GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI
2022
İnstitutumuzda ümumilikdə 97gənc fəaliyyət göstərir. Onlardan 68 nəfərini akademik heyət təşkil edir. Qalanları doktorant, magistrant, dissertant və digər vəzifələrdə çalışanlardır.
Qrant layihələrdə iştirak
Hesabat ilində 10 layihədə 18 qrant iştirakçısı təmsil olunmuşdur. Onlardan 1-i beynəlxalq, 9-u yerli qrant layihəsidir. Gənclərimizdən Günel Əzimova beynəlxalq layihə olan Horizon-2020 layihəsinin icraçılarından biridir.
Patent, İxtira və Monoqrafiya
Ümumilikdə hesabat ilində gənclərin iştirakı ilə 8 patent yazılıb, onlardan ikisi çap olunmuş, 6-na isə müsbət rəy alınmışdır. Gənc alimlərin 130 elmi əsəri dərc olunub. Onlardan 21-i yerli, 56-sı beynəlxalq tezis, 29-u yerli, 24-ü beynəlxalq jurnallarda çap olunan məqalələrdir.
Yerli və Beynəlxalq tədbirlərdə iştirak
Bu il üçün gənclərimiz müxtəlif tədbir və konfranslarda iştirak etmişlər. Gənclərimizdən k.ü.f.d Elmir Babayev Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika konfransında plenar məruzə ilə, 2-ci kurs magistrantı Aygün Səfərli Bakı Dövlət Universitetində Akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə, həmçinin Sevinc Cavadova Türkiyənin Ağrı vilayətində keçirilən konfransda onlayn məruzə ilə, Günel Əzimova AMEA-nın Gəncə bölməsində keçirilən Respublika konfransında məruzə ilə çıxış etmişlər.
Eyni zamanda gənc alimlərimizin müxtəlif ölkələrdə beynəlxalq sferada çıxışıları olmuşdur. İnstitutumuzun aparıcı elmi işçisi Elmir Babayev Bişkek, Moskva, Minsk, Nijni-Novqorod şəhərlərində beynəlxalq forumda iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmiş, alimlərlə elmi əlaqələri daha da möhkəmləndirmişdir.
Gənc alimlərimiz müxtəlif təlimlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşlər.
Gənclərimizin təşkilatçılığı və iştirakı ilə baş tutan tədbirlər
Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc alimlərimiz bir sıra vətənpərvərlik ruhunda olan tədbirlərin keçirilməsində iştirak etmişlər.
(“Xocalı Soyqırımı”, 20 Yanvar, 26 İyun-“Silahlı Qüvvələr Günü”, 27 sentyabr-“Anım Günü”, 8 noyabr-“Qələbə Günü”, H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir və s.).
Mədəniyyət günləri
Bu məqsədlə institutumuzun gəncləri Milli Azərbaycan Tarixi Muzeyi, H.Z.Tağıyevin ev muzeyi, Qobustan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyində olmuş və Azərbaycan Atabəylər dövləti sərgisində iştirak etmiş, milli-mədəni, tarixi irsimiz və dəyərlərimiz ilə yaxından tanış olmuşlar.
Vebinarlar
İnstitutumuzda Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra vebinar və seminarlar keçirilmişdir. Onlardan “Sənayedə İnnovativ Kimya Texnologiyaları”, “Nanokimya və İnsan orqanizmində nanohissəciklərin müasir üsullarla təyini” vebinarlarını, “Elektron Paramaqnit Rezonans Spektroskopiyası” adlı seminarı misal göstərmək olar. Vebinarlarda xaricdə yaşayan və elmdə öz sözünü demiş alimlərimiz gənclərə elm yolunda öz töhfələrini vermiş, öz bilik, bacarıqlarını gənclərimizlə bölüşmüş və qoyulan mövzu ətrafında geniş müzakirələr aparmışlar.
