Xəbərlər
"Elm və həyat" elmi-populyar jurnalının növbəti sayı işıq üzü görüb
Avg 17, 2016 | 12:50 / Nəşrlər
Oxunub 5181 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasında yarım əsrdən çox fəaliyyət göstərən “Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.

Elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbbibəylinin “H.Əliyevin dövlətçilik təlimində ədəbiyyat sistemi və müasir dövr” adlı məqaləsi işıq üzü görüb. Bundan başqa, jurnalda “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, “Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzusunda məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Respublika Dövlət mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də yer alıb.

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyevdir

JURNALLAR
Faydalı linklər