Əsas elmi nəticələr

2022-Ci İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

 

PROBLEM 

Azərbaycanın mineral xammalının kompleks emal texnologiyasının işlənilməsi və yüksək texnologiyalar üçün unikal xassəli yeni qeyri-üzvi materialların alınması

 

MÜHÜM  NƏTİCƏ

Azərbaycanın Acınohur qum daşları, Lənkəran və Astara sahil qum səpintilərindən alınan titanmaqnetit konsentratlarının  qeyri maqnit fraksiyasının qeyri-səlis məntiq yanaşma vasitəsi ilə emalı şəraiti müəyyən edilmiş,  modelləşdirilmiş və realllaşdırıl­mışdır. Titanmaqnetit konsentratlarından çıxarılan titan dioksiddən istifadə etməıklə Li4Ti5O12, Li1.92Ti1.04O3.04, Li2TiO3, Li2.12Ti0.94O2.92, Li4TiO4 litium titanatları sintez olun­muş, termodinamiki parametrləri və termodinamiki  davamlılığı təyin edilmişdir. Bu birləşmələrin 20-3000C temperatur intervalında litium ion batareyalarında anod materialı kimi istifadə olunması təklif olunur.

 

İcraçılar:  k.e.d., prof. Asif Məmmədov, e.i. Ülviyyə Şərifova

MÜHÜM  NƏTİCƏ

Alüminium və nadir elementlərin istehsal bazasını artıran yeni “Alunit şlamı – kaolinit texnologiyası” işlənib hazırlanmışdır. Mövcud texnoloji proseslərdən fərqli olaraq, gillərin dəmirdən təmizlənməsi emalın ilkin mərhələsində aparılır. Alınan alüminiumlu məhsulun alunitin emal məhlullarına əlavə edilməsi tövsiyə olunur.

 

İcraçılar:  k.e.d., prof. Arif Heydərov, k.ü.f.d., b.e.i. Aybəniz Quliyeva, k.e.i. Gülnar Alışanlı

 

MÜHÜM  NƏTİCƏ

Termodiffuziya üsulu ilə  Ст-3 və RCD-32 poladları üzərində xromun, titanın fərdi və qarışıq karbidlərindən ibarət 30-40 mkm qalınlığında və bərkliyi 2-3 Gpa (gigopaskal) olan örtüklər alınmışdır ki, onların da korroziyaya və yeyilməyə qarşı davamlı olmaları müvafiq ölçmələr vasitəsilə müəyyən edilmişdir.

 

İcraçılar:  k.ü.f.d. Hilal Tahirli, k.ü.f.d., ap.e.i. Səadət Məmmədova

PROBLEM  

Kimya və neft - kimya sənayeləri üçün yeni və daha səmərəli katalitik sistemlərin yaradılması

 

MÜHÜM  NƏTİCƏ

Smart biomimetik material (dəmirporfirin) və Pb, Ag əsasında peroksidaz tipli biomimetik sensorlar (TphPFe3+/Al2O3/Pb və TphPFe3+/Al2O3/Ag) işlənib hazırlanmışdır. Biomimetik sensorların aktivliyi C2H5OH-ın su məhlulunda son dərəcə kiçik qatılıqlarında 10-6 və H2O2-in 10-8 həssaslıq həddində aşkarlanması təsdiq edilmişdir. Biomimetik sensorlar oksidləşdirici və ya onun intermediatlarının təsiri altında uzun müddət aktivliyini saxlayır.

 

İcraçılar:  akademik Tofiq Nağıyev, k.e.d. Nəhməd Əli-zadə, k.ü.f.d., ap.e.i. Nuranə Məli­kova

 

MÜHÜM  NƏTİCƏ

Polimer karbon nitridlər əsasında effektiv katalizator və universal sorbent funk­siyaları daşı­yan yeni maqnetik kompozitlər yaradılmışdır. Yeni kompozitlərin fenil­asetileni stirola 91-93% selektivliklə katalitik hidrogenləşdirmə xassəsi və sulu məhlullardan fosfat anion­larının 93-94% selektivliklə sorbsiya etmə effektivliyi müəy­yən edilmişdir.

 

İcraçılar: akademik Dilqəm Tağıyev, k.e.d., prof. Vaqif Əhmədov, k.ü.f.d., ap.e.i. Nata­lyaMelnikova,  k.ü.f.d., ap.e.i. H .Nurullayev

 

MÜHÜM  NƏTİCƏ

Karbohidrogenlər və onların xlorlu analoqlarının oksidləşmə proseselərində poli­kon­densləşmə məhsulları ilə dezaktivləşmiş və ənənəvi üsullarla ( O2, H2O və s. 500-600oC, 10-12 saat) regenerasiyası mümkün olmayan katalizatorların yeni üsulla CO+O2  qarışığı tətbiq etməklə (400-450oC, 1-2 saat müddətində) reaktivləşməsi hə­ya­­ta keçirilmişdir.

 

İcraçılar:  k.e.d., prof. Arif Əfəndi, k.ü.f.d., ap.e.i. İradə Məlikova, k.ü.f.d., b.e.i. Natə­van  Aykan, k.ü.f.d., ap.e.i. Ədilə Əliyeva, k.ü.f.d., ap.e.i. Elmir Babayev

 

MÜHÜM  NƏTİCƏ

Müvafiq tsiklopentadienil komplekslərinin üzvi fazadan bərk səth üzərinə çök­dürülməsi yolu ilə nanoölçülü Mn, Fe, Co oksidlər saxlayan bentonit və mordenit əsaslı katalizatorlar sintez edilmiş, onların katalitik xassələrinin aktiv kompo­nentlərin hissəciklərinin ölçüsündən asılılığı və katalizatorda paylanmasından asılılığı müəyyən edilmişdir. Göstərilmişdir ki, promotor kimi qələvi metalların katalizatora daxil edilməsi CO2-nin C2+ karbohidrogenlərə, kobaltın daxil edilməsi isə metana hidrogenləşməsinə səbəb olur.

İcraçılar:  akademik Dilqəm Tağıyev, k.e.d., prof. Etibar İsmayılov, k.ü.f.d., ap.e.i. Ay­gün Rüstəmova, k.ü.f.d., ap.e.i. Tamella Abbasova, k.ü.f.d., b.e.i. Zülfiyyə  Məmmə­dova, e.i. Afət Sərdarlı

 

MÜHÜM  NƏTİCƏ

Koherent-sinxronlaşdırılmış reaksiyalar prinsipi əsasında tsikloheksanın biomimetik oksidləşməsi prosesi üçün yeni metodla tərtib olunmuş kinetik model eksperimental nəticələri minimal xəta ilə adekvat ifadə edir və bu kinetik metodu istənilən mürək­kəb qoşulmuş reaksiyalara tətbiq etmək olar.

 

İcraçılar: akademik Tofiq Nağıyev, k.ü.f.d. Lətifə Həsənova, k.ü.f.d.,b.e.i. Ulduz Məmmə­dova, e.i. Səriyyə Ağaməmmədova

 

MÜHÜM  NƏTİCƏ

Poli-N-vinilpirrolidon  əsasında yeni enterosorbentlər alınmış,  onların iştirakı ilə sorb­­siya prosesinə in vitro müxtəlif parametrlərin təsiri  öyrənilmiş və mədə-bağır­saq traktında rast gəlinən ağır Cu2+, Ni2+, Co2+ ionlarına qarşı yüksək sorbsiya xüsu­siy­yətlərinə malik olma­ları göstərilmişdir.

 

İcraçılar: akademik Dilqəm Tağıyev, k.e.d. Nizami Zeynalov, k.ü.f.d. Sevda Fətulla­yeva, k.e.i. Çiçək Seyidova

 

PROBLEM

Texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması

 

MÜHÜM  NƏTİCƏ

Asfalten, qatran və parafin tərkibli ağır neft emulsiyalarının reoloji xassələrini nəzərə alaraq nizamsız strukturların  əmələ gəlməsi və dağılması, su damlalarının koales­sensiyası, deformasiya  və parçalanması, ağır neft mühitində qravitasiya sahəsində çökməsi və emulsiyanın ayrılması üçün hesablama modelləri işlənib hazırlanmışdır.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, t.ü.f.d., ap.e.i. Manaf  Manafov, t.ü.f.d., ap.e.i. Qoşqar Əliyev, e.i. Vəfa Kərimli

 

 

2021-Ci İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

PROBLEM 

Texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması 

MÖVZU 7:Kimya və neft kimyası proseslərinin, fiziki-kimyəvi reaksiyaların modelləşdirilməsi 

ƏN  MÜHÜM  NƏTİCƏ 

Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsas­lanaraq, məsaməli mühitlərdə hidravlik diffuziya və keçericilik əmsallarının qiymət­ləndirilməsi üçün yeni ifadələr alınmış, bu neftlərin məsaməli mühitlərdə hidrodina­mik süzülmə prosesi üçün yeni filtrasiya tənliyi təklif olunmuşdur.

İşraçılar: AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, t.ü.f.d.,dos. Manaf Manaflı, k.ü.f.d. Qoşqar Əliyev

G.I. Kelbaliyev, D.B.Tagiyev,  M.R.Manafov. Rheology of Structured Oil Emulsion, In book: Nano-and Micro-Encapsulation-Techniques and Applications. London: Intech Op­en (Web of Science),Chapter 7. 2021, pp.201-236. DOI: 10.5772 /intechopen.927 70 

 

MÜHÜM  NƏTİCƏLƏR  

 PROBLEM 

Azərbaycanın mineral xammalının kompleks emal texnologiyasının işlənilməsi və yüksək texnologiyalar üçün unikal xassəli yeni qeyri-üzvi materialların alınması. 

MÖVZU 2: Yüksək texnologiyalar üçün əhəmiyyətli olan az tonnajlı və unikal xassəli qeyri-üzvi materialların alınma üsullarının təkmilləşdirilməsi, hidro­texniki qurğuların korroziyadan mühafizə üsullarının işlənilməsi, tətbiq üçün tövsiyələrin verilməsi.

