Tətbiq olunan işlər

İNSTİTUTUN  2022-Cİ İLDƏ TƏTBİQ OLUNAN İŞLƏRİ 

 

1.Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi-tədqiqat işləri nəticəsində adı çəkilən SES-lərin hidrotexniki qurğularının (HQ) su mühitində korroziya sürətləri təyin olunmuş, SES-lərin su hövzələrinin kimyəvi və bakterioloji tərkibi müəyyənləş­dirilmişdir. Məlum olmuşdur ki, hər iki SES-in sularında sulfat reduksiyaedici bakte­ri­yalar mövcuddur ki, onların həyat fəaliyyəti HQ-ların avadanlıqları üçün real təhlü­kə yaradır. Aparılmış elmi-tədqiqat işlərinin əsasında qeyd olunan HQ-ların korro­zi­yaya qarşı katod mühafizəsi üsulu təklif edilmiş (katod cərəyanının sıxlığı İk=(3¸4)×10-5A/sm2 ) və onların istismar müddəti müəyyənləşdirilmişdir.

 

2.Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Torpaqşünaslıq və Aqro­kimya İnstitutları arasında imzalanmış müqaviləyə görə yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında   alınan üzvi kompleks gübrə Sa­at­lı rayonunun pambıq sahələrində  tətbiq edilmişdir. Tədqiqat zamanı məlum olmuş­dur ki, gübrənin istifadəsində 1 (bir) hektardan 3500 kq pambıq, məlum gübrənin istifadəsindən isə 1 (bir) hektardan 2800 kq pambıq alınmışdır. Belə ki, bitkinin boyu 115sm, qozaların sayı 21 ədəd olduğu halda üzvi-mineral kompleks gübrə tətbiq ediləndə bitkinin boyu 130sm, qozaların sayı isə 32 ədəd olmuşdur.

 

3.Bəzi d- və f- elementlərinin tereftal turşusu ilə əmələ gətirdikləri nanoquruluşlu kompozit­lərin neftin reoloji xassələrinə təsiri araşdırılmışdır. Bu tədqiqat işləri “Balaxanıneft” NQÇİ-nin nefthasiledici quyusundan və “Siyəzənneft” NQÇİ-nin “Ata-çay” neft yığım məntəqə­sindən götürülmüş neft nümunələri üzərində aparılmışdır. Belə ki, tədqiqatlar nəticəsində kinematik neftin özlülüyün ~65-70%, qətranın miq­darı isə 50% aşağı düşdüyü müəyyən edilmişdir.

 

İNSTİTUTUN  2021-Cİ İLDƏ TƏTBİQ OLUNAN İŞLƏRI

Tətbiqə təqdim olunmuş 3 elmi işdən ən mühümü:

“Baku Steel Company” MMC-nin və  AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qey­­ri-üzvi Kimya İnstitutunun “Keçid elementlərinin xalkogenidləri” labora­tori­ya­sının əməkdaşlarinin birgə apardıqları elmi-tədqiqat işi nəticəsində xaricdən gətirilib şirkətin yayma istehsalatında  istifadə olunan valların innovativ metallurgiya texno­logiyası əsasın­da  daxili resurslar hesabına hazırlanarkən işçi hissəsi üçün keçid elementləri ilə  legirlən­miş funksional xassəli çuqun alınmışdır.  Həmin çuqunun işti­rakı ilə işlənmiş bimetallik val­la­rın yayma prosesində tətbiqi müəssisəyə böyük iqtisadi səmərə verir. (Akt və iqtisadi səmərənin hesabatı  əlavə olunub).

Tətbiq   olunan digər işlər

2020-ci ildən başlayaraq AMEA-nın Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə əsasən “Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında kompleks gübrənin hazırlanma texnologiyasının işlənilməsi” mövzusunda elmi-tədqiqat işinin tətbiqi haqqında akt hazırlanıb. Alınan üzvi mineral kompleks gübrə Səlyan rayon Xələc kəndində tətbiq edilib.Tədqiqat zamanı məlum olmuşdur ki, gübrənin istifadəsində 1 (bir) hektardan 3500 kq pambıq, başqa növ gübrənin istifadəsindən isə 1 (bir) hektardan 2800 kq pambıq alınmışdır. Müqavilə təqdim olunub.

