Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyi münasibətilə institutunun 4 nəfər əməkdaşına elmin inkişafında göstərdikləri elmi fəaliyyət və xidmətlərini nəzərə alaraq şəxsi işlərinə yazılmaqla təşəkkür elan edilib
Noy 17, 2016 | 12:20 / Mühüm hadisələr
Oxunub 5173 dəfə

AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev institutun 80 illik yubileyi münasibətilə 4 nəfər əməkdaşa şəxsi işinə yazılmaqla təşəkkür elan etmişdir. Həmin əməkdaşlardan biri AMEA-nin müxbir üzvü Əli Nuriyevdir. O, 1954-cü ildən bu institutda çalışır. 1978-ci ildə Əli Nuriyev “Naxçıvan termal sularından təmiz karbon qazının alınma texnologiyası”nın yaradılmadasına görə Azərbaycan SSR Dövlət mükafatına layıq görünmüşdur. Hazırda Əli müəllim öz fəaliyyətini uğurla davam etdirərək "Sorbsiya prosesləri“ şöbəsinə, həm də “Qeyri-üzvi sintetik sorbentlər” laboratoriyasına rəhbərlik edir.

Digər iki əməkdaş “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının aparıcı elmi işçiləri texnika üzrə fəlsəfə doktoru İzida Məmmədyarova və kimya üzrə fəlsəfə doktoru Aydın Kazımovdur. “Elmi nəşrlər” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Zoya Zaytseva da təltif olunanlardandır. O, uzun illərdir ki, “Azərbaycan Kimya jurnalı”nın redaktorudur.

JURNALLAR
Faydalı linklər