 

MÜHÜM  NƏTİCƏ 

MnTe×mBV2Te3 (BV-Bi,Sb) homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayən­dələri sintez edilmiş, monokristallar halında alınmış və xarakterizə edilmişlər. Alın­mış kristal nümunələri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, bu material­ların magnit, elektron və topoloji izolyator xassələri m əmsaılnın qiymətindən kəskin asılıdır. Bu, onlar əsasında topoloji kvant hesablamaları,  həmçinin antiferromagnit və 2D spintronika üçün yeni effektiv funksional Van-der-Vaals heterostrukturları yaratmağa geniş imkanlar açır.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, kiçik elmi işçi Elnur Oruclu, f.ü.e.d, prof. İmaməddin Əmiraslanov (AMEA, Fizika İnstitutu), k.ü.f.d., dos. Ziya Əliyev (Azərbaycan Dövlət  Neft və Sənaye Universiteti)

 

  1. 1.  Orujlu E.N., Aliev Z.S., Amiraslanov I.R., Babanly M.B. Phase Equilibria of the MnTe-Sb2Te3 System and Synthesis of No­vel Ternary Layered Com­pound – MnSb4Te7. //Physics and Chemistry of Solid State, 2021, v.22, №1, pp.39
  2. 2.  Shikin A.M., Estyunin D.A., Zaitsev N.L., Glazkova D., Klimovskikh I.I., Filnov S.O., Rybkin A.G., Schwier E.F., Kumar S., Kimura A., Mamedov N., Aliev Z., Babanly M.B., Kokh K., Tereshchenko O.E., Otrokov M.M., Chulkov E.V., Zvezdin K.A., Zvezdin A.K.. Sample-dependent Dirac-point gap in MnBi2Te4  and its response to applied surface charge: A combined photoemission and ab initio study. //Physical Review B, 2021, v.104, pp.115168. 

 

 PROBLEM 

Kimya və neft kimya sənayeləri üçün yeni və daha səmərəli katalitik sistemlərin yaradılması.

 

MÖVZU 4: Yaşıl oksidləşdiricilər” vasitəsilə oksidləşmə reaksiyalarının effek-

t­iv­liyini yüksəltmək üçün biomimetik və nanokarbon katalizatorlarının yaradıl­ması və innovativ texnologiyaların işlənilməsi. 

 

MÜHÜM  NƏTİCƏ 

Metanın qaz fazada hidrogen peroksidlə birbaşa metanola (19,2%) və onun dimetil efirinə dehidratlaşma (8,2%) ilə gedən (ümumi selektivliyi 90%-ə yaxın) oksidləşməsi üçün nanostrukturlu bifunksional biomimetik katalizator penta-FTPhPFe(III)/Al2O3 sintez edilmişdir.

 

İcraçılar: akademik Tofiq Nağıyev, k.ü.f.d. Lətifə Həsənova, e.i. Gülşən Nəhmətova

T.Nağıyev, L.Həsənova, G.Nəhmətova. “Metanolun alınması üsulu” a 2021 0006 nömrəli iddia sənədinə 15.09.2021 tarixində (protokol №29) ixtira qərarı alınıb.

 

MÜHÜM  NƏTİCƏ 

MÖVZU 5: Bir karbonlu birləşmələrin əlavə dəyər yarada bilən kimyəvi birləş­mələrə çevrilməsi üçün yeni və səmərəli katalizatorların yaradılması və tətbiq üçün tövsiyələrin verilməsi.

 

Nəzəri əsaslandırılmış kinetik modellər əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesləri üçün optimal reaktor tipi seçilmişdir. Müəyyən edilmişdir ki, xloretilenlərin selektiv oksidləşməsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədəuyğundur.

 

İcraçılar:  k.e.d.,prof. Arif Əfəndi,  k.ü.f.d. İradə Məlikova, k.ü.f.d. Elmir Babayev

Malikova I.G., Efendi A.J., Babayev E.M., Salakhli A.M., Musazade K.Sh., Azizova A.N., Fa­ra­djev G.M.  Catalytic oxidation of dichlormetane and tetrachlorethylene over noble me­tal catalysts. //Journal of Chemistry and Technologies, 2021, V. 29, Issue 1-2, pp.108-118. DOI: 10. 15421/082110.

 

MÜHÜM  NƏTİCƏ

MÖVZU 6: Oksid və polimer əsaslı nano katalizatorların, enteroadsorbentlərin və fotoelektrokimyəvi fəal heterosistemlərin yaradılmasında innovativ yanaşmaların tətbiqi.

 

Xitozanın modifikantları əsasında yeni enterosorbentlər sintez olunmuş  və onların kobalt(II), mis(II), nikel(II) ionlarının sulu məhlullarından sorbsiya xüsusiyyətləri öyrənilmişdir. Xitozanın modifikantlarının bu ionların az miqdarlarına qarşı yüksək sorbsiya qabiliyyətinə malik olmaları müəyyən edilmişdir.

 

İcraçılar: akademik Dilqəm Tağıyev, k.e.d., prof. Nizami Zeynalov, k.ü.f.d., dos.   Sev­da Fətullayeva

S.Fətullayeva, D.Tağıyev, N.Zeynalov. A review on enterosorbents and their application in clinical practice: Removal of toxic metals/ Colloid and Interface Science Communications/ https://doi.org/10.1016/j/colcom.2021.100545. 2021, v. 45, Article 100545, pp.1-11.

 

MÜHÜM  NƏTİCƏ

 

Kombinə edilmiş yolla nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistemləri yara­dılmış və onların fotoelektrokimyəvi xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, Fe2O3/TiO2 FeSx/TiO2 nazik təbəqəşəkilli heterosistemləri fotokatalitik xassələrinə malikdir və onlar fotoelektroliz prosesində model elektrod kimi istifadə edilə bilər.

İcraçılar: akademik Dilqəm Tağıyev, k.e.d., prof. Akif Əliyev, k.ü.f.d., dos. Vüsalə Mə­ci­dzadə

V.A.Majidzade, A.Sh.Aliyev, M.Elrouby, D.M.Babanly, D.B.Tagiyev. Electrodeposition and Growth of iron from an Ethylene Glycol Solution, Acta Chimica Slovenica, 2021, V. 68,

№ 1, pp. 185-192. 

 PROBLEM 

Texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması

 

MÖVZU 7:Kimya və neft kimyası proseslərinin, fiziki-kimyəvi reaksiyaların mo­delləşdirilməsi 

MÜHÜM  NƏTİCƏ 

Nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının yaran­ması, onların elektron quruluşu, fiziki və fiziki-kimyəvi xarakteristikaları kvant-kim­yə­vi metodla modelləşdirilmişdir. Qrafen kristalına vakansiyaların və ya germanium atomunun təsiri nəticəsində kristalın enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri-empirik hesablama üsulu ilə təsdiq edilmişdir.

 

İcraçılar: k.ü.e.d., prof. Mirsəlim Əsədov, f.ü.e.d. Solmaz Mustafaeva – AMEA-nın Fizi­ka İnstitutu

 

M.M.Asadov, S.N.Mustafaeva, S.S.Guseinova, V.F.Lukichev, D.B.Tagiev. Ab Initio mo­de­ling of the effect of the position and properties of ordered vacancies on the magnetic state of a graphene monolayer. // Physics of the Solid State. 2021. V. 63. No 5. pp.797-806.https://doi.org/10.1134/S1063783421050036.

2020- Cİ İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

PROBLEM 

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi  əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi. 

MÜHÜM  NƏTİCƏ 

Temperatur sensorlarının, tənzimləyicilərin, optiki ötürücülərin hazırlanmasında istifadə oluna biləcək (Ga2S3)1-x(La2S3)x-y(Er2S3)y tərkibli aşağı foton enerjili lüminofor şüşələr sintez edilmiş və xassələri öyrənilmişdir. 

İcraçılar: k.ü.e.d., prof. İ.B.Bəxtiyarlı, k.ü.f.d. R.Qurbanova, dissertant  A.Abdullayeva

A.S.Abdullayeva, I.B.Bakhtiyarly, R.D.Kurbanova. Physical and Chemical Properties of Glass Composed of (Ga2S3)0,60(La2S3)0,55(Er2S3)0,05 and (Ga2S3)0,60(La2S3)0,27(Er2S3)0,13 //Glass Physics and Chemistry, 2020, v. 46, № 4, p. 298-304. doi.org. 10.1134/ S1087659620040021. 

 

 PROBLEM 

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni  katalizatorların və adsor­bentlərin yaradılması. 

MÜHÜM  NƏTİCƏ 

Seksiyalı pilot qurğuda molekulyar azotun hidrogen peroksidlə atmosfer təzyiqində katalizator tətbiq etmədən bir mərhələdə koherent-sinxronlaşdırılmış fiksasiyası nəticəsində azotun  5800C 50 küt.%-ə yaxın konversiyasında azot-1 oksidi,  nitrat, nit­rit və hiponitrit turşuları alınmışdır

 

İcraçılar: akademik T.M.Nağıyev, k.ü.e.d. N.İ.Əli-zadə, k.e.i. E.Bəhrəmov

  1. 1.  Т.М.Нагиев. Сопряженные реакции в  контексте современных идея. Баку, 2020, 208с.
  2. 2.  “Azot-1 oksid və azot turşularının alınması üsulu”na a 2019 0026 №-li iddia sənədinə müsbət rəy. 

MÜHÜM  NƏTİCƏ 

İlk dəfə olaraq yığıılmış laboratoriya qurğusunda çox divarlı karbon nano­boru­larının sintezi aparılmışdır. Bu perspektiv materiallar yeni nəsil kimyəvi proseslər  üçün katalizatorlar, polimer  stabilizatorları, sement modifikatorları və s. alınma­sın­da istifadə üçün  nəzərdə tutulub. 

 

Çox divarlı karbon nanoborularının sintezi üçün laboratoriyada yığılmış qurğu

 

İcraçılar: akademik D.Tağıyev, AMEA-nın müxbir üzvü E.Zeynalov, k.ü.f.d. Ə.Hüsey­nov, k.i.e. N.Abdurəhmanova 

  1. 1.  Зейналов Э.Б., Гусейнов А.Б., Магеррамова М.Я., Гулиев И.С.Углеродные нано­конструктуры в горных породах: обзор проблемы. Часть 1. Фуллерены. Азер­бай­джанское Нефтяное Хозяйство. 2020, 8. с. 4-13.
  2. 2.  Зейналов Э.Б., Гусейнов А.Б., Магеррамова М.Я., Гулиев И.С.Углеродные нано­кон­структуры в горных породах: обзор проблемы. Часть 2. Графен, углеродные наногрубки, нановолокна. Азербайджанское Нефтяное Хозяйство. 2020, 9.