Açıq qapı günləri
Xətai rayon 249 nömrəli məktəbin şagirdləri institutumuzun laboratoriyalarında maraqlı təcrübələrlə tanış olmuş, təcrübələrin aparılmasında yaxından iştirak etmişlər. Həmçinin, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri institutumuzda gənc alimlərimizin rəhbərliyi ilə istehsalat təcrübələri keçmişlər.
Sosial layihələr
1 iyun “Uşaqların Müdafiəsi Günü” münasibətilə Uşaq sığınacağı-Reinteqrasiya Mərkə
zində və 2 Saylı uşaq evində yerləşdirilmiş kimsəsiz və valideyn himayəsindən məhrum
olan uşaqlarla elmi yaradıcı görüş keçirmişlər.
Maarifləndirmə
Gənc alimlərimiz Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada məktəblilər üçün “Zərərli Vərdişlərlə Mübarizə”yə həsr olunmuş maarifləndirici görüş keçirmişlər. Alimlərimiz zərərli vərdişlərin insan orqanizminə təsirindən, həmçinin ətrafında olan insanlara vurduğu ziyandan, eyni zamanda onun yaratdığı psixoloji təsirdən danışmışlar.
Asudə vaxtın səmərəli təşkili
Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəran, Qusar və Mingəçevirdə gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək məqsədilə yay düşərgələri təşkil edilmiş və hər birində institutumuzun gəncləri aktiv iştirak etmiş, sertifikata layiq görülmüşlər.
Həvəsləndirmə və mükafatlar
2022-ci ildə İnstitutumuzun bir sıra gəncləri ictimai və elmi fəaliyyətdə fərqləndiyinə görə mükafata layiq görülmüş və fəxri fərmanla təmin olunmuşlar. Gənclərimizdən Elmir Babayev Gənclər günü münasibətilə 2021-ci ildə elmdə fərqləndiyinə görə Gənclər və İdman Nazirliyi, həmçinin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və mükafata layiq görülmüşdür. Gənc alim Nigar İbrahimova və Elnur Oruclu institutumuz tərəfindən elmdə fərqləndiyinə görə Fəxri Fərmana layiq görülmüşlər. Eyni zamanda Nigar İbrahimova AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2022-ci il dekabrın 9-da Elmi Şuranın iclasında “ Şuşa İli”nə həsr olunmuş Gənc Alim və Tədqiqatçıların müsabiqəsində yüksək nəticə göstərdiklərinə k.ü.f.d. Elnur Oruclu və e.i. Günel Əzimova sertifikatla təltif olunmuşlar.
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası cari ildə bir sıra tədbirlər keçirmişdir.
Cari ilin may ayında UFAZ-ın magistrantları ilə görüş keçirilmişdir. Görüşdə institutun qısa tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında magistrantlar məlumatlandırılmış, institutun laboratoriyalarında istifadə olunan müasir cihaz və avadanlıqlarla və onların iş pinsipləri ilə, həmçinin İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi nəticələrlə yaxından tanış olmuşlar.
25.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib. Vebinarda ABŞ-da yaşayan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib. Alim şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəzdən və orada həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlardan söz açıb.C.Musayev tədqiqat mərkəzinin nəzəri və kompüter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırıb. Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sənayedə, farmakologiyada, alternativ və bərpaolunan enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır. C.Musayev birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb.
Cari ilin dekabr ayında İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar təşkil olunub. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vebinarda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev Heydər Əliyevin ekoloji siyasətinə dair ilk sənəd - Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji konsepsiyası barədə məlumat verib. O, konsepsiyada yer alan və respublikamızda ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplərdən bəhs edib. Daha sonra tədbirdə Almaniyanın “Helmholtz Munich” elmi-tədqiqat mərkəzinin əməkdaşı Dr. Gülçin Abbaszadə Almaniyada çalışdığı mərkəz haqqında məlumat verib, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış edib. Məruzəçi ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi vurğulayıb, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli olduğunu bildirib. AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və ölkənin müxtəlif elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı, tələbə və hətta məktəbli həmvətənlərimizin iştirakı ilə keçirilən tədbir Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Cari ildə İnstitutun doktorantı Aynurə Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində birgə doktorantura üzrə təqaüd proqramının qalibi olmuşdur. Həmin proqram çərçivəsində Aynurə Rzayeva iki il müddətində Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasına ezam olunmuşdur.
