Academic OneFile, ASFA, Chem Web, Compendex, CSA/Proquest, EMBiology, Expanded Academic, GeoRef, Google Scholar, Inspec, OCLC,Summon by Serial Solutions.
Nəşriyyat sənədlərinin yenidən tərtib olunması ilə əlaqədar Sizdən, bu sahədə tanınmış ixtisasçı alim kimi, Beynəlxalq Redaksiya Heyətində iştirak etmək üçün razılıq verməyinizi xahiş edirik. (fax ya da E-mail).