 

 

2021-ci ildə bu müqavilə çərçivəsində yuxarıda gğstərilən “Elmi-tədqiqat institutları” müxtəlif mənşəli xammallar əsasında hazırlanan kompleks üzvi mineral gübrənin sınaqdan keçirilməsi ilə əlaqədar Saatlı rayonunun Azadkənd kəndində yerləşən “Fermer təsərrüfatı” ilə əmək­daşlıq edir. Qeyd olunan ərazidə üzvi mineral kompleksin müxtəlif norma və nis­bətlərdə pambıq bitkisinə veriləcək fenoloji müşahidələr aparılmışdır.

 

 AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən yararsız raket yanacaqlarının zərərsizləş­diril­məsi, bu prosesdən qalan tullantıların daşınması və utilizasiyası xidmətlərini yerinə yetirir.

 

İNSTİTUTUN  2020-Cİ İLDƏ TƏTBİQƏ TÖVSİYƏ OLUNAN İŞLƏRİ

 

- Alunit istehsalı prosesində yaranmış qırmızı şlam tullantısının təkrar emalı üçün aparılan tədqiqatlar nəticəsində onun tərkibində olan nadir metalların qatılaşdırılıb çıxarılmasının yeni innovativ üsulu işlənib hazırlanmışdır.

- Xörək duzunun alınması üçün Neftçala Yod-Brom Zavodu ilə danışıqlar əsasında prosesin tam texnologiyası və lahiyə sənədləri hazırlanıb.

- Azərbaycan Dövlət Neft Şirkətinin “Azəri Kimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda etilen istehsalında xammaldan asılı olaraq 3-10% ağır piroliz qətranı alınır. Onun tərkibində 30-35% naftalin olur. Ağır qətrandan təmizliyi 98,9% olan naftalinin və ağır qətranda olan bəzi tsiklik birləşmələrində naftalinə çevrilməsi prosesləri işlənib hazırlanmışdır.

– AMEA-nın Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə əsasən “Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında kompleks gübrənin hazırlanma texnologiyasının işlənilməsi” mövzusunda layihə hazırlanıb.

 

İNSTİTUTUN  2019-CU İLDƏ  TƏTBİQƏ  TÖVSİYƏ OLUNAN İŞLƏRİ 

 

– Etilen istehsalında əmələ gələn yüngül və ağır qətranların emalı sxemlərinin işlənib hazırlanması (2018-2020); 

– Çən dibi neft şlamlarının təmizlənməsi üçün deasfaltenləşdirici reagentlərin alınması və tətbiqi (2018-2020); 

– Klatrat əmələgətirmənin neft qurğularının hasilatının artırılmasında tətbiqi (2018-2020); 

– Hidrotexniki qurğularda polad avadanlıqlarının istismar şəraitində korroziyasının tədqiqi və mühafizə üsullarının seçilməsi (2019-2020); 

– Alümosilikatlar və polimerlər əsasında nanokompozit materialların alınması və tətbiqi (2019-2020).

 

AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2018-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat 

Tətbiq olunan iş

– Polietilen-bitum modifikasiyası əsasında hidrofob-elastik hermetiklərin alınması (tətbiq aktları var). İş 2014-cü ildən hal-hazıradək davam edir.

 

Tətbiqə tövsiyə olunan işlər

–  Dəmir yol qəzası nəticəsində fenolla çirklənmiş Padar məntəqəsi ərazisinin ekoloji monitorinq və bərpa layihəsi; (2014 il)

–  Neft şlamları və neftlə çirklənmiş torpaqqruntların utilizasiya texnologiyası; (2014 il)

–  Metalüzvi karbinol birləşmələri əsasından hazırlanmış kompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan dib neft şlamlarından təmizlənməsi texnologiyasının işlənib hazırlanması;  (2016 il)

–  Klatrat əmələ gətirmənin neft qurğularının hasilatlarının artırılmasında tətbiqi; (2016-2018 illər)

–  Kimya sənayesində əmələ gələn yan  məhsulların emal texnologiyasının işlənib hazır­lan­ması. (2017 il)     

 

AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2017-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat

 

Polietilen-bitum mo­difikasiyası əsasın­da hidrofob-elastikher­metiklərin

 alınması 

Texniki şərt­lər və töv­siyyələr Meli­orasiya və Su təsərrüfatı ASC tərəfindən qəbul edilmiş və  təqdim edilən hidrofob hermetik nümu­nə­si “Xan Arxı” ka­nalının təmir işlərində tətbiq edilmişdir (aktlar təqdim olu­nub) 