Cari ilin dekabr ayında Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” mövzusunda tədbir keçirilmişdir.
Bundan başqa il ərzində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası “20 yanvar”, ”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsinin təşkilində aktiv iştirak etmişdir.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Həmrəylik Gününə həsr olunmuş
“Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir.
27.12.2021-ci ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik AMEA Gənc Alim və Mütəxəssislər Şurasının indiyə qədərki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayaraq bildirdi ki, yeni seçilən idarə heyəti və onun sədrindən daha yüksək nəticələr gözlənir. Dilqəm Tağıyev qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində AMEA geniş imkanlara malikdir, institutda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araşdırmalar aparmaları üçün onlara hər cür şərait yaradılıb. Akademik ölkə başçısının gənclər siyasətinə uyğun olaraq respublika səviyyəsində gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onlara verilən geniş imkanların gənclərin inkişafına, onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanılmasına geniş şərait yaradır. Akademik gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihələrində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənimsəməyi tövsiyə etdi.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayevin spikerliyi ilə davam edən tədbirdə “Ltscientific” şirkətinin texniki meneceri İsmayıl Qarazadə “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və onların sıradan çıxmasına təsir edən faktorlar”, ADNSU-nun tələbəsi Aygün Hüseynzadə “Neft-kimya məhsulları və ətraf mühit amili”, AMEA Aşqarlar Kimyası institutunun əməkdaşı Mir Əli İsakov “Teta dalğaların insan kimyasına təsiri”, ChampionX şirkətinin sahə rəisi Orxan Hacıyev "Müasir dövrdə sənayenin inkişafında kimyaçıların rolu", BDU-nun magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” elmi və elmi-populyar mövzularda məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırıldı.
Sonda AMEA İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev qonaqlara dəvətlərini qəbul edib gəldiklərinə görə təşəkkür etdi. O qeyd ki, dünya azərbaycanlılıarının həmrəylik günü fəlsəfəsi ilə səsləşən belə tədbirlərin keçirilməsi və qarşılıqlı görüşlərin təşkili gənclər üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır.
Qeyd edək ki, tədbirdə AMEA-nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri, Radiasiya Problemləri İnstitutları, ADNSU, BDU, Azərbaycan Kimya Cəmiyyəti, AQTİ, LTscientific, CMT group EPO kimya, Evrika liseyi və s. təşkilatları təmsil edən gənclər iştirak etmişlər.
2008-ci ildən “Gənc Alimlər Şurası”, 2013-cü ildən isə “Gənc Alim və Mütəxəssislər Şurası” (GAMŞ) adı ilə fəaliyyət göstərən, bu şuranın yaradılmasında məqsəd, gənc alimlərin intellektual səviyyəsinin artmasına, onların arasından istedadlı gənclərin seçilməsinə, onların xarıci ölkələrdə elmi təcrübə əldə etməsinin təşkilinə, ingilis dili üzrə bilik və bacariqlarının artırılmasına, konfransların, seminarların və maraqlı görüşlərin keçirilməsinə yardım etməkdən ibarətdir. “Gənc Alim və Mütəxəssislər Şurası” institut rəhbərliyinin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirmişdir:
- Institutda son illərdə ingilis dili klubu təşkil olunmuş və gənclər bu klubda maraqlı, elmi və digər mövzularda diskussiyalar aparmışlar. Hal-hazırda institutda ingilis dili kursu da təşkil edilmişdir;
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI
2019
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası 2019-cu il üçün qəbul olunmuş plana uyğun olaraq institut rəhbərliyinin dəstətyi ilə fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın qərar və sərəncamlarının, həmçinin dövlət proqramlarının icrasından irəli gələn gənc alim və mütəxəssislərlə bağlı bütün cari işlər KQÜKİ-nun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən yerinə yetirilmişdir.
