Xəbərlər
Akademik M. Nağıyev adına “Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun” əməkdaşlarının “Heterogen mühitlərdə metalların korroziyası və hidrogenləşməsi” kitabı “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çap olunmuşdur
Noy 03, 2016 | 11:00 / Nəşrlər
Oxunub 5401 dəfə

Toplu, metalların korroziyadan və hidrogenləşmədən inqibitorlarla, metal örtüklərlə, termiki emalla korroziya nöqteyi-nəzərdən aqressiv heterogen mühitlərdə(ikifazalı sistemlərdə, elektrolitlərdə, turşularda) mühafizəsinə həsr olunmuşdur. Milli Elmler Akademiyasının “Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun” korroziya laboratoriyasında su keçirməyən, plastik, mühafizə olunan səthlə möhkəm adgeziya xassəsinə malik örtüklər işlənib hazırlanmışdır. Onlar korroziya gedən səth sahələrində çatlar, soyulmalar və qabarmalar əmələ gətirmirlər. Bu ortüklər, digər mühafizə sistemlərinin istifadəsi mümkün olmayan qapalı, yüksək rütubətliyə malik-metropoliten tunellərində istifadə olunmaq üçün təklif edilmişdir. Karbonlu poladların mühafizəsi üçün xrom və titanın karbidləri əsasında termodiffuziya ortükləri alınmışdır. Turş mühitlərdə termiki emalın martensit-austenit paslanmayan poladların korroziya və elektrokimyəvi xassələrinə təsiri tədqiq olunmuşdur. Korroziya zamanı poladın hidrogenləşməsinə inqibitorların təsiri oyrənilmişdir. Toplu tələbələr və metalların korroziyadan mühafizəsi ilə məşğul olan mütəxəssislər üçün təklif olunur.

Изида Мамедъярова, Дильшад Селимханова, Эльшан Акберов. «Коррозия и наводороживание металлов в гетерогенных средах» LAP LAMBERT Academic Publishing, Saarbrücken, Deutschland - 2016. 132 с .  

 

JURNALLAR
Faydalı linklər