Məsul şəxs: t.ü.f.d. Talıb Hüseynzadə 

Metalüzvi karbinol birləşmələri əsasından hazırlanmış kompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan dib neft şlamlarından təmizlənməsi texnologiyasının işlənib hazırlanması

Ferrosen törəmələri əsaslı nanokompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan şlamların təmizlənməsi üçün Bakı ş. “EKOL Mühəndislik Xidmət­ləri” QSC-nın Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar labora­toriya­sında sınaq tədqiqatları aparılmış və göstərilmişdir ki, kompozitin təsiri ilə emal şlam­larından qum və mexaniki qarışıqlar çöküntü şəklində ayrılır. 

Məsul şəxslər: k.ü.e.d., prof. Gülməmməd Süleymanov

                        k.ü.f.d., ap.e.i. Rövşən Muradxanov  

Klatrat əmələ gətirmənin neft qurğularının hasilatlarının artırılmasında tətbiqi 

Keçid metalların komplekslərinin Azərbaycanın ağır neftlərinin hasilinə və nəqlinə təsiri öyrənilib. Bu komplekslər əsasında hazırlanmış kompozit asfalten və qətranların miqdarı çox olan Muradxanlı neftinin dinamik özlülüyünü 60% azaldır. Neftlə birlikdə çıxan lay sularının codluğunu kompozit aşağı salaraq, onu ekoloji təmiz suvarma su səviyyəsinə qədər təmizləyir. 

Məsul şəxs: k.ü.e.d., Mina Munşiyeva     

Kimya sənayesində əmələ gələn yan  məhsulların emal

texnologiyasının işlənib hazırlanması 

EP-300 qurğusunda (Sumqayıt şəh.) etilen istehsalının yan məhsulu – ağır qətranın emalı nəticəsində yüksək təmizliyi olan (98,9%) naftalinin alınma prosesi işlənilmişdir. Prosesin mahiyyəti ondan ibarətdir ki,  karbohidrogenlərin pirolizində istifadə edilən xammaldan asılı olaraq tərkibində 36%-ə qədər naftalin olan məqsədyönlü məhsulun çıxımı və təmizliyi texnoloji cəhətdən əlverişli sadə üsulla yüksək dərəcədə artırılır. 

Məsul şəxs: t.ü.e.d., prof. Fikrət Sadıqov 

AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2016-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat

1. 2016–cı ildə işlənib hazırlanmış korroziya əleyhinə “Polietilen –Polistirol Bitum modifikasiyası əsasında hidrofob hermetiklər” elmi – texniki şərtlər və tövsiyyələr Quba rayonu Suvarma sistemləri idarəsinin “Xan arxı” kanalının təmir işlərində 1800 pn.M həcmində və “Şəmkir maşın kanalının (II növbəsi)” tikintisində 4000 pn.M həcmində tətbiq olunub.(Tətbiq aktı var)

Məsul şəxslər:   t.ü.f.d. T.Hüseyinzadə

                        k.ü.f.d. H.Tahirli

                        k.ü.f.d. Ş.Bağırov  

2. Mingəçevir su anbarının sualtı polad qurğularında mikrobioloji bakteriayların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlərin  anaerob xassəli olub sudakı SO-24 ionları ilə qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olması  təsdiq edilmişdir. Aşkar olunmuş korroziya prosesinin qarşısını almaq üçün göstərilən hidrotexniki qurğuların katod mühafizəsini təşkil etmək tövsiyə olunmuşdur. Bu istiqamətdə elmi-tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur. (İnnovasiya xarakterli iş)

Məsul şəxslər:  k.ü.f.d. H. Tahirli

                       k.ü.f.d. S.Verdiyev

İnstitutun Tətbiq işləri - 2015

Tətbiq üçün İnnovasiya mərkəzinə təqdim edilmiş işlər

  1. Naften karbohidrogenlərinin tsiklik dien karbohidrogenlərinə selektiv oksidləşdirici dehidrogenləşməsi

İşin rəhbəri: akademik Ağadadaş Əliyev

Proses aşağı temperaturda aktiv seolit katalizatorlarının iştirakı ilə aparılır. Bunun üçün katalizatorlar sintez olunmuş, reaksiyaların kinetikası və mexanizmi öyrənilmiş və proseslərin sənayedə optimal layihələşdirilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Alınan tsiklik dienlər fizioloji aktiv maddələrin, polimer sənayesində, təbii birləşmələrin analoqlarının alınmasında və dərman preparatlarının məqsədli sintezində istifadə olunur.