01 mart 2019-cu il tarixində AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunda Elm Gününə və Dövri Sistemin 150 İlliyinə həsr olunmuş Respublika Konfransı keçirilib.Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitütinin müəllim, magistr və tələbələri, eləcə də Z.Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Sonda tədbirdə iştirak edən şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” və s. laboratoriyalara ekskursiyalar təşkil olunub və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı əyəncəli təcrübələr əyani olaraq göstərilib. Müəllim və şagirdlər bu tədbirin onlarda və şagirdlərdə böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin xoş olduğunu vurğulamışlar.
Sonda tədbirdə iştirak edən şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər”, “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” və s.
laboratoriyalara ekskursiyalar təşkil olunub və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı əyəncəli təcrübələr əyani olaraq göstərilib. Müəllim və şagirdlər bu tədbirin onlarda və şagirdlərdə böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.
Cari ildə İnstitutda keçirilən bir sıra beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan -İtaliya (09.04.2019), Bolqarıstan-Azərbaycan(03.09.2019) birgə elmi seninarlarının təşkilində və keçirilməsində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası yaxından iştirak etmişdir.
2019-cu ildə bir sıra məktəblərin, o cümlədən Bakı İstanbul Liseyi, Yasamal rayonu 286
saylı orta məktəbinin şagirdləri üçün “Açıq qapı”günləri və ekskursiyalar təşkil edilmiş, şagirdlər institutun laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olmuş,onlar üçün əyləncəli təcrübələr nümayiş etdirilmişdir.
Məktəblilər üçün “Açıq qapı” günləri
Cari ildə Şura sədri Faiq Məmmədov Bakı şəhəri 298 və 151 saylı tam orta məktəblərində “Kiçik Akademiya”ların yaradılması və işinin təşkili prosesində iştirak etmişdir. Eləcədə 290 saylı məktəbdə yaradılan “Kiçik Akademiya”nın Kimya Bölməsinin rəhbəri və şagirdləri ilə institutda görüş təşkil edilmişdir.
“Kiçik Akademiya”larla işin təşkili
Cari ildə Şura sədri Faiq Məmmədov Bakı şəhəri 298 və 151 saylı tam orta məktəblərində “Kiçik Akademiya”ların yaradılması və işinin təşkili prosesində iştirak etmişdir. Eləcədə 290 saylı məktəbdə yaradılan “Kiçik Akademiya”nın Kimya Bölməsinin rəhbəri və şagirdləri ilə institutda görüş təşkil edilmişdir.
Tələbələr heyəti ayrı-ayrı vaxtlarda İnstitutun laboratoriyalarında istifadə olunan müasir cihaz və avadanlıqlarla və onların iş pinsipləri ilə, həmçinin İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi nəticələr iləyaxından tanış olmuş.
Cari ildə İnstitut gənclərindən 1 nəfərUlduz Məmmədovafəlsəfə doktoru elmi dərəcəsinə, 1 nəfər Səbinə Əliyevaisə dosent elmi adına layiq görülmüş və onlara müvafiq diplomlar təqdim olunmuşdur.
İnstitutun 1 gənc əməkdaşı – kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova “Elm Günü”ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Gənc qadınlar elmdə”müsabiqəsinin qalibi olmuşdur.
İnstitutun I kurs magistrantı Xədicə Rüstəmli“Magistr 2019”müsabiqəsinini həvəsləndirici mükafatına layiq görülmüşdür.
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI
2018
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təstiq olunmuş fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.
Cari ilin aprel ayının 5-də İnstitutda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 195 saylı tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir. Hazırda ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaranmışdır və bu istiqamətdə Akademiyada mühüm işlər görülür. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.
Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilmiş və qaliblər tərifnamə ilə təltif olunmuşlar. Bundan başqa açıq qapı çərçivəsində məktəbli uşaqlar üçün Şura üzvlərindən Samirə Məmmədova, Gülşən Nəhmətova və Sevinc Osmanova tərəfindən müxtəlif maraqlı əyləncəli elmi şoular göstərilmiş, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olunmuşdur. Sonda İnstitutun gənc alimi Sevinc Osmanova məktəblilər qarşısında “Zülallar, aminturşuları və onların təbiətdə rolu” mövzusunda məruzə ilə çıxış etmiş, uşaqları maraqlandıran sualları cavablandırmışdır.
19 sentyabr 2018-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bir qrup tələbəsi üçün institut rəhbərliyinin dəstəyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə İnstitutda ekskursiya təşkil olunmuşdur.
Tələbələri qəbul edən AMEA vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev öncə institutun qısa tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında danışdı. Sonra akademik qeyd etdi ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır.
Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin institutda olmasından məmnun olduğunu bildirən akademik qeyd etdi ki, adı çəkilən Universitet sayılıb-seçilən təhsil ocaqlarından biridir və təhsil sahəsində böyük nüfuza malikdır.
Sonra tələbələr institutda bir sıra laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.
Bundan başqa cari ildə BDU və Texniki Universitetin tələbələri üçün institutda yay təcrübəsi təşkil olunmuşdur.
Ötən ildə olduğu kimi, cari ildə də İnstitutda Şuranın təşəbbüsü ilə “Fiziki-kimyəvi analiz üsulları” seminarları təşkil olunmuşdur. Seminarlarda gənc mütəxəssislər, doktorantlar və magistrlər fəal iştirak etmişlər.
Oktyabrın 30-da görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib. Konfransın keçirilməsində Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər.
04-09 iyul 2018-ci il tarixdə AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçirilib.
Həmin tədbirdə İnstitutumuzun 10 fəal gənci iştirak etmiş, sertifikatla təltif olunmuşlar. Tədbir çərçivəsində kimyanın aktual mövzularına həsr olunan interaktiv müzakirələr təşkil olunub. Bir panel üzrə təşkil olunan müzakirədə İnstitutun aparıcı elmi işçisi, Şamo Tapdıqov “Xitin və Xitozan: təbiətdən müasir biotexnologiya və gen mühəndisliyinə qədər” mövzusunda məruzə etmiş və gənclərin suallarını cavablandırmışdır.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün xarici dildən hazırlıq kurslarının təşkilində Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.
Institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə cari ilin oktyabr ayının 1-dən 20- dək İnstitutda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi üçün gənc alim və mütəxəssislər arasında müsabiqə elan edilmiş, 5 nəfər gənc tədqiqatçı müsabiqədə iştirak üçün sənədlərini təqdim etmiş və onların elmi məruzələri dinlənilmişdir. İnstitut rəhbərliyinin əmri ilə yaradılan müsabiqə komissiyasının qərarına əsasən bu mükafata şura üzvü İlahə Mehdiyeva layiq görülmüşdür. Digər 4 gəncə isə həvəsləndirici mükafat verilmişdir.
Gənc alim Şamo Tapdıqov AMEA-nın elmi-tədqiqat proqramı çərçivəsində 18.10.2018 tarixindən 28.10.2018-dək Almaniyanın Karlsruher Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuşdur.
Cari ildə Institut gənclərindən 2 nəfər SOCAR Elm Fondunun elan etdiyi müsabiqədə Xüsusi Layihələr (XL) istiqaməti üzrə, bir nəfər isə HM- Gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat” istiqaməti üzrə qalib olmuşdur.
İl ərzində İnstitut gənclərindən 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Gənc Alim və Mütəxəssislər Şurası “20 yanvar”,”Xocalı soyqırımı “kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsinin təşkilində aktiv iştirak etmişdir.
2017-cı ildə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti:
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2017-ci ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.
