Xəbərlər
Noyabr ayınınn 15-16-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçiriləcək. Konfransın açılış mərasimi noyabrın 15- də saat 1100- da AMEA-nın əsas binasının Dairəvi zalında baş tutacaqdır
Noy 11, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 1117 dəfə

Konfransda   kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi – tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə olunacaq.Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 25 şifahi məruzələrin dinlənilməsi, 185 posterin nümayişi nəzərdə tutulmuşdur.

Konfransda “Akademik M.Nağıyev qiraətiləri”  çərçivəsində gənc alimlərin çıxışları olacaqdır. Bundan başqa gənc tədqiqatçılara “Akademik Murtuza Nağıyev“ mükafatının təqdim olunması da, konfransın proqramına daxildir.

Konfransın proqramı   institutun  saytında yerləşdirilmişdir :  www.kqkiamea.az                      

JURNALLAR
Faydalı linklər