  1. Etilen istehsalı üçün benzinin pirolizindən alınan ağır qatrandan təmiz naftalinin alınması

İşin rəhbəri: t.e.d. Fikrət Sadıqov

Pirolizə verilən benzinin, xammalın tərkibindən asılı olaraq naftalinin miqdarı 30%-ə qədərdir. Naftalinə kimya, o cümlədən lak-boya məhsulları istehsalında, əczaçılıqda, müdafiə sənayesində tələbat olduğu üçün onun istehsalı aktualdır. Yüksək təmizliklə naftalinin alınmasında əvvəlcə ağır qatrandan naftalin fraksiyası ayrılır, sonra isə rektifikasiya yolu ilə təmiz naftalin alınır.

  1. Üzvi qalıqlarla çirklənmiş suların təmizlənməsinin resirkulyasiyalı texnologiyasının işlənib hazırlanması.

İşin rəhbəri: Akademiyanın müxbir üzvü Qüdrət Kərbəliyev

Çirkab sularının təmizlənməsi üçün texnoloji qurğu 3 pilləli maye fazalı ekstraksiya qovşağından, faza ayrılmaları qovşağından və rektifikasiya yolu ilə komponentlərin ayrılması və onların prosesə qaytarılması qovşağından ibarətdir.

  1. Tullantısız texnologiya ilə bitsiklopentadienli dəmirferrosenin alınma üsulu

İşin rəhbəri: Gülməmməd Süleymanov

Proses aktivləşdirilmiş monotsiklopentadienlə solvatlı dəmir iki-xloridin qarşılıqlı təsir reaksiyasına əsaslanır. Ferrosen yanacaq–energetika komplekslərində oktan qaldırıcı və tüstü azaldıcı kompozisiyaların hazırlanmasında əsas komponent kimi istifadə edilir. Texnologiyanın üstünlüyü ondadır ki, onun istehsalı zamanı asan alışan və partlayışa səbəb olacaq kimyəvi reagentlərdən istifadə olunmur.

  1. Atmosfer azotunun pilot qurğuda hidrogen peroksidlə azot 1-oksidə (N2O) fiksasiyası

İşin rəhbəri: akademik Tofiq Nağıyev

Prosesin üstün cəhəti ondan ibarətdir ki, atmosfer azotunun oksidləşmə fiksasiyası prosesi axar reaktorda katalizator istifadə olunmadan aparılır. Fiksasiya qurğusu 3 seksiyadan ibarətdir:

- İlkin maddələrin saxlanma və verilməsi seksiyası

- Reaktor seksiyası

- Alınan məhsulun soyuması və toplanması zonası

Sənayedə tətbiq olunan işlər 

  1. Polistirol qatranı əsasında korroziyaya qarşı modifikasiya olunmuş örtüklərin alınması və tətbiqi

İşin təhbəri: t.ü.f.d. Talıb Hüseynzadə

Korroziya əleyhinə modifikasiya olunmuş bitum-polimer kompozisiya örtüyü “Bikoplast” meliorasiya və su təsərrüfatı sistemində magistral su kəməri və hidro texniki qurğuların tikintisində deformasiya olunmuş kanal bəndi və korroziya əleyhinə hermetiklər kimi, polad borular üçün polimer örtüklər kimi tətbiq olunur. Müvafiq tətbiq aktları alınmışdır.

Keçici işlər

  1. Ferrosenin və onun bəzi törəmələrinin dizel yanaacqlarının keyfiyyət göstəricilərinə təsiri (Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda sınaqdan keçirilmişdir).

Işin rəhbəri: k.e.d., professor Gülməmməd Süleymanov.

Dizel yanacaqlarının 75-94%-nin tam yanmasını təmin edən ferrosen və onun bəzi törəmələrinin istifadə imkanları müəyyən edilmişdir.

