Beynəlxalq əlaqələr

 

 

İnstitut Yaponiya, Almaniya, Fransa, İs­paniya, İtaliya, İsveç, Hollandiya, Dani­marka, İsveçrə, Türkiyə, Rusiya və s. ölkə­lərin 40-dan artıq, həmçinin Respub­li­ka­nın bir sıra elmi-tədqiqat müəssisələri və universitetləri ilə  elmi əməkdaşlıq edir. 

Bu il İnstitutda İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəsi ilə "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Mate­riallar" və Almaniyanın Berlin Texniki Uni­ver­­siteti, Böyük Britaniyanın Haddersfild Universiteti və Be­larusiyanın Minsk İstilik və Küt­lə Dəyişməsi İnstitutu ilə "Neft mən­şəli kaus­tobiolitlərdən alınan na­no­karbon ma­te­­rialları əsasında kata­li­za­tor­ların sinte­zinə və tətbiqinə dair fun­da­men­tal tədqi­qatlar" (İNTERLABCAT) beynəlxalq labora­to­ri­yaları yaradıl­mışdır.

- 2012-2013- cü illərdə Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycan Hökuməti ilə Tərəfdaşlıq Proqramı çərçivəsində “Development of controlled technology of special synthetic iron- Xüsusi sintetik çuqunun alınmasında idarə olunan texnologiyanın işlənməsi” mövzusu üzrə işlər yerinə yetirilmişdir.

- 2012- ci ildən Moskva Energetik İnstitutunun Milli-Elmi Tədqiqat Universiteti ilə elektrokimya sahəsində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur;

- 2011- ci ildən Misir Ərəb Respublikasının Sahok Universiteti ilə yarımkeçirici nazik təbəqələrin və nanohissəciklərin elektrokimyəvi yolla alınması istiqəmətində ( iş 2014-cü ilin sonuna kimi davam etdiriləcək);

- 2010-2012-ci illərdə Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi (Səudiyyə Ərəbistanı) ilə -“Metanın etilenə və asetilənə katalitik oksidləşdirici konversiyası” və “Qaz hidrat üsulu ilə dəniz suyunun şirinləşdirilmə texnologiyasının işlənib hazırlanması” mövzularında tədqiqat işləri aparılıb və yerinə yetirilmişdir;

- 2008-2012-ci illərdə Türkiyə Cümhuriyyətinin Sakarya Universiteti ilə Məişət tullantıların makro-mikroelement tərkibli birləşmələrin əlavəsi ilə zərərsizləşdirilməsi texnologiyasının  işlənib hazırlanması üzrə;

- 2007-2012-ci illərdə İran İslam Respublikası Ali Təhsil üzrə Texniki Mərkəzi ilə kompleks əmələgətirən sintetik və təbii polimerlərlə civə və kadmium ionların sorbsiyası üzrə;

- 2007-2012- ci illərdə Alanya (Türkiyə) Bələdiyyəsi ilə -Bərk məişət tullantıların sızıntı suyunun yerli dolomit və seolit iştirakı ilə təmizlənməsi texnologiyası üzrə;

- 2006-2012- ci illər ərzində Samsun (Türkiyə) Azot fabrikasında fosfat turşusunun Mn, Br mikroelementlərin əlavəsi ilə ekstraksiya istehsalı texnologiyasının təkmilləşdirilməsi;

- 2007-2010-cu illərdə Metalkompleks sorbentlərin sintezi, onların sulfidlərin oksidləşməsi reaksiyalarında tədqiqi və biosensorlar kimi istifadəsi üzrə “Sci Tesh Link” şirkətinin (İsveç), Ruhr Universiteti (Almaniya), Ukrayna MEA-nın Hüceyrə Biologiya İnstitutunun (Lvov), Molekulyar Biologiya və Genetika İnstitutu (Kiyev) və A.Bax adına Rusiya EA Biokimya İnstitutu ( Moskva), alimləri ilə elmi-tədqiqat layihəsi yerinə yetirilmişdir;

- 2005- ci ildə Ukrayna Elmi Texnoloji İnstitutu ilə birlikdə -“ Kiçik güclü klatrat şirinləşdirmə qurğusu” və “Avtonom külək hidrogen stansiyası” mövzuları üzrə  araşdırma və tədqiqat işləri aparılmışdır;

- 2003-2006- cı illərdə Lund Universiteti (İsveç), Bohum Universiteti (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya) Rusiya Elmlər Akademiyasının Farmokologiya İnstitutu və Tiflis Dövlət Universiteti (Gürcüstan) alimləri ilə birlikdə daha bir Beynəlxalq İNTAS birliyinin qrantı üzrə elmi- tədqiqat layihəsi yerinə yetirmişlər;

- 1999-cu ildə  NATO-nun “Elm sülh naminə” proqramı çərçivəsində Mərmərə Elmi-Tədqiqat (Mərmərə, Türkiyə) və akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə qrant almış və “Katalitik seolitlərin sintezi” layihəsi üzrə elmi işlər yerinə yetirilmişdir;

- 1997-2001-ci illərdə Polimer sorbentlərin alınması və sorbsiya proseslərin tədqiqi üzrə Piza Universiteti (İtaliya), Kral Texnologiya İnstitutu, (Stokholm, İsveç), Bremen Universiteti (Almaniya), Rusiya EA-nın Üzvi Sintez İnstitutu və Ural Meşə- Texniki Akademiyası (Rusiya, Yekaterinburq) alimləri ilə birlikdə Beynəlxalq İNTAS birliyinin qrantı üzrə müvəffəqiyyətlə elmi iş yerinə yetirmişdir;   

- 1994-1995-ci illərdə Mərmərə Universiteti ilə (Türkiyə) koordinasiya olunmuş liqandların oksidləşdirici dehidrogenləşdirilməsi ;1994-1997- ci illərdə  “Heterogen biomimetik sistemdə hidrogen –peroksidlə propilenin əlaqəli epoksidləşməsi və hidroksilləşməsi” mövzusu üzrə ABŞ-ın Soros qrantı üzrə 

JURNALLAR
Faydalı linklər