с.22-31. 

MÜHÜM  NƏTİCƏ 

Kimyəvi proseslərinin müxtəlif xarakterli dinamikasını nəzərə almaqla qeyri-stasionar riyazi modellərinin və optimal idarə etmə blok sxemlərinin yaradılması metodları işlənib hazırlanmışdır. Bu metodların düzgünlüyü krekinq və piroliz qaz­larının emalı kompleksinə daxil edilmiş proseslərin optimal idarəetmə rejim­lərinin hesablanması ilə təsdiq edilmişdir. 

İcraçılar:  akademik A.Əliyev, baş elmi işçi A.Səfərov, dissertant İ.İ.Osmanova,  ap.e.i. A.Hüseynova 

  1. 1.  А.М.Алиев, А.Р.Сафаров, И.И.Османова, А.М.Гусейнова, И.В.Балаев. Обес­печение стабильности работы этиленового региона химико-технологического комплекса по переработке газов крекинга и пиролиза за счет учета динамики протекания входящих в него процессов. Теоретические основы химической технологии. Москва, 2020, Том 54, № 5, стр. 531-543. 
  2. 2.  A.M.Aliyev, A.R.Safarov, I.V.Balayev, I.I.Osmanova, A.M.Quseynova. Сontrol of propane pyrolysis process in nonstationary conditions. Azerbaijan Chemical Journal. 2020, №1, p. 6-10. 

 

MÜHÜM  NƏTİCƏ 

İlk dəfə olaraq tərkibində metal olmayan polimer karbon  nitrid üzərində asetilenin otaq temperaturunda 87% seçiciliklə etilenə katalitik hidrogenləşməsi reaksiyası kəşf edilmiş, prosesin optimal şəraiti işlənib hazırlanmışdır. 

İcraçılar:  akademik D.Tağıyev, k.ü.e.d., prof. V.Əhmədov, ap.e.i. N.Melnikova, e.i. A.Babayeva, ap.e.i. H.Nurullayev, e.i. V.Əhmədov 

В.М.Ахмедов, Н.Е.Мельникова, А.З.Бабаевa, Г.Г.Нуруллаев, Вс.М.Ахмедов, Д.Б.Таги­ев. Синтез и исследование нанокомпозитов мезопористого нитрида углерода. Известия РАН, Серия химическая (в печати). 

MÜHÜM  NƏTİCƏ 

Poli-N-vinilpirrolidon əsasında alınmış gümüş nanokatalizatorunun iştirakında ben­zolun oksidləşmə reaksiyası 400C, atmosfer təzyiqində öyrənilmiş və göstərilmişdir ki, bu şəraitdə yeganə məhsul kimi (99%) malein anhidridi alınır və katalizator bir neçə tsikldə öz aktivliyini saxlayır. 

İcraçılar:  k.ü.e.d. N.Zeynalov, k.ü.f.d. Ü.Məmmədova, k.ü.f.d. S.Məmmədova, k.e.i. A.İsazadə 

N.Zeynalov, U.Mammadova, S.Mammadova, A.Isazade. Catalytic oxidation of benzene on the metal polymer catalyst.  //International conference “Chemistry of Organoelement Compounds and Polymers 2019” 18-22 November 2019/ Moscow, Russia.

 

PROBLEM 

Kimyəvi proseslərin texnologiyası və modelləşdirilməsi 

MÜHÜM  NƏTİCƏ 

Hidravlik diffuziya və filtrasiya tənliklərinin əsasında neftdəki asfalt-qatran maddə­lərin və parafinlərin tərkibinin təsirini nəzərə alaraq, qeyri-Nyuton neftin reoloji modelləri hazırlanmış və onların əsasında bu neftin nəqli hesablanmış, məsaməli mü­hitin fiziki xüsusiyyətləri və əmsalları təyin edilmışdir. Qeyri-Nyuton neftin özlü­lüyünün sistemdəki quruluş əmələ gətirən asfalt və qətran maddələrinin tərkibindən asılılığının modelləri təqdim edilmişdir.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Q.Kəlbəliyev, t.ü.f.d. M.Manaflı, t.ü.f.d. Q.Əliyev 

  1. 1.  G.I.Kelbaliev, D.B.Tagiev, M.R.Manafov. Rheology of structured oil emulsion. In book: Nano-and Micro-Encapsulation Techniques and Applications. London. IntechOpen, 2020.
  2. 2.  M.R. Manafov, G.I. Kelbaliev. Analysis  of the modern state of researches on deposition of asphalt-resin substances, paraffin and modeling metods. Review. //Azerbaijan Chemical Journal. 2020, 2, p. 1-11.

 

 2019-CU İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

 PROBLEM

 Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funk­­­­si­onal materialların sintezi.

        MÜHÜM  NƏTİCƏ

Bərk məhlulların termodinamiki stabillik  funksiyasını qeyri-səlis sistemlərin çoxhə­dəfli ge­ne­tik alqoritmi vasitəsilə həll etməklə iki və üç komponentli xalkogenid bərk məhlulların bi­nodal və spinodal sahələrinin hesablanma üsulu işlənmişdir

 

YbTe-SnTe və Cu2SnS3- Cu2SnSe3 sistemlərinin qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hesablanmış faza diaqramları

 

İcraçılar: k.ü.e.d. Asif Məmmədov, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, aka­demik Dilqəm Tağıyev

1.Mammadov A.N., Aliev Z.S., Babanly M.B. //In: Aliev R., Kacprzyk J. et all. (eds) /Ad­­vances in Intelligent Systems and Computing, vol 896.pp31-38. Springer, Cham,2019 //doi.org/10.1007/978-3-030-04164-9_107.

2.A.N.Mammadov, I.Dz.Alverdiev, Z.S.Aliev, D.B.Tagiev, M.B.Babanly. /Inter­na­tio­nal Con­ference on Theory and Application of Soft Computing, Computing with Words and Perceptions - ICSCCW, Prague , Czech Republic. August 27-28, 2019.

3.Asif Mammadov, Elman Mammadov, Fidan Ibrahimova,Nuray Ahmedova, Dilgam Tagiyev. 3D //THERMAM 2019. 6th Thermophysical and mechanical properties et ad­van­ced materials; 8th Rostocker Inst.Conf. Thermophysical propertiesfor technical ther­mo­dynamics. 22-24 september,2019.Çeşme-Izmir/Turkey. Full Text, 2019, pp.79-84

                                             MÜHÜM  NƏTİCƏ                                           

Mn-Bi-Te sistemində kvant kompyuterləri və spintronika üçün mütərəqqi material sayılan antiferromaqnit və topoloji izolyator xassəli yeni üçlü birləşmələrin homoloji sırası aşkar edilmiş, bir sıra nümayəndələri ilk dəfə aintez olunmuş və xüsusi meto­dika üzrə onların mükəmməl monokristalları yetişdirilmişdir.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, k.ü.f.d Ziya Əliyev (Azər­bay­can Dövlət Neft və Sənaye Universiteti)

M.B.Babanly, Z.S.Aliev, E.V.Chulkov, I.R.Amiraslanov and ets. Prediction and observation of the first antiferromagnetic topological insulator. 2019, Accepted to Nature (arXiv:1809.07389) Q1;CA- 43.07

 

 

MÜHÜM  NƏTİCƏ 

Elektrokimyəvi müqayisə elektrodu kimi qeyri-su mühitində istifadə olunan ferro­sen­/fer­risinium sistemi ilə müqayisədə oksidləşmə-reduk­siya prosesləri daha sürətli baş verən, elektrod potensialları daha əlverişli sahədə yerləşən, məhlulda daha da­vamlı olan yeni heksametilferrosen/heksametilferrisinium (Me6Fc/Me6Fc+) və okta­me­­til­fer­ro­sen/ oktametil­ferrisinium (Me8Fc/Me8/Fc+) sistemləri hazırlanmışdır.

(Me8Fc/Me8/Fc+) redoks sisteminin həlledici molekulları ilə təmasda olmasının

Fc+/0 sistemi ilə müqayisəsi

 

İcraçılar: k.ü.e.d. İltifat Lətifov, k.ü.f.d. Qəzənfər Cəfərov, k.e.i. Nigar İbrahimova  

 1. N.Z.İbrahimova, G.M.Jafarov, D.B.Tagiyev, L.U.Lyatifov. Research into kinetics of elec­tron exchange reactions in the system sym. Octamethylferrocene/sym. Octamethyl­ferricinium hexafluorophosphate. //Chemical Problems 2019, 2(17), P.310.

2. Н.З.Ибрагимова, Г.М.Джафаров, Д.Б.Тагиев, И.У.Лятифов. Кристаллическая струк­­тура 1,2,4,1¢,2¢,4¢-гексаметилферроцена. /Журнал Координационная хи­мия, 2020, № 1 (çapdadır).

 

 PROBLEM

 

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsor­bent­lərin yaradılması

 

      MÜHÜM  NƏTİCƏ

 

Tsikloheksanın ferrosen iştirakında katalitik pirolizi nəticəsində tərkibində dəmir karbidi (Fe3C) və dəmirin yüksək temperaturlu g-modifikasiyasını saxlayan  karbon nanoboruları alınmış, onların etilbenzolun və kumolun aerob oksidləşməsində yük­sək katalitik aktivliyi müəy­yən edilmişdir.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Eldar Zeynalov, akademik Tofiq Nağıyev,  k.ü.f.d. Məta­nət Məhərrəmova 

1. Eldar Zeynalov, Tofik Nagiyev, Jörg Friedrich, Matanat Magerramova Carbonaceous nanostructures in hydrocarbons and polymeric aerobic oxidation mediums. In the book: Fullerenes, Graphenes and Nanotubes: A Pharmaceutical Approach. Edited by Alexander Mihai  Grumezescu, Elsevier –William Andrew Publishing House, 2018, chapter 16, pp. 631-681.

2. Zeynalov E.B., Allen N.S. Salmanova N.I., Vishnyakov V.M., Carbon nanotubes ca­ta­lysis in liquid-phase aerobic oxidation of hydrocarbons: Influence of nanotube impurities. //Journal of Physics and Chemistry of Solids,127(4), 245-251(2019).

