Xəbərlər
Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir
May 12, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 5602 dəfə

12 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri”  mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.  

Plenar iclasda    AMEA-nın müxbir üzvü, professor, AMEA Kataliz və Qeyri –üzvi Kimya İnstitutunun elmi işlər üzrə director müavini  Məhəmməd Babanlının “Topoloji izolyator xassəli qeyri-üzvi materialların kimyası”  mövzusunda çıxışı maraqla dinlənilmişdir.Alim son illər topoloji izolyatorların tədqiqi və tətbiq perspektivləri sahəsində dünyada aparılan elmi – tədqiqat işlərindən danışaraq bildirdi ki , 2015-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə təmsil etdiyi institutda beynəlxalq laboratoriya yaradılmışdır  və bu sahədə intensiv elmi  işlər aparılır.O, bildirdi ki, bir sıra beynəlxalq elmi mərkəzlərlə   bu sahədə   aparılan müştərək multidissiplinar işlərin nəticəsi olaraq bu il artıq bir neçə məqalə yüksək impact faktorlu jurnallarda (Nano Letters-İF 13.64; ACS Nano-İF 12.9; Nano Research- İF 7.0 və s.) nəşr olunmuşdur.

Konfransda həmçinin İnstitutun professorları İmir Əliyev və Arif Əfəndi konfransın müxtəlif bölmələri üzrə elmi məruzələrlə çıxış etmişlər.

JURNALLAR
Faydalı linklər