Xəbərlər
Genetiklər yeni qaralmayan alma növü yetişdirdilər
Yan 25, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 4680 dəfə

CBS News –un xəbər verdiyinə görə, Amerikanın ginetika üzrə mühəndisləri almanın kəsiyinin qaralmasının qarşısını almaga müvəffəq oldular. “Arktik alma ” adlı yeni məhsul fevral ayında ABŞ-ın magazalarına (super marketlərinə daxil olacaq).  Yeni yaradılmış almanın təbiətdə bitən almadan fərqi ondan ibarətdir ki, 3 həftə ərzində yeni yaradılan almanın kəsik sahəsi qaralmır. Almanın yumşaq yeri polifenoloksidaza nəticəsində rengini dəyişdirir. Bu ferment hava ilə təmasda xinonlar əmələ gətirir. O ucu kəsiyi qəhvəyi rəngə boyayır. “Arktika “nın yaradıcıları onun strukturuna fermen  xaric edən yeni gen daxil ediblər.

Bunun nəticəsində almalar daha ucuz başa gəlir və daha uzun müddət saxlanılır.

Amerikadan sonra bu meyvənin  satışına Kanada icazə verdi. Orda “əbədi” almalar bir ay sonra satışa cıxarılacaq. Ancaq  istehsalçının dediyinə görə “Arktika “da  qarala bilər, əgər almanın kəsiyinə  bakteriyalar gəlib catıbsa .

Amerikada 85 min yeni növ alma agacı yetişdirilib. 2018-ci ildə miqdarını yarım milyona çatdırmagı planlaşdırılır. 

JURNALLAR
Faydalı linklər