Xəbərlər
AMEA-nın müxbir üzvü M. Babanlının və kimya üzrə fəlsəfə doktoru Z. Əliyevin impakt faktoru 13.334 olan “ACS NANO” jurnalında «Multiple Coexisting Dirac Surface States in Three-Dimensional Topological Insulator PbBi6Te10» məqaləsi dərc olunmuşdur
Okt 14, 2016 | 10:40 / Mühüm hadisələr
Oxunub 4795 dəfə

Məqalədə Angle-resolved photoemission spectroscopy (ARPES) metodu ilə ekzotik xassəli 3D topoloji izolyator, PbBi6Te10 üçlü birləşməsinin elektron quruluşu tədqiq edilmiş və bu birləşmənin kristal quruluşu ilə əlaqədar olaraq fərqli elektron zolaqlarının mövcudluğu, onlara uyğun Dirak konuslarının vəziyyətləri təcrübi olaraq aşkar edilmişdir. Eyni zamanda Fermi səviyyəsinə yaxın Raşba parçalanma səviyyələri və topoloji səth səviyyələri ilə birlikdə mövcud olan daha dərin M- və V-formalı zolaqların  olduğu da göstərilmişdir. Eksperimental nəticələr və PbBi6Te10 brləşməsinin kristal quruluşuna əsasən müxtəlif səth topologiyası skan tunel mikroskopiya (STM) vasitəsilə müəyyən edilmişdir. 

«Multiple Coexisting Dirac Surface States in Three-Dimensional Topological Insulator PbBi6Te10» Marco Papagno, Sergey V. Eremeev, Jun Fujii,  Ziya S. Aliev, Mahammad B. Babanly, Sanjoy Kr. Mahatha, Ivana Vobornik, Nazim T. Mamedov, Daniela Pacilé, and Evgueni V. Chulkov.  ACS Nano 2016, 10, 3518−3524

JURNALLAR
Faydalı linklər