Xəbərlər
Mendeleyev cədvəlində rəsmi olaraq yeni elementlər əlavə olunub
Dek 01, 2016 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 5688 dəfə

Beynəlxalq tətbiqi və nəzəri kimya birliyi (IUPAC) son zamanlar kəşf edilmiş yeni kimyəvi elementlərin 113, 115, 117 adını təsdiq etdi. Elementlər rəsmi adlarını aldı: “ Nixoniy” (Nh), “Moskosium” (Mc), “Tennessin” (Ts).

“Nixoniy” (Nh), (113-cü element) adı Riken institutunun yapon mütəxəssisləri tərəfindən təklif olunub və alimlərin ana dilində bu “gündoğan ölkə” deməkdir. “Moskovium” (Mc), (115) öz adını Moskva  reqionunun  şərəfinə  adlandırılmışdır. Məhz burada , Moskva yaxınlığında Dubnada , Birləşmiş Nüvə Tədqiqatları institutunda ilk dəfə  yeni kimyəvi element sintez edilib. İşin əsas hissəsi Tennesi ştatında Oak –Ridj Milli laboratoriyasında aparıldığına gorə 117-cı elementin adı «tennessin» adlandırıldı.

Hal-hazırda cədvəlin yeddinci sırası tamamilə doludur. İndi yeni kəşf olunmuş bu elementlərin öyrənilməsi ilə yanaşı , alimlərin diqqəti yeni kimyəvi elementlərin axtarılmasına yönəlib.

JURNALLAR
Faydalı linklər