Cari il fevralın 12-də Kaspi Liseyinin “Ağ şəhər“ filialının şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir. Tədbir çərçivəsində şagirdlər institutun müxtəlif laboratoriyaları ilə tanış olmuş, müasir cihaz və avadanlıqlar haqqında onlara məlumat verilmişdir.
İnstitutun alimləri və gənc mütəxəssisləri aparılan tədqiqat işləri, onların praktiki əhəmiyyəti və tətbiq perspektivləri barəsində şagirdlərə geniş informasiya vermişlər. Bundan başqa şagirdlərə institutda vaxtilə çalışmış və hal-hazırda işləyən görkəmli alimlərin həyat və elmi fəaliyyətləri haqqında da, məlumat verilmişdiir.
Anoloji tədbir cari ilin aprel ayının 13-də institutda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir. Hazırda, ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaranmışdır və bu istiqamətdə akademiyada mühüm işlər görülür. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilmiş və qaliblər tərifnamə ilə təltif olunmuşlar. Bundan başqa açıq qapı çərçivəsində məktəbli uşaqlar üçün Şura üzvlərindən Samirə Məmmədova, Gülşən Nəhmətova və Sevinc Osmanova tərəfindən müxtəlif maraqlı əyləncəli elmi şoular göstərilmiş, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olunmuşdur. Sonda İnstitutun gənc alimi Şamo Tapdıqov məktəblilər qarşısında “Cansız polimerlər canlı orqanizmlərdə” mövzusunda məruzə ilə çıxış etmiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Eləcə də UNİCER özəl tam orta məktəbin şagirdləri üçün ekskursiya təşkil olunub.Baş tutan ekskursiya zamanı məktəblilərə institutun tarixi və burada aparılan tədqiqat işləri barədə məlumat verilib, elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər üçün müxtəlif əyləncəli və maraqlı təcrübələr əyani göstərilib.
Bundan başqa məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birgə təşəbbüsü və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakıda yerləşən orta məktəblərdə yaradılan istedadlı şagirdlərin "Kiçik Akademiya"ları fəaliyyət göstərir. Cari ildə Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı və Səbail rayonu 162 saylı tam orta məktəblərdə bununla bağlı keçirilən tədbirlərdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər. Eləcə də, cari ildə ali məktəb tələbələrinin institutda yay təcrübəsi təşkil olunmuşdur.
Ötən il olduğu kimi cari ildə də İnstitutda Şuranın təşəbbüsü ilə “Fiziki-kimyəvi analiz üsullarından” - Elektron paramaqnit rezonansı, İnfraqırmızı spektroskopiya, Ultrabənövşəyi spektroskopiya, Rentgenoqrqfik analizdən mühazirə və seminarlar təşkil olunmuşdur. Bu tip seminar və mühazirələrin keçirilməsində məqsəd gənc mütəxəssisləırin, o cümlədən doktorant və magistrlərin fiziki-kimyəvi analizin nəzəri əsaslarının mənimsənilməsi və əldə etdikləri biliklərin praktik olaraq istifadəsini təmin etməkdən ibarətdir.
Noyabrın 21-də görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilmişdir. Konfransın keçirilməsində Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün xarici dildən hazırlıq kurslarının təşkilində Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.
İl ərzində İnstitut gənclərindən 1 nəfər elmlər doktorluğu, 2 nəfər isə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə etmişdir. 4 nəfər dosent elmi adına layiq görülmüşdür.
İnstitutun elmi işçisi Natəvan Sultanova son bir ildə əldə etdiyi elmi nəticələrə görə AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülmüşdür.