 

MÜHÜM  NƏTİCƏ

 

Yeni sintez olunmuş ZrMo2, ZrV0,3 və VFe0,2 ərinti katalizatorları üzərində metanolun 125-2250C-də oksidləşməsi nəticəsində formaldehid və  dimetil efiri ilə yanaşı 40–

–43% yüksək setan ədədinə (75-80) malik  dimetoksimetanın da alınması müəyyən edil­miş­dir. 

 

İcraçılar: k.ü.e.d. Arif Əfəndi, k.ü.f.d. Adilə Əliyeva, t.ü.f.d. İradə Məlikova

 1. Алиева А.М., Эфенди А.Дж., Магеррамова Л.Г., Кожарова Л.И., Меликова И.Г., Бабаев Э.М.  Способы получения альтернативных видов топлив  на основе ме­та­нола //Журнал нефтепереработка и нефтехимия. 2019,  № 2. c. 27–32.

2. Рустамова Дж.Т., Эфенди А.Дж.,Насири Ф.М., Шихлинская Т.А., Исмаилова Т.А., Бай­рамова С.С., Мансурова К.А.  Влияние физико-химических свойств цеолитов на их адсорбционные способности. //Norwegian Journal of development of the inter­national Science. 2019.  31. Part 1. P. 7–12. ISSN 3453-9875.

 

  MÜHÜM  NƏTİCƏ

 

Neft avadanlıqlarında istifadəsi nəzərdə tutulan korroziyaya davamlı  Pb-Sb-Te nazik təbəqələrinin alınması üçün elektrolizin optimal şəraiti tapılmış və müəyyən edil­mişdir ki, belə nazik təbəqələr neft avadanlıqlarının polad materiallarının ömrünü 5-6 dəfə artırır.

İcraçılar:  k.ü.e.d. Akif Əliyev, k.ü.f.d. Vüsalə Məcidzadə

 1.  Aliyev A.Sh., Tahirli H.M., Mahmoud Elrouby, Soltanova N.Sh., Tagiev D.B. “Electro­chemical Fabrication and characterization of corrosion-resistant, ternary, lead-based alloys as a new material for steel surface protection”. //Metallurgical and materials trans­actions B. 2016, v. 47, Issue 3, pp. 2072-2078.

2.  V.A.Majidzade, A.Sh.Aliyev, I Qasimogli, P.H. Quliyev, D.B. Tagiyev. Electrical Proper­ti­es of Electrochemically Grown Thin Sb2Se3 Semiconductor Films. Inorganic Materials, 2019, Vol. 55, No. 10, pp. 979–983

                      

MÜHÜM  NƏTİCƏ 

Hidrotermal üsulla sintetik polivinilpirrolidon və orqano-bentonit əsasında alınmış kompozit materialın mövcud sorbentlərlə müqayisədə ağır me­tal ionlarının (Cr3+, Pb2+ və s.) filiz emalı tullantı sularından, kationaktiv, anionaktiv və qeyri-ionogen boyaların isə toxuculuq sənayesinin tullantılarından çıxarılmasında yüksək sorbsiya tutumuna malik olması müəyyən edilmişdir.

Pb2+ ionlarının polivinilpiridin və orqanobentonitdə adsorbsiyasının SEM (a) və

İSP element analizinin (b) təsviri

 

İcraçılar: k.ü.e.d., Əli Yaqubov, k.ü.f.d. Səadət Məmmədova, k.e.i. Elvin Cabarov

 

1. Э.Э.Джа­баров, Х.Н.Ильясова, С.А.Мамедова, Т.А.Салимова, Э.М.Теймурова, А.И. Ягу­­бов. Адсорбционные свойства некоторых катионзамещенных форм бенто­ни­тов». //«Science and world» International scientific journal № 4, (68), 2019, Vol. I. p.19-21.

2. A.I.Yagubov, Sh,Naseri,  Z.R.Agayeva, N.A.Imanova, K.I.Haciyeva, N.H.Gasanov. Stu­dy of quantitative-structure equilibrating interaction of the indexes retention of mono­methyl­alkanes in fossil fuels by multiple linear regression and vector. //Theoretical Foundations of Chemical Engineering, № 6, 2019 (çapda).

 

   MÜHÜM  NƏTİCƏ

                           

Transport Phenomena in Dispersed Media” monoqrafiyası mötəbər CRC Press, Tayler & Francis Qroup nəşriyyatında çap edilmişdir. London, Nyu-York, 2019, 434 səhifə.

 

Müəlliflər: t.ü.e.d., AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, k.ü.e.d., akademik Dilqəm Tağıyev, t.ü.e.d. Sakit Rəsulov (Azərbaycan Dövlət Neft və Sənaye Universi­teti.)

 

2019-2023-cü illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən Avropa Komissiyasının Hori­zon 2020 proqramı üzrə Norveçin Sintef AS, Belçikanın Gent Universiteti, Total Research & Technology Feluy mərkəzi, Fransanın Milli Tədqiqatlar “Centre National de la Recherche Scientifique” (CNRS), Arkema France SA, Ayming, Axelone, İngiltə­rənin Johnson Matthey PLC, Niderlandın Process Design Center BV və Almani­yanın Linde AG şirkətinin tədqiqat mərkəzləri ilə birgə qalib gəldiyi və tərəfdaş olduğu “Perspektiv materiallar və nanotexnologiyalar” istiqaməti və “Karbohid­ro­genlərin ka­ta­litik çevrilməsi” mövzusu üzrə “Methane oxidative conver­sion and hydrofor­mylation to propylene” (814557 №-li C123 qrant müqaviləsi) yerinə yetirilməsi nəzər­də tutulur. Layihə təbii qazdan etilen və propilenin alınma texnologiyasının işlənil­məsinə və tətbiqinə yönəlmişdir.

 

İcraçılar: akademik Dilqəm Tağıyev, k.ü.e.d. Etibar İsmayılov, k.ü.f.d. Sima Zülfüqa­ro­va

 

 

2018-CI İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

 PROBLEM

 

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funk­­­­si­onal materialların sintezi.

MÖVZU 1: Respublikanın filiz və qeyri-filiz mineral xammal ehtiyatlarının kompleks emal texnologiyasının elmi əsaslarının yaradılması

 

     MÜHÜM  NƏTİCƏ

 

Dəmir və vanadium tərkibli filiz konsentratlarının təbii qazla reduksiyasının  qeyri-tarazlıq Gibbs enerjisinin komponentlərin parsial təzyiqindən asılılığının analitik 3D modeli işlənilmişdir ki, bu da reduksiya prosesinin başlanğıc temperaturunu 1000C azaldan təzyiq parametrinin qiymətlərini müəyyənləşdirməyə imkan verir:

                                                 

Qeyri-tarazlıq  Gibbs enerjisinin (DG) və filiz konsentratının reduksiya temperaturunun təzyiq parametrindən  asılılığının 3D modeli

 

İcraçılar: k.ü.e.d.,professor Asif  Məmmədov, k.ü.f.d. Afəridə Qasımova, k.ü.f.d. Qa­sım Səmədzadə

 

1. A.N.Mammadov, A.M.Gasimova. Reduction of the Adzhinaur titanomagnetite concentrates of Azerbaijan by natural gas for the production of iron powder and titanium dioxide. //Azerbaijan Chemical Journal. 2018, N.1, p.p37-44.

2. Шарифова У.Н., Мамедов А.Н., Гасымова А.М., Самедзаде Г.М. Термодинамика окислительно-восстановительных реакций ванадийсодержащих титаномагне­тито­вых концентратов при использовании природного газа. //Фундамен­таль­ные иссле­дования. 2018.  № 6. c.35-40.

 

MÖVZU 2: Yüksək texnologiyalar üçün yeni qabaqcıl qeyri-üzvi funksional  materi­alların istiqamətli sintezinin elmi əsaslarının yaradılması

 

                     MÜHÜM  NƏTİCƏ

                                          

İlk dəfə olaraq elektrolit kimi morfolin formiat ion mayesindən  istifadə etməklə elektrik hərəkət qüvvəsi (EHQ) üsulu ilə M-X-I (M-Tl, Sb, Bi;  X-S, Se, Te) sistemlərində əmələ gələn üçlü birləşmələrin parsial və inteqral termodinamik funksiyaları yüksək dəqiqliklə təyin edilmişdir. Bu yanaşma qeyri-üzvi sistemlərin termodinamik tədqiqatlarında EHQ üsulunun tətbiq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, k.ü.f.d. Samirə İmaməliyeva

1. Aliev Z.S., Musayeva S.S. Imamaliyeva S.Z., Babanlı M.B. Thermodynamic study of antimony chalcoiodides by EMF method with an ionic liquid. // J. Therm. Anal. Calorim., 2018, v.133, №2, pp.1115-1120.

2. Babanly D.M., Aliev Z.S., Majidzade V.M., Tagiyev D.B., Babanly M.B. Experimental study of phase equilibria and thermodynamic properties of the Tl–Se–I system. // J. Therm. Anal. Calorim., 2018, https://doi.org/10.1007/s10973-018-7677-x.

 

 

MÖVZU 3: Molekulyar maqnitlər, keçiricilər, metal örtüklər və selektiv sorbentlərin alınması üçün komplekslərin və metal üzvi birləşmələrin sintezi, quru­luşu və tədqiqi.

 

                                                                                                                    MÜHÜM  NƏTİCƏ

 

1. Karbon turşularının tiosemikarbazonları və hidrazonları ilə birinci  dövr keçid metallarının koordinasion birləşmələri sintez olunmuş, onların quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, alınmış maddələr bəzi metabolik fermentlərə qarşı ingibitor xüsusiyyətlərinə malik olmaqla qlaukoma, Alzheymer  xəstəlikləri üçün potensial preparatlardır.

