Xəbərlər
Foto
Türkiyənin “AYESAŞ” şirkəti ilə AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında memorandum imzalanıb
Sen 28, 2016 | 09:28 / Konfranslar, iclaslar
Oxunub 7557 dəfə

28 sentyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Türkiyənin “Aydın  Yazılım və Elektronik Sanayii A.Ş” (AYESAŞ) şirkəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumu “AYESAŞ” şirkətinin baş direktoru Əziz Sipahi və AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev imzalayıb.

Memorandum çərçivəsində Azərbaycan və Türkiyə ilə yanaşı, digər ölkələr üçün də, layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

JURNALLAR
Faydalı linklər