İnstitutun magistraturasının məzunu, kiçik elmi işçi Nigar İbrahimova AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında keçirilən “Magistr-2017” müsabiqəsinin 1-ci dərəcəli diplomuna layiq görülmüşdür.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu il noyabr ayının 1-də İnstitutda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi üçün gənc alim və mütəxəssislər arasında müsabiqə elan edilmişdir. Mükafatın əsasnaməsinə uyğun olaraq komissiya namizədlərdən 1-nin fəaliyyətini yüksək qiymətləndirmişdir. Elmi işçi Fidan İbrahimova elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə təltif olunmuş, iki gənc isə – elmi işçi Vüsal Əhmədov və kiçik elmi işçi Səbinə İsmayılova həvəsləndirici mükafata layiq görülmüşlər.
İnstitut gənclərindən 1 nəfər elmlər doktorluğu, 2 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 4 nəfər dosent elmi adı almışdır.
Cari ilin dekabr ayının 15-də Azərbaycan Cənc Alimlərinin I Qurultayı keçirilmişdir. Qurultayın keçirilməsində və təşkilində institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmiş, Şuranın 3 üzvü qurultaya nümayəndə seçilmişdir.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “20 yanvar”, ”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsinin təşkilində aktiv iştirak etmişlər.
2016-cı ildə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti:
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təstiq olunmuş fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2016-cı ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.
Cari ilin may ayının 25-də İnstitutda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir. Hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdən biri elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqidir. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə ilkin elmi dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır. Açıq qapı çərçivəsində məktəblilər üçün “əyləncəli elmi şoular” keçirildi, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olundu. Sonda İnstitutun gənc tədqiqatçısı Aygün İsazadə məktəblilər üçün “Kimya və həyat” mövzusunda məruzə ilə çıxış etdi, onları maraqlandıran sualları cavablandırdı.
Cari ildə İnstitutda Şuranın təşəbbüsü ilə “Fiziki-kimyəvi analiz üsullarından” Elektron paramaqnit rezonansı, İnfraqırmızı spektroskopiya, Ultrabənövşəyi spektroskopiya, Nüvə maqnit rezonansı, Rentgenoqrqafik analizdən mühazirə və seminarlar təşkil olunmuşdur. Bu tip seminar və mühazirələrin keçirilməsində məqsəd gənc mütəxəssisləırin, o cümlədən doktorant və magistrlərin fiziki-kimyəvi analizin nəzəri əsaslarının mənimsənilməsi və əldə etdikləri biliklərin praktik olaraq istifadəsini təmin etməkdən ibarətdir. Mühazirə və seminarlar İnstitutun bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən aparılmışdır.
Bu il 10–15 noyabrda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri" mövzusunda beynəlxalq forum keçirilmişdi. Forum çərçivəsində interaktiv müzakirələr təşkil olunmuş, beynəlxalq konfrans keçirilmişdir. Forumda Türkiyə, Makedoniya, Belarus, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, Pakistan, İraq kimi 14 ölkədən 28 xarici, eləcə də Azərbaycandan ümumilikdə 150-yə yaxın gənc alim və mütəxəssis iştirak etmişdir. Onlar apardıqları elmi-tədqiqat işlərinin nəticələrini müzakirə edərək qarşılıqlı fikir mübadiləsi aparmışlar.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Faiq Məmmədov Forumun Təşkilat Komitəsinin üzvi kimi Forumun yüksək səviyyədə keçirilməsində fəal iştirak etmişdir. Konfrasda İnstitutun 10-a yaxın gənc alim və mütəxəssisi apardıqları elmi-tədqiqat işlərinə dair məruzələr etmiş və onların nəticələri konfrans materialları şəklində nəşr olunmuşdur.
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Kimya Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Bakı Avropa liseyində "Elm guşəsi"nin açılışı olub.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu il oktyabr ayının 1-dən noyabr ayının 1-dək İnstitutda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi üçün gənc alim və mütəxəssislər arasında müsabiqə elan edilmiş, 7 nəfər gənc tədqiqatçı müsabiqədə iştirak üçün sənədlərini təqdim etmişdir.
