Xəbərlər
Akademik M.Nağiyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının «Palmarium Academic Publishing» nəşriyyatında çap olunmuş "Многофункциональные соединения на основе эпихлоргидрина"adlı kitabı işıq üzü gördü. Almaniya-2016
Fev 06, 2017 | 12:00 / Nəşrlər
Oxunub 6034 dəfə

Monoqrafiyada epixlorhidrinin, çoxfunksiyalı birləşmələri  reaksiyaları (oksiturşularla, aminoturşularla, sulfoturşularla, tioturşularla, ketospirtlərlə, oksişulfoturşularla, aminotiofenollarla) və eyni zamanda tsiklik ketonlarla, fenollarla, laktamlarla, oksitlərlə ətraflı öyrənilmiş. Tsiklik efiroketallar və aminoketallar üzrə bölmələr verilmiş, eyni zamanda naften, aromatik turşuların mono və diepoksiefirlərinin və naften sırası doymamış spitlərin sintez və alınma mexanizmləri ilə əlaqədar məsələlərə baxılmışdır. Sintezin optimal şəraiti öyrənilmiş, reaksiyaların kinetika və mexanizmi tədqiq edilmiş, fiziki-kimyəvi göstəricilər təyin edilmiş və alınmış çoxfunksiyalı birləşmələrin tədbiq sahələri verilmişdir. Kitab üzvi sintez  və neftkimyası sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutlmuşdur. Müəllif kollektivi – neft kimyası və üzvi sintez, kompleks birləşmələr kimyası və ekstraksiya prosesində çalışan aparıcı mütəxəssislərdir. Onların əsas elmi istiqaməti neft karbohidrogenlərinin oksidləşmə reaksiyalarında və başqa katalitik proseslərdə istifadə olunan biomimetic katalizatorların sintezidir. 

С.К. Шарифова, С.Б. Зейналов, Э.Р. Гусейнов "Многофункциональные соединения на основе эпихлоргидрина". Palmarium Academic Publishing, Saarbrücken, Deutschland/Германия - 2016. 88 c.

JURNALLAR
Faydalı linklər