Xəbərlər
Elmi Şuranın növbəti iclası keçirilmişdir
Noy 25, 2016 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 5092 dəfə

Bu gün Elmi Şuranın genişləndirilmiş iclasında  İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam etmişdir. İclası İnstitutun direktoru,  AMEA Kimya  Elmləri Bölməsinin akademik katibi, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, bu gün “Oksidləşdirici heterogen kataliz” və “Nano- və elektrokataliz” şöbələrinin hesabatları dinləniləcək. Sonra müvafiq  şöbələr üzrə labaratoriya rəhbərləri  2016- cı il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında məruzə etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev müzakirələr vaxtı laboratoriya və şöbə rəhbərlərinə tövsiyyə və tapşırıqlarını verdi. Sonda hesabatların qəbul olunması haqqında qərar qəbul edildi. Qeyd edək ki, noyabrın 28-də Elmi Şurada qalan şöbələrin hesabatları dinləniləcək və bununla da hesabatların dinlənilməsi başa çatacaqdır. 

JURNALLAR
Faydalı linklər