Xəbərlər
Foto
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda İnstitutun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı çərçivəsində gənc alim və mütəxəssislərə “Akademik Murtuza Nağıyev adına mükafat”ın təqdimatı olmuşdur
Noy 16, 2016 | 12:58 / Yubileylər
Oxunub 9761 dəfə

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik  Dilqəm Tağıyev bildirdi ki, bu mükafat 2013-cü ildən bu tərəfə hər il nailiyyəti olan gənclərə verilir. Akademik gənclərə göstərilən diqqət və qayğıdan danışdı, belə mükafatın gənclərdə stimul yaratdığını vurğuladı və 2016-cı  ildə institut gənclərinin qazandığı nailiyyətləri qeyd etdi. O, bildirdi ki, İnstitutun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı çərçivəsində dünən “Akademik Murtuza Nağıyev adına mükafat”a iddiaçi olan gənclərin çıxışları dinlənildi. Mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını bildirən Dilqəm Tağıyev institut gənclərindən  7 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi. Komissiyanın gənclərin çıxışlarını və daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun  araşdıraraq irəli sürülmüş namizədlərin 4- nün  fəaliyyətinin yüksək  qiymətləndirildiyini bildirdi.   

Sonra akademik Dilqəm Tağıyev   görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqladı.

Tədbirdə müsabiqənin   qalibləri elmi işçi  Ülvi Nəcəf-Quliyeva , elmi işçi Natəvan Soltanovaya, elmi işçi Elmir Babayeva və elmi işçi Səadət Hümbətova   elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə  təltif olundular.

Sonda akademik D.Tağıyev  diploma layiq görülən institutun  gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

JURNALLAR
Faydalı linklər