 

  

Nikelin N-salisiloil –N-maleoil – hidrazinlə kompleksininmolekulyar (A) və

kristallik (B) quruluşu

  

  

Tiosemikarbazon ilə qlioksal turşusunun qarşılıqlı təsirindən alınmış liqandla

misin əmələ gətirdiyi kompleksin molekulyar (A) və kristallik (B) quruluşları

 

İcraçılar: akademik Əjdər Məcidov, k.ü.f.d. Pərizad Fətullayeva, doktorantlar Mən­surə Hüseynova, Gülnaz Qondolova (İş AMEA-nın Aşqarlar İnstitutu ilə birlikdə aparılıb)

 

1.Mansura Huseynova, Parham Talsimi, Ajdar Medjidov, Vaqif Farzaliyev, Mahizar Aliyeva, Gulnar Gondolova, Onur Sahin, Bahattin Yalçın, Afsun Sucayev, Efe Baturhan Orman, Ali Rza Özkaya, Ilhami Gulcin. Synthesis, characterization, crystal structure, electrochemical studies and biological evalution of metal complexes with thiosemicarbazone of glyoxylic acid. Polyhedron 2018, Vol. 155, pp. 25-33.

2.Gulnar Gondolova, Parham Taslimi, Ajdar Medjidov, Vagif Farzaliyev, Afsun Sujayev, Mansura Huseynova, Onur Shahin, Bahattin Yalçın, Fikret Turkan, Ilhami Gulçin. “Synthesis, crystal structure and biological evaluation of spectroscopic characterization of Ni(II) and Co(II) complexes with N-salicyloil-N′-maleoil-hydrazine as anticholinergic and antidiabetic agents” Journal of biochemistry and molecular toxicology, 2018. DOI: 10.1002/jbt.22197

 

 PROBLEM

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlərin yaradılması

MÖVZU 6: Katalitik, elektrokatalitik və fotoelektrokatalitik proseslər üçün oksid və polimer əsaslı nanostrukturlaşdırılmış katalizatorların işlənib hazırlanma­sı.

II.Polistirol istehsalında benzolun etilenlə alkilləşmə prosesində zərərli aralıq məhsul kimi əmələ gələn fenilasetilenin selektiv hidrogenləşmə reaksiyasının tərkibində metal olmayan mezo-quruluşlu polimer karbon nitrid katalizatoru üzərində kinetik qanunauyğunluqları tədqiq edilmiş və prosesin riyazı modeli işlənilmişdir.

 

İcraçılar: k.ü.e.d., professor Vaqif  Əhmədov, akademik Dilqəm Tağıyev, akademik Ağadadaş Əliyev, dissertant Vüsal Əhmədov, M.Bəhmənov

        

V.Akhmedov, A.Aliyev, M.Bahmanov, V.Ahmadov, D.Tagiyev. ″Kinetics of phenylacetylene selective hydrogenation to styrene over metal-free polymeric carbon nitrides″. Applied Catalysis A, General, 2018. Vol. 565, pp. 13-19

 

III. Xitozanın qarışqa aldehidi və benzaldehid ilə reaksiyası nəticəsində alınmış, yüksək həll olma qabiliyyətinə malik N-metil-N-benzil törəməsinə L-tiroksin dərman preparatının inkapsullaşdırılması həyata keçirilmişdir. Alınan biokompleksin siçanlarda in vivo kəskin və xroniki toksikliyi yoxlanılmış və bir ay müddətində onlarda əks reaksiya müşahidə olun­mamışdır.

 

İcraçılar: akademik Dilqəm Tağıyev, k.ü.e.d. Nizami Zeynalov, k.ü.f.d. Şamo Tapdıqov

                

Sh.Z.Tapdigov, S.F.Safaraliyeva, N.A.Zeynalov, D.B.Tagiyev, A.I.Mammedova, E.M.Gasimov, A.F.Nuraliyev.  Synthesis of N,N-diethyl, N-methyl chitosan chloride with certainquaternization degree, molecular spectroscopic and thermomorphological study of the alkylation. /Journal of Biomimetics, Biomaterials and Biomedical Engineering, 2018, Vol. 39, pp.77-88.

 

 PROBLEM

Kimyəvi proseslərin texnologiyası və modelləşdirilməsi

MÖVZU 7: Kimyəvi proseslərin modelləşdirilməsi, (qeyri-üzvi sistemlərdə) fiziki kimyəvi hadisələrin tədqiqi, zəhərli maddələrin zərərsizləşdirilməsi və kimya sənayesində əmələ  gələn  yan  məhsulların  emal  texnologiya­sı­nın  işlənib  hazırlanması

 

    MÜHÜM  NƏTİCƏ

 

Dispers neft mühitində kütlə köçürmə hadisələri və reoloji xassələr əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə olan asfalt-qətran və bərk hissəciklərin çökmə və neft avadanlığının səthində hissəciklərin sıx layının yaranma modelləri təklif edilmişdir. Bu modellər neft avadanlıqlarının vəziyyətinin zamana görə proqnozlaşdırılmasına və onların istismar müddətinin artırılması üçün optimal şəraitin seçilməsinə imkan verir.

 

İcraçılar: AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev, t.ü.e.d., professor Sakit Rəsu­lov (Azərbaycan Dövlət Neft və Sənaye  Universiteti)

 

  1.  Келбалиев Г.И.,Расулов С.Р., Мустафаева Г.Р.  Вязкость структурированных дис­персных систем. //Теор. Осн. Хим. Техн., 2018,  т.52, №3, с.352–360.
  2.  Келбалиев Г.И., Расулов С.Р., Ильюшин П.Ю., Мустафаева Г.Р. Кристаллизация парафина из нефти и осаждение асфальто-парафинистых веществ на поверх­ности труб. //Инж.-Физ. журнал, 2018,т.91, №5. с.1–6.

 

 

 

2017-CI İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

 PROBLEM

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funk­si­onal materialların sintezi.

MÖVZU 1: Respublikanın filiz və qeyri-filiz mineral xammal ehtiyatlarının kompleks emal texnologiyasının elmi əsaslarının yaradılması

 

MÜHÜM  NƏTİCƏ

1. Acınohur titanmaqnetit konsentratının təbii qazla reduksiyası vasitəsilə və bioaktiv xitozan (0,01%) modifikatorundan istifadə etməklə titan 4-oksidin rutil və anataz forma­ları­nın istiqamətli sintezinin optimal rejimi və parametrləri müəyyən edilmiş və prosesin tex­no­loji sxemi verilmışdır.

 

İcraçılar: kimya üzrə elmlər doktoru, professor Asif Məmmədov, elmi işçi  Afəridə Qasımova, kimya üzrə fəlsəfə doktoru Qasım Səmədzadə

 

Гасымова А.М., Самедзаде К.М., Келбалиев Г.И., Мамедов А.Н., Шадлинская Г.В. Вос­становление титаномагнетитовых концентратов метаном для получения железного порошка и анатаза.//Фундаментальные Исследования. Москва, 2017, № 9(1). c.36-41

 

MÖVZU 2: Yüksək texnologiyalar üçün yeni qabaqcıl qeyri-üzvi funksional  materi­alların istiqamətli sintezinin elmi əsaslarının yaradılması

1. Lantanoidlərin qallium sulfid tərkibli şüşələri alınmış, onlarda həyəcanlanma (l=976 nm) zamanı şüalanmanın infraqırmızı sahədən görünən sahəyə keçməsi müşahidə edilmişdir ki, bu da həmin maddələrdən antistoks lüminofor kimi optiki lifli rabitə xətlərində və gecəgörmə cihazlarında istifadə edilməsini mümkün edir.

 

İcraçılar: kimya üzrə elmlər doktoru, professor İxtiyar Bəxtiyarlı, kimya üzrə fəlsəfə doktoru Ruqsana Qurbanova

 

Bakhtiyarly I.B., Abdullayeva A.S., Kurbanova R.D., Karimov P.I. The ternary system Ln2S3-Ga2S3-EuS and glass formation.//Azerbaijan Chemical journal, 2016, № 3,p.113-121.

 

2. Günəş batareyalarında istifadə edilən CdS birləşməsinin fotohəssaslığından daha yüksək fotohəssaslığa və daha geniş spektr sahəsinə malik Cd3As2S3Se3 birləşməsi sintez edilmiş, onun optiki və fotoelektrik xassələri öyrənilmiş və fotorezistor kimi günəş batareyalarında istifadə olunmasının perspektivliyi göstərilmişdir.

 

İcraçılar: kimya üzrə elmlər doktoru, professor İmir Əliyev, kimya üzrə fəlsəfə doktoru Ceyran Əhmədova (Adıyaman Universiteti, Türkiyə Respublikası)

 

Imir I. Aiyev, Ceyran A.Ahmedova,  Farzaliyev A.A. Phase equlibria in the As2Se3-

Tl3As2S3Se3  system and properties of alloys. //Chemistry and chemical technology.  2017. Vol. 11, No. 2, p. 138–143.  

 

PROBLEM

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbent­lərin yaradılması

 

MÖVZU 4: Heterogen biomimetik katalizatorlar iştirakında hidrogen peroksid və azot 1-oksid ilə koherent sinxronlaşdırılmış oksidləşmə reaksiyalarının funda­mental əsaslarının inkişaf etdirilməsi və innovasion işlənilmələ­rin tətbiqi

 

MÜHÜM  NƏTİCƏ 

1. Perflüorlaşdırılmış dəmirtetrafenilporfirin (per-FTPhPFe(III)OH/Al2O3) biomimetik katali­zatorunun tsikloheksan və metiltsikloheksan qarışığının hidrogen peroksidlə oksidləş­məsində tsikloheksana qarşı yüksək seçiciliyi müəyyən edilmiş və  göstərilmişdir ki, 2000C-də  11.3% tsikloheksanon və 2300C-də - 23.2% tsikloheksen alınır.

 

İcraçılar: akademik Tofiq Nağıyev,kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova, elmi işçi Səriyyə Ağaməmmədova.

 

S.Aghamammadova, I. Nagieva, L.Gasanova, T. Nagiev.Кinetics and Mechanism of the Reaction of Coherently Synchronized Oxidation and Dehydrogenation of  Cyclohexane by Hydrogen Peroxide. // International Journal of Engineering Research and Applications (IJERA), Volume 7, Issue 2, 2017, p. 36-40.

 

MÖVZU 5: Müxtəlif  sinif   karbohidrogenlərin  və onların törəmələrinin, zəhərli qazların  selektiv  və  tam oksidləşməsi  üçün  heterogen katalizatorların işlənib hazırlanması, katalizatorların  səmərəsini  yüksəltmək  üçün  fiziki  amillərin təsirinin tədqiqi

 

1. İlk dəfə olaraq bir mərhələli bərk fazalı reaksiya ilə mikrodalğa texnologiyasından və yerli xammal olan Daşkəsən maqnetitindən istifadə etməklə  Ni, Co, Zn və Cu metal­ları­nın  ferritləri alınmış və onların karbon monooksidin oksidləşməsində yüksək aktivliyi müəy­yən edilmişdir.

