Xəbərlər
AMEA-da Vahid Elektron Kataloq yaradılacaq
İyl 29, 2016 | 09:30 / Mühüm hadisələr
Oxunub 4955 dəfə

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransın nəticələrinə əsasən Vahid Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə akademiyanın institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaradılması zərurəti yaranıb.

Bu ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən Vahid Qeydiyyat Sistemi (VQS) hazırlanıb istifadəyə verilib.

AMEA-nın institut və müəssisələrində VQS-nin tətbiqi ilə bağlı təlim-məşğələ keçirilib. Təlimdə VQS-nin təqdimatı, onun tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırılıb. Həmçinin növbəti müddətdə AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün MEK-də iş yerlərində həmin sistemin tətbiqi ilə bağlı məşğələlər keçirilib.

JURNALLAR
Faydalı linklər