Tətbiq olunan işlərin siyahısı 

1971-2015

  1. “Bitum-polimer kompozisiyaların korroziyaya qarşı örtüklər kimi istifadə edilməsi ASĞ Meliorasiya və su təsərrüfatı”,  Lənkəran şəhəri, Masallı, 2015.
  2. “Alkilferrosenin dizel yanacaqlarında oktan ədədinin  yüksəldici kimi  sınaqdan keçirilməsi”. Mahaçkala neft emalı zavodu  “Xəzər” İstilik Elektrik Mərkəzi,  Mahaçkala səh. (Rusiya) 2006.
  3. “Neft şlamlarının zərərsizləşdirilməsi” – Qarasu Əməliyyat şirkəti 2005-2006.
  4. “Əhəngli kimyəvi uducunun tətbiqi”- ARDNŞ-nın Xəzər Dəniz Dalğıc və Qəza Xilasetmə idarəsi. Bakı şəh. 2000-2004.
  5. “Dəmir məmulatların üzərinin sinklə örtülməsi texnologiyası”. “Radiostroyenie”  İstehsalat Birliyi, Bakı şəh. 2003.
  6. “Neftçıxarmada və neft emalında dispetçer nəzarət sistemi” – N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi, Bakı şəh. 2001.
  7. “İstilik –Elektrik sistemlərində yanacağın və oksigenin sərfinə mütəmadi nəzarət sistemi”. İstilik- Elektrik Mərkəzi , Bakı şəh.2001.
  8. “Benzquanaminin uçuş informasiyalarını qeyd edən cihazların (qara qutu) örtüklərinin hazırlanmasında tətbiqi”.”Всероссийский научно-исследовательский институт Авиационных материалов”, Moskva şəh. 2000-2004.
  9.  “Neft şlamlarından nefti çıxarmaq üçün hazırlanan qurğunun tətbiqi”.Quruda neft çıxarma idarəsi, (SOCAR) Bakı səh. 1976-1997.
  10. “Kükürd tərkibli qazlardan təmiz kükürdün alınması”. Norilsk  Dağ -metallurgiya kombinatı, Norilsk (Rusiya) 1977-1990.
  11. “Absorbsiya üsulu ilə çirkab sularından  xrom və nikelin ayrılması üsulunun tətbiqi”. “Metallokultmetbıt” İstehsalat Birliyi, Bakı şəh. 1988-1989.
  12. “ İstilik və zərbəyə davamlı örtüklərin hazırlanması və tətbiqi”,Sahə poçtu, P-6209, Moskva şəh.1988-1990.
  13. “Tetra, heksa və oktadesildimetilaminlərin alınma üsulunun tətbiqi”– A.Y.Malinin adına Elmi Tədqiqat Materialşünaslıq İnstitutunun “Təcrübə   zavodu”, Moskva, k-460,1989.
  14. “TU 88-Az- 5674049  markalı polibutensulfonun tətbiqi”, K-482, Səhra poçtu-m-5848, Moskva şəh.1988-1989.
  15. “Hidrogeoloji quyuların qazılmasında kəsici dolotaların hazırlanması”- “Azərbaycangeologiya” istehsalat birliyi, Bakı şəh.1988.
  16. “Elektronika cihazlarının hazırlanmasında fosfor və borun bir mərhələli diffuziyasında bor turşusunun trietil efirinin tətbiqi”- Sahə poçtu- 6906,  Zaporojye şəh.(Ukrayna) 1987.
  17. “Trietoksiborun iştirakı ilə bor və fosforun bir mərhələli diffuziyası”.- “Opıtnıy zavod” , Stavropol şəh.(Rusiya) 1987.
  18. “Diodlarda trietoksibordan istifadə etməklə oksid örtüklərin alınması” “Elektrotexnika” istehsalat birliyi. Issık-Kul şəh.(Qırğızıstan) 1987-1989.
  19. “Yüksək piritli qurğuşun konsentratlarının emalı”. Çimkənt  qurğuşun zavodu. Qazaxıstan 1986-  1988.
  20. “Polad  məmulatlarının borlaşdırılması üçün borlu toz şəkilli tərkibdən istifadə edilməsi”. “Ozon” zavodu, Bakı şəh.1984-1986.
  21. “Tellurun (IV) “göy” yanus reaktivi ilə təyini üsulunun tətbiqi”.   “Gidrotsvetmetobrabotka” istehsalat birliyi, Mtsensk şəh. (Rusiya) 1986.
  22. “Trietoksiborun müdafiə məqsədi ilə hazırlanan yarımkeçirici cihazların   istehsalında tətbiqi” –Sahə poçtu -6419, Stavropol şəh,(Rusiya) 1986-1987.
  23. “Ftalonitril əsasında PA-6-211-5 markalı poliamid istehsalı”,Ümimittifaq Elmi-Tədqiqat Sintetik Liflər İnstitutunun təcrübə zavodu, Kalinin şəh.(Rusiya) 1983-1985.
  24. “Katalizator iştirakı ilə izoamilenlərin izoprenə  dehidrogenləşmə prosesi”.  “Nijnekamskineftexim”, Nijnekamsk şəh.(Rusiya) 1980-1983.
  25. “Alunitin tərkibində  qalliumun “göy” yanus  reaktivi  ilə təyini  üsulu” , Alüminium  zavodu, Gəncə şəh. 1982.
  26. “Mineral su mənbələrindən  karbon qazının sənaye miqyasında  istehsalı texnologiyasının işlənib hazırlanması ”. Naxçıvan qaz zavodu, Naxçıvan şəh. 1980 - hal -hazırda .
  27. “Xəzər dənizi suyundan uranı çıxarmaq üçün  gel-sorbentdən  istifadə edilməsi”, Bakı səh. 1980.
  28. “Seolit tərkibli katalizator üzərində fasiləsiz sxem üzrə alkilfenolun alınması  prosesi” .  Anqarsk NAZ İB «Ангарскнефтеоргсинтез», 1980.
  29.  “Verilmiş ölçülü hissəcikli polimetilmetakrilatın suspenziyada alınması üçün reaktorun tətbiqi” . İB «Оргстекло» SSRİ KSN, Dzerjinsk,1980.
  30. “Tereftalonitril və ftalonitrilin p-və o-ksilollardan oksidləşdirici ammonizlə alınması”,   Y.H.Məmmədəlıyev adına NKPİ-nin təcrübə -sınaq zavodu, Bakı şəh.1979-1981.
  31. “N- α –fenilizopropilasedamidin epoksid qətranının bərkidicisi  kimi istifadəsi”. “Ximprom” istehsalat birliyi, Sumqayıt  şəh.1979.
  32. “EHM «Минск-32» üçün “Axtarış” sistemi proqramı”, ATKB-nin Voronej filialı, 1979.
  33. “Kimyəvi eksperiment ilə avtomatik idarə olunma”, İB “Üzvi sintez” Sumqayıt,1978-1979.
  34. “Benzin fraksiyasının pirolizi ilə etilenin alınması prosesinin modelləşdirilməsi və optimallaşdırılmas”, İB “Üzvi sintez” Sumqayıt, 1979.
  35. “Neft kimya nazirliyinin müəssisələrində stirolun alınması prosesinin optimallaşdırılması və intensivləşdirilməsi üçün alqoritm və proqram sisteminin tətbiqi”, Sumqayıt SK zavodu, 1978.
  36. “Kimyəvi eksperimentin idarə edilməsi sisteminin tətbiqi”, İB «Сумгаитхимпром» 1975.
  37. “Neftin atmosfer və atmosfer- vakum qovulması qurğularında istilik dəyişmə sisteminin optimallaşdırılması”, Lenin adına  YBNZ, 1972.
  38. “İşlənib hazırlanmış texniki-iqtisadı model əsasında stirolun sənayedə alınması prosesinin optimallaşdırılması”,Sumqayıt SK zavodu, 1971.