 

İcraçılar:  AMEA-nın müxbir üzvü Yuriy Litvişkov, kimya üzrə fəlsəfə doktoru Sima Zülfü­qarova, kimya üzrə fəlsəfə doktoru Narqələm Həsənquliyeva,  elmi işçi Zuleyxa Ələs­gə­ro­va                     

Зульфугарова С.М., Аскеров А.Г., Гасангулиева Н.М., Шакунова Н.В., Алескерова З.Ф., Литвишков Ю.Н., Талышинский Р.М. Исследованиe поверх­ностной кислот­ности гетерогенных катализаторов термодесорбцией аммиака  под воздей­ствием электромагнитного  СВЧ-излучения. //НефтеГазоХимия  № 1, 2017, Мос­ква, с. 54-58.

 

MÖVZU 6: Katalitik, elektrokatalitik və fotoelektrokatalitik proseslər üçün oksid və polimer əsaslı nanostrukturlaşdırılmış katalizatorların işlənib hazırlan­ması

 

1.Nanoölçülü gümüş hissəcikləri saxlayan kvaternizə olunmuş poli-4-vinilpiridin hidrogeli əsasında sintez olunmuş kompozitlərdə doksisiklin antibiotiki immobilizə olunmuş və müəyyən edilmişdir ki,  doksisiklin nanokompozitin tərkibində bioloji aktivliyini uzun müd­dət saxlayır və onun daşıyıcıdan tədricən ayrılması azı 48 saat ərzində müşahidə olunur.

 

İcraçılar:  kimya üzrə elmlər doktoru Nizami Zeynalov, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov, akademik Dilqəm Tağıyev

 

S.F.Humbatova, Sh.Z.Tapdigov, S.M. Mammadova, N.A.Zeynalov, D.B.Tagiyev. Synthesis and Study of Structure Silver Nanoparticles by Polyethyleneglycol-Gum Arabic Polymers. Journal of Nano Research. 2017, vol. 45, p. 25-33.

         

2. Elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli Al2O3 daxilində    n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe heterokeçidləri yaradılmışdır.

 

İcraçılar: kimya üzrə elmlər doktoru Akif Əliyev, kimya üzrə fəlsəfə doktoru Vüsalə Məcid-zadə, dissertant Natəvan Soltanova, akademik Dilqəm Tağıyev.

 

Eminov Sh.O., Tagiyev D.B., AliyevA.Sh., Soltanova N.Sh., Guliyev J.A., Jalilova Kh.D., Ismayilov N.J., Hasanov I.S., Rajabli A.A., Mamedova G.Kh., Gurbanov I.I., Mahmood Elrouby «Photo and electrical peculiarities of the nanostructured glass/ITO/AAO and glass/ITO/CdS systems». // J. Materials Science: Materials in Electronics, 2016, vol. 27, number 9, p. 9853-9860.

 

PROBLEM

Kimyəvi proseslərin texnologiyası və modelləşdirilməsi

MÖVZU 7:Kimyəvi proseslərin modelləşdirilməsi, qeyri-üzvi sistemlərdə fiziki-kimyəvi hadisələrin tədqiqi, zəhərli maddələrin zərərsizləşdirilməsi və kimya sənayesində əmələ  gələn  yan  məhsulların  emal  texnologiya­sı­nın  işlənib  hazırlanması

 

MÜHÜM  NƏTİCƏ

Gümüş tioqallat (AgGaS2) əsasında yüksək rentgendozimetrik xarakteristikalara malik monokristalların yetişdirilməsi üçün üsul təklif edilmiş və göstərilmişdir ki, geniş intervalda yüksək rentgen həssaslığa malik olan AgGaS2 kristalları soyudulmadan qeyri-ətalətli rentgen şüalarını qeyd edən cihazlarda tətbiq oluna bilər. 

 

İcraçılar: kimya üzrə elmlər doktoru, professor Mirsəlim Əsədov, fizika - riyaziyyat üzrə elmlər doktoru Solmaz Mustafayeva (AMEA Fizika İnstitutu)

 

Asadov M.M., Mustafaeva S.N. Guseinov D.T. X-Ray Dosimetric Characteristics of AgGaS2 Single Crystals. // Inorganic Materials. 2017. V. 53. № 5. p 457–461.

 

 

2016-CI İLDƏ ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

“MİNERAL XAMMALIN KOMPLEKS EMALI” şöbəsi

PROBLEM

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi

                                                                           MÜHÜM  NƏTİCƏ 

Daşkəsən filiz hövzəsində yerləşən Alunit filizinin emal məhsullarından istifadə etməklə ərazidə yerləşən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların  çıxarıl­ma­­sı­­nın optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə  olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır (şəkil 1).

İcraçılar: kimya üzrə elmlər doktoru Arif Heydərov, Aybəniz Quliyeva və geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay (AMEA Geologiya və Geofizika İnstitutu)

                                                        

  Şəkil 1. Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların
çıxarılmasının laboratoriya şəraitində mobil texnoloji qurğusu

 

A.A.Haydarov, Ch.M.Kashkay, A.A.Guliyeva, A.B.Huseynova, Z.R.Jafarov and ets. Recovery of precious metals from Dashkesan mineral tailings by combined methods. Azerbaijan Chemical journal. 2016, №3, c. 121-129.

 

“QEYRİ-ÜZVİ FUNKSİONAL MATERİALLAR” şöbəsi

PROBLEM

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi

                                                                            MÜHÜM  NƏTİCƏ

1. Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqi nəticəsində bu materialların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantenalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf  obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır (şəkil 2).

İcraçilar: AMEA müxbir üzvü Məhəmməd Babanlı, kimya üzrə fəlsəfə doktoru Ziya Əliyev

                                               

                                               Şəkil 2. Sahə-effekt  tranzistorları üçün nano antenaların SEM  təsviri

 

Viti L., Coquillat D.,Politano A.,Kokh K.A., Aliev Z.S., Babanly M.B.,Tereshchenko O.E., Knap W., Chulkov E.V., Vitiello M.S. Plasma-Wave Terahertz Detection Mediated by Topological Insulators Surface States // Nano Letters, 2016, v.16, pp.80−87.

 

2. Mingəçevir su anbarının sualtı polad  qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42-  ionları ilə  qidalanaraq  H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar (şəkil 3).

İcraçılar: kimya üzrə fəlsəfə doktoru Hilal Tahirli, kimya üzrə fəlsəfə doktoru Süleyman Verdiyev, biologiya üzrə fəlsəfə doktoru Könül Baxşəliyeva (Mikrobiologiya İnstitutu)

                                                

                                               Şəkil 3. Polad nümunələrin Mingəçevir su anbarında korroziya sınaqlarından

                                       sonrakı görünüşü, a – ilkin metal; b – 4 aylıq sınaqdan sonra;  c – 11 aydan sonra.

 

H.M.Tahirly, S.Ch.Verdiev, K.F.Bakhshaliyeva, acad. D.B.Taghiyev. Corrosion of carbon steel St-3 under exploitation of hydrotechnical utilities builts on the Kura and Aras rivers. Reports of National Academy of Sciences of Azerbaijan, 2016, № 2.

 

“KOORDİNASİYA BİRLƏŞMƏLƏRİ” şöbəsi

PROBLEM

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi.

                                                                           MÜHÜM  NƏTİCƏ 

Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli  fenilendiaminlərin monomer və oliqomerlərinin, onların komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır.

                                                

                                                            Dördəvəzli fenilendiaminin mis ilə polimer kompleksi  

 

İcraçılar: AMEA-nın müxbir üzvü Əjdər Məcidov, k.ü.f.d. Pərizad Fətullayeva, k.e.i. Səbinə İsmayılova   

 С.З.Исмаилова, А.А.Меджидов, П.А.Фатуллаева, Р.Дж.Касумов, И.Мамедов. Полу­чение полимера конденсацией

о-фенилендиамина и п-ксилилендибромида и его свойства. Журнал Неорганической Химии.              

“NANO- VƏ  ELEKTROKATALİZ” şöbəsi

PROBLEM

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbent­lə­rin yaradılması

                                                                            MÜHÜM  NƏTİCƏ 

1. İlk dəfə olaraq tərkibində keçid metalları olmayan nanoquruluşlu polimer karbon nitridin hidrogen molekulunu aktivləşdirmək xassəsi müəyyən edilmiş və bu katalizatorun iştirakı ilə çoxtonnajlı sənaye məhsulu olan polistirol istehsalında   fenilasetilenin stirola  selektiv hidrogenləşmə üsulu işlənib hazırlanmışdır.

2.

                                                   

                                                                     Fenilasetilenin stirola və etilbenzola çevrilməsi

 

İcraçılar: kimya üzrə elmlər doktoru Vaqif Əhmədov, kimya üzrə fəlsəfə doktoru İsrafil Əhmədov, Vüsal Əhmədov, kimya üzrə fəlsəfə doktoru Həbib Nurullayev

 

V.M. Akhmedov, I. Ahmadov, H.G. Nurullayev, V.M. Ahmadov. New metal-free  Catalysts  for the selective hydrogenation of multiple bonds in aromatic hydrocarbons based on graphitic carbon nitrides.  Azerbaijan Chemical Journal, 2016,  № 4.

 

 2. Sualtı  obyektlərin  aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri  alınmışdır.

 İcraçılar: akademik Dilqəm Tağıyev, kimya üzrə elmlər doktoru Nizami Zeynalov, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov, Səadət Hümbətova

 

S.F.Humbatova, N.A.Zeynalov, D.B.Taghiyev, Sh.Z.Tapdigov, S.M.Mammedova. Chitosan polymer composite material containing of silver nanoparticle // Digest Journal of Nanomaterials and Biostructures, 2016, Vol.11,. № 1, p.39-44.

SORBSİYA PROSESLƏRİ” şöbəsi

PROBLEM

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbent­lə­rin yaradılması

                                                                            MÜHÜM  NƏTİCƏ

Filiz emalı tullantı sularından yüksək faizlə (90-95%)  Cu2+ və Zn2+ ionlarının  çıxarılması üçün modifikasiya olunmuş bentonit  filtri  hazırlanmış və İran İslam Respublikasının Gilan Almas şirkətində sənaye miqyasında sınaqdan  keçirilmişdir.  Alınan nəticə  təbii bentonit və ənənəvi istifadə  olunan aktiv kömürdən 1,5 dəfə yüksəkdir. (şəkil 4). 

