Xəbərlər
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının «Теория и практика гранулирования порошкообразных материалов» adlı kitabı nəşr olunub.
Okt 03, 2016 | 11:07 / Nəşrlər
Oxunub 5646 dəfə

Kitab müxtəlif təbiətli tozvari materialların dənəvərləşməsi prosesinin nəzəri analizi, modelləşməsi, aparat tərtibatı və layihələşdirilməsinə həsr olunub. Kitabda geniş fiziki və fiziki-kimyəvi hadisələr spektrində müəyyən ölçülü, formalı və quruluşlu hissəciklərin modelləşmə prosesləri izah edilir, tozvari materialların dənəvərləşməsinin bütün texnoloji mərhələləri, müxtəlif qurğu və cihazları: yüksək xarici gərginlikli qarışdırıcı qurğu, fırlanan baraban cihazları və başqaları göstərilir. Üyüdülmüş alunitin, polimetallik mis konsentratlarının və tozvari gilin dənəvərləşməsi prosesi tədqiq edilir. Kitab elmi işçilər, texnoloqlar, tələbə, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Г.И. Келбалиев, Ф.М. Садыхов, Г.М. Самедзаде,

А.Н. Мамедов, Д.Б. Тагиев. Теория и практика гранулирования порошкообразных материалов. Баку: ЭЛМ. 2016. 330 с.

 

 

JURNALLAR
Faydalı linklər