Xəbərlər
FotoVideo
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı öz işinə başlamışdır
Noy 15, 2016 | 11:00 / Yubileylər
Oxunub 2681 dəfə

15 Noyabr  2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Akif Əlizadə İnstitutun 80 ildə şərəfli yol keçdiyini, hal-hazırda onun Kimya Elmləri Bölməsinin aparıcı elmi-tədqiqat İnstitutlarından biri olmasını qeyd etdi. Müasir dövrün çağırışları və kimya elmi qarşısında duran əsas vəzifələr haqqında danışan akademik Akif Əlizadə Kataliz və Qeyri-Üzvü Kimya İnstitutunun kollektivinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı və onlara bu işlərdə ugurlar arzuladı.

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi İnstitutun direktoru akademik Dilqəm Tağıyev öz məruzəsində İnstitutun yaranma tarixi onun keçdiyi yol, vaxtı ilə İnstitutda işləmiş görkəmli kimyaçılar, onların ixtiraları, kimya elminə verdiyi tövhələr haqqında konfrans iştirakçılarına məlumat verdi. İnstitutun son illərdə əldə etdiyi nailiyyətləri xüsüsi vurgulayan akademik Dilqəm Tağıyev impakt faktoru yüksək olan nüfuzlu jurnallarda çap olunan məqalələrin və onlara edilən istinadların sayının sürətlə artmasını, innovasiya xarakterli işlərin yerinə yetirilməsinin,bəzi işlərin tətbiq olunmasını, gələcəkdə İnstitutun elmi simasını müəyyən edəcək perspektiv elmi istiqamətlər üzrə tədqiqatların başlanmasını konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Konfransda iştirak edən qonaqlardan akademiklər Abel Məharrəmov, Fəxrəddin Qədirov, Adil Qəribov, Fuad Əliyev, Vaqif Abbasov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədli və başqaları İnstitut kollektivini 80 illik yubiley münasibəti ilə təbrik etdilər və gələcək tədqiqatlarında onlara daha böyük uğurlar arzuladılar.

Qeyd edək ki, konfrans günün ikinci yarısı və sabah müvafiq seksiyalar üzrə öz işini dəvam etdirəcək. Bundan başqa sabah konfrans çərçivəsində Gənc alimlərə akademik Murtuza Nağıyev mükafatı təqdim olunacaq.

JURNALLAR
Faydalı linklər