Xəbərlər
Foto
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Fev 24, 2017 | 12:50 / Konfranslar, iclaslar
Oxunub 7763 dəfə

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən faciənin bütün dünyada soyqırım aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verildiyini bildirən Məhəmməd Babanlı qeyd etdi ki, bütün bunlar gənclərdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər.

Tədbirdə çıxış edən institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, professor Özbək Əliyev və başqaları ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl baş verən proseslər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası barədə danışıblar. Bu dəhşətli qətliamı törədənlərin öz layiq olduqları cəzalarını alacaqlarına inandıqlarını qeyd ediblər.

JURNALLAR
Faydalı linklər