Doktorantura

2016-CI İLDƏ YÜKSƏK  İXTİSASLI  ELMİ  KADRLARIN  HAZIRLANMASI 

AMEA-nın 20 aprel 2016-cı il tarixli 7/15 nömrəli qərarına əsasən İnstitutda Təhsil şöbəsi yaradılıb.

İnstitutun doktorantura və dissertanturasına (2015-ci ili qəbul planına əsasən) 2016-cı ildə 14 nəfər,  doktorantura  yolu ilə 5 (elmlər doktoru hazırlığı üzrə 2, fəlsəfə doktoru hazırlığı üzrə 3), dissertantura yolu ilə 9 (elmlər doktoru hazırlığı üzrə 1, fəlsəfə doktoru hazırlığı üzrə 8)  qəbul olmuşdur.

Hesabat  ilində  56 doktorant  və  dissertant  müxtəlif  ixtisaslardan öz dissertasiya işləri  üzrə  elmi tədqiqat işləri aparmışlar. İnstitutun  doktoranturasında  fəlsəfə doktoru hazırlığı üzrə 25 nəfər  təhsil  alır,  onlardan  10 əyani və 15 qiyabi:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                    –   9

2301.01 – “Analitik kimya” ixtisası                                        –   1

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                       – 10

3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisası          –   2

2307.01 – “Fiziki kimya” ixtisası                                            –   2

2308.01 – “Elektrokomya” ixtisası                                           –   1

Elmlər doktoru hazırlığı üzrə 5 nəfər büdcə hesabına təhsil alır:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                      –   2   

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                      –   2   

2304.01 – “Makromolekullar kimyası” ixtisası                          –   1

İnstitutun dissertanturasında  elmlər doktoru elmi dərəcəsi almaq üçün  7 nəfər:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                       –   3

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                         –   2   

3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisası            –   1

2307.01 – “Fiziki kimya” ixtisası                                              –   1   

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  19 nəfər:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                        –   7

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                          –   4   

2304.01 – “Makromolekullar kimyası” ixtisası                              –   2   

2307.01 – “Fiziki kimya” ixtisası                                                 –   3

3303.01 – “Kimya  texnologiyası və mühəndisliyi” ixtisası             –   3

dissertasiya işi üzrə çalışır.

 

AMEA-nın Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli 15/3 nömrəli qərarı ilə Akademiyada magistratura təhsil pilləsinin yaradılması, İnstitutda elmlə təhsilin inte­qrasiyasına, gənclərin elmə cəlb edilməsinə və elmi kadr potensialının yüksək səviyyədə inkişafına səbəb olmuşdur.

2015/2016-cı tədris ilində İnstitutun  magistraturasına “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə 3 bakalavr qəbul olunmuşlar. Magistrlər I kursu müvəffəqiyyətlə başa vuraraq (akademik göstərici) yüksək təqaüdə layiq görülmüşlər. Hal-hazırda II kursun III semestrində təhsil alırlar. 2016/2017-ci tədris ilində  magistraturaya “Qeyri-üzvi kimya” ixtisası üzrə yüksək balla 2 bakalavr qəbul olunmuşdur: Oruclu Elmir Nəcəf oğlu, Ağazadə Aytən İsmət qızı (AMEA RH-nin 07.09.2016 il 10/2№li qərar).

AMEA-nın Rəyasət Heyətinin 19 oktyabr 2016-cı il tarixli 13/2 №li qərarına əsasən  2017/2018-cı tədris ili üçün  İnstitutun  magistraturasına  daha  3  ixtisasdan 8 yer üzrə qəbul planı təsdiq olunmuşdur.

 

2015-Cİ İLDƏ YÜKSƏK  İXTİSASLI  ELMİ  KADRLARIN  HAZIRLANMASI

Yüksək ixtisaslı elmi kadrların işi doktoranturada və dissertanturada təhsil, dünyada tanınmış elmi mərkəzlərində keçirilən məktəb-seminarlarda, gənc alimlər üçün təşkil olunan beynəlxalq layihələrdə və qrantlarda, müsabiqələrdə, konfranslarda və seminarlarda iştirak etmə yolu ilə həyata keçirilmişdir.

2015-ci ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 2 nəfər qəbul edilmişdir.

Dissertantura yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İnstitutda təhsil alan 17 dissertantdan 4 nəfəri  müxtəlif elmi müəssisələrin işçiləridir və 2 nəfəri isə İran İslam Respublikasının vətəndaşıdır.

Hazirda İnstitutun doktoranturasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün aşağıda göstərilən ixtisaslar üzrə 27 nəfər təhsil alır, onlardan 10 əyani, 17 qiyabi:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                       – 3 qiyabi,  6 əyani

2301.01 – “Analitik kimya” ixtisası                                           – 1 qiyabi

2304.01 – “Makromolekullar kimyası” ixtisası                            – 1 qiyabi

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                         – 8 qiyabi,  3 əyani

3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisası           – 1 qiyabi, 1 əyani

2307.01 – “Fiziki kimya” ixtisası                                             – 2 qiyabi

2308.01 – “Elektrokimya” ixtisası                                           – 1 qiyabi

 

elmlər doktoru elmi dərəcəsi almaq üçün 3 nəfər büdcə hesabına təhsil alır:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                     –  2 nəfər

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                             –  1 nəfər 

İnstitutun dissertanturasжnda elmlər doktoru elmi dərəcəsi almaq üçün 10 nəfər dissertasiya işi üzrə çalışır:

2303.01 – “Qeyri-üzvi kimya” ixtisası                                 –  3 nəfər

2307.01 – “Fiziki kimya” ixtisası                                             –  1 nəfər

2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası                          –  4 nəfər

3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisası             –  2 nəfər

 

fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün 17 nəfər:

2303.01 - “Qeyri-üzvi kimya” ixtisası                                        –   9*nəfər

2307.01 - “Fiziki kimya” ixtisası                                               –   1 nəfər

2316.01 - “Kimyəvi kinetika və kataliz” ixtisası                          –   3  nəfər

2304.01 – “Makromolekullar kimyası” ixtisası                            –   1  nəfər

3303.01 - “Kimya texnologiyası və mühəndisliyi” ixtisası            –   3  nəfər

*Onlardan 2 nəfər xarici ölkə vətəndaşıdır (İran İslam Respublikası).

 

2015/2016-cı  tədris  ili üçün AMEA-nın  magistraturasına qəbul haqqında  Tələbə  Qəbulu üzrə Dövlət Komissiyasının 8/Q saylı 07.09 2015-ci il tarixli əmri ilə   və   Azərbaycan  Milli  Elmlər  Akademiyası  Prezıdentinin 10.09.2015-ci il tarixli  480 №li  sərəncamına  əsasən  İnstitutun  magistraturasına “Kimyəvi kinetika və  kataliz” ixtisası üzrə (əyani) bakalavrlar  qəbul olunmuşlar: İbrahimova Nigar Ziya qızı,  Bəhrəmov Eynulla Siyasət oğlu, Abdurəhmanova Nərmin  Ələsgər qızı.

İnstitutda  magistratura  təhsili  ilə bağlı  normativ-hüquqi  sənədlərə  uyğun  olaraq   tədris prosesi  təşkil  edilmişdir.

Magistrlərlə İnstitutun direktoru akademik Dilqəm Tağıyev görüş keçirmiş və qeyd etmişdir ki, işlərini səmərəli və vaxtında tamamlamaq üçün onlara hər bir imkan yaradılacaq.

JURNALLAR
Faydalı linklər