Xəbərlər
Akademik M.Nağiyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının Moskva şəh. “Maska” nəşriyyatında çap olunmuş «Механика и реология нефтяных дисперсных систем» adlı kitabı işıq üzü gördü
Yan 09, 2017 | 09:39 / Yeni nəşrlər
Oxunub 1359 dəfə

Bu kitabda neft suspenziya və emulsiyalarında hidrodinamika və kütlə mübadiləsi məsələlərinin təhlili nəzərdən keçirilib. Dispers mühitdə gedən əsas hadisələrin quruluş-sistem analizi aparılmışdır. Eyni zamanda qeyri-nyuton neftlərinin reologiyasına və neft emulsiyalarının ayrılma proseslərinin modelləşdirilməsi məsələrinə baxılmışdır.

Bu kitab neft dispers sistemlərində hidrodinamika və kütlə mübadiləsi ilə məşqul olan mütəxəssislər üçün elmi və praktiki əhəmiyyətə malikdir. Həmçinin, bu kitab tələbələr, maqistr, doktorant və texnoloji ixtisaslar üzrə mühəndislər üçün faydalı olacaq.                                                                                       

Q.İ.Kəlbəliyev, S.R.Rəsulov, D.B.Tağıyev, Q.R.Mustafayeva «Механика и реология нефтяных дисперсных систем». Moskva “Maska”, 2017. 462 s.

JURNALLAR
Faydalı linklər