Xəbərlər
Nanorobotlar vasitəsilə insan həyatını xilas etmək mümkün olacaq
Sen 21, 2016 | 11:10 / Maraqlı məlumatlar
Oxunub 5138 dəfə

Nanotexnologiyanın sürətli inkişafı sayəsində tibb sahəsində mühüm irəliləyişlər gözlənilir. Belə ki, gələcəkdə həkimlər pasiyentlərini nanorobotlar vasitəsilə müayinə edə biləcəklər. Həmin robotlar insan tərəfindən udula və yaxud bədənin hansısa nahiyəsinə inyeksiya edilə bilər. Bu zaman insan bədənində gedən prosesləri daha yaxından izləmək mümkün olacaq.

Zurix Universitetinindən olan bir qrup tədqiqatçı çay qaşığı ölçüsündə nanorobotlar istehsal etmək niyyətindədir. Alimlər bu kiçik robotları göz nahiyəsinə birbaşa inyeksiya etməklə kapilyarlarda gedən qan laxtalanması prosesinin qarşısını alacaq.

Qeyd edək ki, ötən il Massaçusets Texnologiya Universitetinin alimləri oriqami adlı həb ölçüsünə qədər kiçilə bilən nanorobot hazırlayıb. Alimlər süni insan mədəsi və qida borusundan, eləcə də mədə divarını izləyən xarici maqnit qurğusundan istifadə etməklə bir sıra tədqiqatlar aparıblar.

seeker.com

JURNALLAR
Faydalı linklər