Tətbiq üçün hazırlanan innovasiya xarakterli işlər.

  1. Tullantısız texnologiya ilə bitsiklopentadienil dəmir ferrosenin alınma üsulu.
  2. Emulsion tip üzvi qalıqlarla çirkləndirilmiş su mənbələrinin resirkulyasiyalı texno­logiya­sının işlənib hazırlanması.
  3. Etilen istehsalı üçün benzinin pirolizindən  alınan ağır qətrandan təmiz naftalinin alınması.
  4. Atmosfer azotunun pilot qurğuda hidrogen peroksidlə azot-1 oksidə (N2O) fiksasiyası.
  5. Naften karbohidrogenlərinin tsiklik dien karbohidrogenlərinə selektiv oksidləşdirici dehidrogenləşməsi.
  6. Oksigenli üzvi birləşmələrin (spirtlər , turşular, anhidridlər) alınması üçün effektiv katalizatorların alınması.
  7. Daşkəsən maqnetit superkonsentratının təbii qazla reduksiyası əsasında metallaşmış dənəvərlərin alınması texnologiyası.
  8. Propilenin hidrogen peroksidlə oksidləşdirilməsi yolu ilə propilen oksidə , akroleinə,  allen və metilasetilenə çevrilməsi.
JURNALLAR
Faydalı linklər