İcraçılar: kimya üzrə elmlər doktoru Əli Yaqubov, Şahab Nasseri,  Elvin Cabbarov

 

Ş.A.Nasseri, G.R.Kiani, A.I.Yaqubov, A.Alemi, A.N.Nuriev. Kinetics and thermodynamics study of zinc ions adsorption on to modified nanobentonite Chemical Engineering, 2016, V. 82,  №12, p. 820-826.

                                                          

                                                 Şəkil 4. Filiz emali tullanti sularindan cu2+ və zn2+ ionlarının  çıxarılması üçün

                                                                      istifadə olunan qurğunun texnoloji sxemi

 

1 - flotasiya çəni, 2 - qarışıq üçün çən, 3 - zəif axın üçün çən, 4 - ilkin çökdürülmə,

5- tarazlayıcı çən, 6- hidroliz üçün bioreaktor, 7-  bioreaktor antasid, 8- asetat çəni,

9 - metan üçün çən, 10 - aktiv şlam reaktoru, 11 - bioloji çökdürülmə çəni, 12 - xloru qarışdırma çəni, 13 - karbon filtri, 14 - bentonit uf – filtri, 15 - aktiv şlamın saxlanılması üçün yer, 16 - əhəngin içəri ötürülməsi üçün sistem, 17 -  atomun ötürülməsi üçün sistem, 18 - xlorun ötürülməsi üçün sistem


2015-ci ildə ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

“KOHERENT-SİNXRONLAŞDIRILMIŞ  OKSİDLƏŞMƏ REAKSİYALARI” şöbəsi

  • Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbent­lə­rin yaradılması

Mühüm nəticə:

İlk dəfə olaraq  əsas işçi elementi dəmirporfirin biomimetik katalizatoru olan yarımkeçirici (Si) tərkibli katalaz tipli biomimetik elektrod hazırlanmışdır. Elektrodun yüksək aktivliyi və həssaslığı H202-in məhlulda 10-6 küt.%-ə qədər qatılığını təyin etməyə imkan verir və H2O2-in təsirinə qarşı davamlı olub təkrar istifadə üçün yararlıdır.

İcraçılar: akademik Tofiq Nağıyev, k.ü.f.d. Nəhməd Əli-zadə, e.i. Nurana Məlikova

 

OKSİDLƏŞDİRİCİ HETEROGEN  KATALİZ” şöbəsi

  • Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbentlə­rin yaradılması

Mühüm nəticə:

Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsinin yeni metodu (optimal uzlaşdırılmış material və istilik axınlarının təyini) işlənib hazırlanmışdır.

İcraçılar:  akademik Ağadadaş Əliyev, t.ü.f.d.,ap.e.i. Alla Hüseynova, t.ü.f.d., b.e.i. Aqil Səfərov

 

“NANO- VƏ ELEKTROKATALİZ” şöbəsi

  • Problem

Katalizin fundamental əsaslarının inkişaf etdirilməsi, yeni katalizatorların və adsorbent­lə­rin yaradılması

Mühüm nəticə:

Doksorubisin antibiotikinin uzun müddətli bioloji aktivliyini saxlamaq məqsədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

İcraçılar: k.e.d. Nizami Zeynalov,  k.ü.f.d., b.e.i. Şamo Tapdıqov, e.i. Samirə Məmmədova

 

QEYRİ-ÜZVİ   FUNKSİONAL MATERİALLAR” şöbəsi

  • Problem

Mineral və bərpa olunan xammal emalının fiziki-kimyəvi əsasları və yeni qeyri-üzvi funksional materialların sintezi.

Mühüm nəticə:

ШХ15 poladı üzərində qarışıq Cr-Ti karbidləri formalaşdırılmış örtüyə molibdenin daxil edilməsi ilə poladın korroziyaya və eroziyaya dayanıqlığı əsaslı şəkildə yüksəldilmiş və onun pittinq əmələgətirmə potensialı 200 mV müsbət tərəfə sürüşdürülmüşdür. Termodiffuziya üsulu ilə işlənmiş bu tip poladlar sənayenin bir çox sahələrində, o cümlədən hərbi sənayedə də istifadə oluna bilər.

İcraçılar: k.ü.f.d.  Hilal Tahirli, e.i. Elşən Əkbərov

 

KİMYƏVİ VƏ EKOLOJİ PROSESLƏRİN MODELLƏŞDİRİLMƏSİ VƏ TEXNOLOGİYASI şöbəsi

  •  Problem

Kimyəvi proseslərin texnologiyası və modelləşdirilməsi.

Mühüm nəticə:

Pirokondensatın yüngül qətranından ilk dəfə olaraq yeni texnologiya ilə alkilləşmə prosesində xammal kimi istifadə edilə bilən, təmizliyi 98,5% olan benzolun alınma prosesi təklif olunur. Üsul texnoloji cəhətdən sadəliyi, hidrodealkilləşmə mərhələsini istisna etməyi, az enerji və  metal tutumluğu, iqtisadi cəhətdən əlverişli olması ilə fərqlənir.

İcraçılar:  t.e.d., professor Fikrət Sadıxov, k.ü.f.d. İdris Hüseynov, mühəndis İradə Məmmədova

 

2014-cü ildə İNSTİTUTDA AŞAĞIDAKI MÜHÜM NƏTİCƏLƏR ALINMIŞDIR

 

Molekulyar naqillər kimi nano-elektronikada pers-­ pektiv materiallar hesab edilən və xətti molekul zəncirində 11 nikel atomu saxlayan metal-strinq kompleks ilk dəfə sintez edilmişdir. İndiyə qədər məlum olan molekulyar naqillər arasında uzunluğu ən çox (32.4 Å) olan bu kompleks ilk metal-strinq molekuldur ki, tərkibində qarışıq valentli nikel hissəcikləri saxlayır;

Reniumun mislə selenidlərinin nazik təbəqələrinin elektro­kimyəvi alınma üsulu işlənilmişdir. Çevrilmə və yaddaş effektinə malik olan belə nazik təbə­qələr diod kimi yarımkeçiricilər texnikasında və fotoelektrod kimi günəş ener­ji­sinin çevrilməsində perspektivli materiallar hesab edilirlər;

Ərintidən kristallaşma proseslərinin idarə oluna bil­mə­sini nəzəri əsaslandırmaq üçün binar və kvazibinar sistemlərdə faza diaqramlarının tarazlıq koordinatlarını, kristallaşma prosesinin termodinamik və kinetik para­metr­lərini əlaqələndirən yeni tənlik alınmış və müxtəlifsistemlərə tətbiq etməklə təcrübi sübut edilmişdir;

Neft emulsiyasının sudan ayrılmasının və təbə­qələşməsinin effektivlik dərəcəsini, zamandan asılı olaraq ayrılan suyun miqdarını və prosesin aparat tərtibatını hesablamaq üçün su damlalarının koalessensiyasının yeni kinetik modeli yaradılmışdır.

Uzun müddət ardıcıl aparılmış elmi-tədqiqat işlərinin nəticəsi dövlət səviyyəsində qiymətləndirilmiş və  bu institutların əmək­daşlarından  1 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 1 nəfər «Lenin» mükafatına, 5 nəfər  Azərbaycan  Dövlət Mükafatına,  1 nəfər SSRİ Lenin Komsomolu mükafatına, 2 nəfər «Lenin», 1 nəfər «Oktyabr İnqilabı», 3 nəfər «Qırmızı  Əmək  

Bayra­ğı», 5 nəfər «Şərəf  Nişanı», 5 nəfər «Şöhrət» ordenlərinə, 5 nəfər «Əməkdar elm xadimi» fəxri adına,  Əməkdə fərqləndiyinə görə, «Tərəqqi», Akademik N.S.Kurnakov  adına medallara,  Azərbaycan Ali Sovetinin və AMEA-nın Fəxri Fərmanlarına  və digər mükafatlara layiq görül­müşlər. 

 

 İNSTİTUTUN FƏALİYYƏTİ DÖVRÜNDƏ ƏLDƏ EDİLƏN ƏSAS NAİLİYYƏTLƏR

Respublikanın mineral və neft-lay sularında, müxtəlif tip süxurlarda nadir və radioaktiv elementlərin yayılma qanunauyğunluqları öyrənilmiş, Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və   geokimyasının yeni sxemi işlənib hazırlanmış, Böyük Qafqazın cənub yamaclarında tapılmış  kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katedağ və s.) geokimyası öyrənilmişdir;

Neft-su-süxur üçlü heterogen sistemlərdə mikroelementlərin paylanması və onların mineral neft-lay və dəniz sularından sorbsiya mexanizmi öyrənilmişdir. Neft mədənlərində neft-plast suları–süxur sistemində nadir və radioaktiv elementlərin paylanması tədqiq edilərək, onların miqrasiyası, səpələnməsi və toplanmasının qanunauyğunluqları müəyyən edilmişdir;

Alunit filizinin mövcud emalı texnologiyasının təkmilləşdirilməsi nəticəsində iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təmiz olan texnoloji proses işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. Zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları işlənib hazırlanmışdır; 

Polimetal sulfid filizinin bir neçə variantda kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır ki, bu sxem filizin tərkibində olan makroelementlərlə (dəmir, kükürd, mis, sink, qurğuşun) yanaşı bir çox nadir və qiymətli metalların çıxarılmasına imkan yaradır;

Daşkəsən dəmir filizini və titan maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə poladəritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyinə malik  qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, xrom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılması texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır;

Neft emalından birbaşa alınan və yaxud sintez olunan  səmərəli ekstragentlər (naften turşuları və onların törəmələri) aşkar edilmiş, işlənilmiş sənaye məhsullarından yüksək keyfiyyətli mis kuporosu və nikel-sulfat alınmasının texnologiyası təcrübi-sənaye qurğusunda sınaqdan keçirilmiş, nadir-torpaq ele­ment­lərinin selektiv çıxarılması və bir sıra duzların təmizlənməsinə imkan verən ekstraksiya üsulları təklif olunmuşdur;