Həmin gənclər İnstitutun 80 illiyinə həsr olunmuş konfransda “Nağıyev qiraətləri” çərçivəsində məruzələr etmişlər. İnstitut rəhbərliyinin əmri ilə yaradılan müsabiqə komissiyasının qərarına əsasən bu mükafata şura üzvləri Ülvi Nəcəf-Quliyev, Natəvan Soltanova, Elmir Babayev və Səadət Hümbətova layiq görülmüşlər.
15–16 noyabr tarixlərinndə İnstitutun 80 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilmişdir. Konfransda kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi – tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə olunmuşdur.Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 25 şifahi məruzələ dinlənilmiş, 185 poster nümayiş olunmuşdur. Konfransın yüksək səviyyədə keçirilməsində Gənc Alim və Mütəxəssislər Şurası da təşkilatçılardan biri kimi aktiv iştirak etmişdir.
Oktyabrın 31-dən noyabrın 5-dəkII Respublika elm festivalı keçirilmişdir. Festivalın işçi qrupuna İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Faiq Məmmədov daxil edilmiş və şura üzvləri festivalın keçirilməsində fəal iştirak etmişlər. Şura tərəfindən İnstitutun elmi-ictimai fəaliyyətini əks etdirən slayd-rolik və sərgi eksponatları hazırlanmış və festivalda nümayiş etdirilmişdir. Şura üzvlərindən Samirə Məmmədova, Gülşən Nəhmətova və Sevinc Osmanova festivalda müxtəlif maraqlı əyləncəli elmi şoular göstərmişlər.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün ingilis dilindən hazırlıq kurslarının təşkilində Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.
Bundan başqa Gənc Alim və Mütəxəssislər Şurası “20 yanvar” ,”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsinin təşkilində aktiv iştirak etmişdir.
2015-ci il
- 2015-ci ildən Şuranın təşəbbüsü ilə institutda "Fiziki-kimyəvi tədqiqat üsulları" mövzusunda mühazirə və seminarlar təşkil edilmişdir.
- Şuranın təşəbbüsü ilə, akademik M.Nağıyev adına mükafat təsis edilmiş və 2013-2015 illərdə 7 nəfər gənc alimə bu mükafat verilmişdir;
- Şuranın təşkilatçılığı ilə H.Əlıyevin 90 illiyinə həsr olunmuş “Fiziki-kimyəvi analizin müasir metodları” (08.05.2013), “Müasir kütlə spektroskopiyasında son nailiyyətlər” (25.10.2013), ”Spektroskopiya və qaz xromotoqrafiyası sahəsində son nailiyyətlər” (18.06.2014), "Kütlə spektroskopiyası" (29.04.2015) adlı ümumrespublika konfransları keçirilmişdir;
- Şura AMEA GAMŞ-nın həyata keçirdiyi “Əyləncəli elm” və “Regionlarda elmin təbliği” və s. layihələrdə fəal istirak edir.
Gənc Alimlər Şurası "Əsrin müqaviləsi"nin 20 illiyinə və “Neftçilər Gününə” həsr olunmuş Gənc alim və mütəxəssislərin "Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya) aktual problemlərinin həllində multidissplinar yanaşmanın rolu” adlı I Beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. Bakı Elm festivalıda-2014 Şura üzvlərindən 10 nəfəri müxtəlif əyləncəli elmi proqramların keçrilməsində fəail iştirak etmişlər. İnstitutumuzun Gənc Alimlər və Mütəxəssislər Şurası üzvlərindən 3 nəfəri AMEA RH-nin 28 may Respublika günü ilə əlaqədar olan qrant müsabiqəsində 1 nəfər 2-ci, 2 nəfər isə 3-cü yerə layiq görülmüşdür. ARDNŞ Elm Fondunun maliyyə dəstəyi ilə “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə AMEA-nın Gənc alimləri arasında keçirilən müsabiqədə 1 nəfər 2-ci, 2 nəfər 3-cü yerin qalibi olmuşlar.
Azəbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc alim və mütəxəsislərinin qalibi olmuş 2 layihə (2015), üzrə elmi işlər hazırda yerinə yetirilir.