Bir sıra nəcib elementlərin təyininin yüksək həssaslıq və seçiciliyə malik spektrofotometrik, ekstraksiyalı fotometrik, atom-absorbsiya üsulları işlənib hazırlanmış və onların bir çoxu istehsalat və elmi-tədqiqat laboratoriyalarında mürəkkəb tərkibli təbii və sənaye nümunələrinin analizində istifadə edilmişdir;

Kalsium silikatları kristallarının quruluşu öyrənilməklə sementin bər­ki­mə­sinin nəzəri əsasları verilmiş, dünya tədqiqatçılarını maraqlandıran fundamental texnoloji məsələləri həll etməklə yanaşı, mineralların quruluşunda böyük kationların aparıcı rolu haqqında konsepsiya sübut edilmişdir. Kalsium silikatlarının kristallokimyəvi təsnifatı nizama salınaraq bağlayıcılığın kristallokimyəvi nəzəriyyəsinin əsası qoyulmuşdur. Kristallokimya elminə “quruluş vahidi” anlayışı daxil edilmiş, ona yeni tərif verilmiş və qeyri-üzvi maddələrin məqsədli sintezi məsələsində bu anlayışın aparcı ideya olacağı qeyd edilmişdir;

Nadir və nadir-torpaq elementlərinin xalkogenidləri, oksixalkogenidləri əsasında çoxlu sayda birləşmələr və bərk məhlullar sintez olunmuş, onların monokristallarının yetişdirilməsi üsulları hazırlanmış, kristal quruluşları açılmış, fiziki-kimyəvi, maqnit və optiki xassələri tədqiq olunmaqla spektrin müxtəlif sahələrində işləyə bilən şüa mənbələri və müxtəlif qəbuledicilərin hazırlanmasında istifadə olunması müəyyənləşdirilmiş və bir sıra qapalı müəssisələrdə tətbiq olunmuşdur. Maqnit yarımkeçiricilərin sintezi və tətbiqi sahəsində aparılan tədqiqatların əhəmiyyəti və səviyyəsinə görə institut bu sahələr üzrə keçmiş SSRİ məkanında baş aparıcı təşkilat kimi fəaliyyət göstərmişdir;

Xelat əmələ gətirən liqandlarla (şiff əsaslı karboksilatlar, ksantogenatlar və s.) keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez olunmuş, onların molekulyar və kristal quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasında elektron mübadiləsi enerjisi təyin olunmuşdur. Göstərilmişdir ki, radikal mərkəzin (nitroksilin) metalın (Cu(II)) koordinasiya sferasına daxil olması radikalın aktivləşməsinə səbəb olur. Koordinasiya olunmuş salisil­aldiminatlarda yeni oksidləşmə C–C qoşulma reaksiyası aşkar edilmişdir;

Karbohidrogenlərin amorf və kristallik alümosilikatlar (seolit və seolitə-bənzər sistemlər) üzərində çevrilmələrinin elmi və praktiki məsələləri həll edilmiş;  alifatik spirtlərin, olefin və parafin karbohidrogenlərinin oksidləşdirici çevrilməsi reaksiyaları üçün selektiv və aktiv polifunksional seolit katalizatorların  məqsədyönlü konstruksiya edilməsinin elmi əsasları işlənib hazırlanmış; V-P-O/SiO2 katalitik sistemləri üzərində
C1–C4 alifatik, olefin, dien sırası xlorlu karbohidrogenlərin oksidləşmə reaksiyasının tədqiqi sayəsində sənaye tullantılarının zərərsizləşdirilməsi üçün yeni imkanlar  aşkar edilmiş; mikrodalğalı stimullaşdırılmış reaksiyalar üçün ifrat yüksək tezlik dia­pa­zonunun elektromaqnit şüalanmasının intensiv udma qabiliyyətinə malik olan bir sıra heterogen katalizatorlar işlənib hazırlanmışdır; 

Aromatik nitrillərin bütöv bir sırasının yeni  və səmərəli, praktiki olaraq tullantısız alınma prosesləri yaradılmış və  alkilbenzolların aşağı temperaturlu maye fazada oksidləşdirici ammonoliz prosesi işlənilmişdir. Bu üsul texnoloji əlverişli şəraitlərdə bir sıra vacib aromatik mono- və dinitrilləri sintez etməyə imkan yaradır; 

Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və hidrogen peroksidlə qaz fazalı oksidləşmə reaksiyalarının eksperimental tədqiqi yolu ilə nəzəriyyə təsdiq edilmişdir. Bununla da kimyəvi kinetika inkişaf etdirilmiş və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir. Hidrogen peroksidlə üzvi birləşmələrin sərbəst radikallı mexanizm üzrə oksidləşməsi reaksiyaları sahəsində ilk dəfə olaraq mühüm nəzəri və praktiki əhəmiyyətli koherent-sinxronlaşdırılmış dehidrogenləşmə, epoksid­ləşmə, atmosfer azotunun fiksasiyası və təbii qazın oksidləşməsi reaksiyaları təd­qiq edilmişdir. Monooksigenaz, peroksidaz və katalaz reaksiyalar sahəsində yeni – imitasion kataliz elmi istiqamətinin əsasları inkişaf etdirilmiş və bu istiqamətin biotexnologiyada tətbiqi nəticəsində yeni biomimetik sensorlar işlənib hazırlan­mışdır;

Molekulyar  azotun  hidrogen  peroksidlə fiksasiyası reaksiyasının mexanizmi üzrə xaricdə aparılmış  kvant - kimyəvi  və  eksperimental  tədqiqatlar  nəticəsində  da­vamlı

HOO–N=N–OOH intermediatının mövcudluğu təsdiq edilmiş və bu proses “Nağıyev effekti” adlandırılmışdır;

Sənaye tullantı sularının zəhərli  maddələrdən və neft məhsullarından təmiz­lənməsi, sənaye qazlarının və maye karbohidrogenlərin qurudulması prosesləri üçün Azərbaycanda böyük yataqlara malik olan təbii seolitlər və alümosilikatlar əsasında yüksək effektli sorbentlər yaradılmışdır;

SSRİ Dövlət Elm və Texnika Komutəsinin   “Dünya okeanı” elmi proqramı çərçivəsində Xəzər dənizi suyun­dan sorbsiya üsulu ilə uran, kobalt və misin tutulmasının elmi əsasları işlənmiş və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir;

Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi yaradılmış, kimyəvi müəssisələrin, xüsusilə kimya kombinatlarının layihələşdirilməsinin nəzəri əsaslarına xidmət göstərən qlobal optimallaşdırma üsulu işlənib hazır­lanmış, kimya proseslərinin opti­mal­lığının yüksəldilməsi yolları göstərilmiş; kimya texnologiyasına yeni prinsip-ümumi superoptimallaşdırma prinsipi daxil edilmiş; mürəkkəb texnoloji sistemlər üçün üç mərhələli: dekompozision-qlobal, regional və lokal optimallaşdırma üsulu yaradılmışdır;

Qeyri-stasionar katalitik proseslərin modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsi, prinsipləri və üsulları işlənilmiş, bunların əsasında parafin və olefin karbohid­rogenlərinin dehidrogenləşməsinin sənaye proseslərinin intensivləşdirilməsi üçün tövsiyələr verilmiş; ilk dəfə olaraq katalizatorun seçilməsi üçün reaksiyanın sürətini maksimal dərəcəyə çatdırmağa imkan verən  yeni yanaşma işlənib hazırlanmışdır;

Reaktor-regenerator blokunda dövr edən qaynar laylı katalizatorun iştirakı ilə gedən prosesin riyazi modelinin tərtib edilməsinin ümumi prinsipləri, həm katalizatorun aktivliyinin dəyişməsi, həm də blokun optimal iş rejimini təmin edən iki elementinin qarşılıqlı təsiri nəzərə alınmaqla işlənib hazırlanmışdır;

Prinsipcə yeni növ reaktor-elektrokimyəvi yanma kamerası yaradılmış və onun əsasında elektrik diffuziya qövsündə oksidləşdirici pirolizlə təbii qazdan asetilenin alınma prosesi işlənib hazırlanmışdır;

Kimya texnologiyası aparatlarının istilikdəyişmə səthində bərk fazanın çökdürülməsi ilə çoxfazalı sistemlərin axın proseslərinin nəzəriyyəsi işlənilmiş və ağır neftlərin emal prosesləri, həmçinin Sumqayıt superfosfat zavodunda tozvari materialların dənəvərləşdirilməsi prosesinin idarə olunması üçün elmi əsaslandırılmış tövsiyyələr verilmişdir;

Metal, yarımkeçirici örtük və təbəqələrin elektrokimyəvi alınması, elektrokimyəvi təmizləmə və çökdürmə, üzvi birləşmələrin elektrokatalizi prosesləri; mürəkkəb tərkibli aqressiv mühitlərdə baş verən korroziya prosesləri üçün ingibitorlar və onların qarışıqları hazırlanmış, elektrokimyəvi və birgə mühafizə metodlarının istifadə edilməsi şəraiti öyrənilmiş, səthlərin elektrokimyəvi işlənməsi, metal və qeyri-metal örtüklərdən istifadə etməklə sənayenin müxtəlif sahələri üçün elmi cəhətdən əsaslandırılmış metodlar və mühafizə vasitələri işlənib hazırlanmışdır;

Kompleks əmələgətirən polimer sorbentlər və metal polimer kompleks ka­talizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır. Metalın sorbsiya olunması üçün əlverişli vəziyyət yaradan şişmiş polimer gellərdən seqmentlərin konfor­masion dəyişdirilməsinin sürətini müəyyən edən yeni mərhələ aşkar edil­mişdir;

Metalpolimer komplekslər əsasında tərkibində oksigen və azot funksional qrupu olan makroliqandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında gel-immobilizə olunmuş katalitik sistemlər alınmışdır. Yüksək dərəcədə şişmə qabiliyyətinə malik olan belə katalizatorlar kimyəvi cəhətdən özlərini homogen katalizator kimi aparır, digər tərəfdən onlar heterogen katali­zatorlar kimi reaksiya mühitindən asanlıqla ayrılıb təkrar istifadə oluna bilər. Onların aşağı molekullu olefinlərin dimerləşməsi və sodimerləşməsi reaksiya­la­rında yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir.

JURNALLAR
Faydalı linklər