İnstitutun tarixi

İNSTİTUTUN YARANMA TARİXİ VƏ ƏSAS NAİLİYYƏTLƏRİ

  

Kimya İnstitutu 1935-ci ildə SSRİ  Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında  yaradılmışdır.  Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ  EA-nın müxbir üzvü Konstantin Krasuski  Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937-1941), professor Şıxbala Əliyev (1941-1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov(1943-1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949-1967), akademik İzzət Orucova (1967-1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971-1983) rəhbərlik etmiş, 1983-1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini  icra etmiş, 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru    akademik Ramiz Rizayev olmuşdur.

1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu  adlandırılmışdır.

İnstitutda  SSRİ EA-nın müxbir üzvləri Simon Roqinski,   Viktor Qutırya, akademiklər Murtuza Nağıyev, Həbibulla Şah­taxtinski, Soltan Mehdiyev, Bahadur Zey­nalov, Azər­bay­can SSR EA-nın müxbir üzvləri  Məmməd Mövsümza­də,  Bilal Da­da­şov, Vsevolod Neqreyev və s. görkəmli alimlər işləmişlər. Sonralar İnstitutda akademik Ramiz Rizayev, müxbir üzvlərdən Zülfüqar Zülfüqarov, Telman Qurba­nov, Xudu Məm­mədov, Paşa Rüstəmov, Əli Nuriyev, Əjdər Məcidov, Mübariz Əhmə­dov, Yuriy Litvişkov və b.  aparılan elmi tədqiqatları müvəffəqiyyətlə inkişaf  etdir­miş və Institut respublikadan kənarda tanınan elmi mərkəzə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin  7 iyul 1972-ci il  tarixli qərarı əsasında  Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun  strukturu kimi fəaliyyət  göstərən Naxçıvan Regional   Elmi Mərkəzi yaradılmışdır. Bu mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublikasının  təbii xammal ehtiyatlarının kompleks şəklində öyrənilməsi  və  səmərəli istifadə olunmasının  elmi əsaslarının işlənib hazırlanması idi. Elmi mərkəzə müxtəlif illərdə akademiklər Toğrul Şahtaxtinski, Məhərrəm Məmmədyarov, müxbir üzvlər Telman Qurbanov, Əli Nuriyev və başqaları rəhbərlik etmişlər.  Sonralar Naxçıvan Regional   Elmi Mərkəzi   elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə  təşkil edilmiş  AMEA Naxçıvan bölməsinin tərkibində  öz fəaliyyətini davam etdirmişdir.

1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin  22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun  nəzdində Mineral Xammalın   Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro   yaradıldı.  Təşkilatın elmi-texinki fəaliyyətinin əsas istiqamətlərini mineral və təbii xammalın emalı, sənayedə istifadə üçün yeni növ maddə və materialların alınma texnologiyalarının işlənməsi, istehsalı təşkil ediləcək proseslərin layihə-konstruktor və normativ texniki sənədlərinin hasırlanması, yeni texnoloji proseslərin təcrübi və təcrübi-sənaye miqyasında istehsala tətbiqi   təşkil edirdi.

1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində  tədqiqatlar aparan yeganə institut idi.

1991-ci ildə Azərbaycan  EA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin təqdimatı əsasında Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə İnstituta akademik Murtuza Nağıyevin adı verilmişdir (11.01.91 il 16 №-li qərar).

1975-2002-ci illərdə İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur. Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun əsas elmi istiqaməti kimya-texnoloji sistemlərin modelləşdirilmə və optimallaş­dırılma üsullarının, prinsipcə yeni reaksiya və texnoloji sistemlərin, o cümlədən, katalitik proseslərin optimal layihələşdirilməsinin elmi əsaslarının yaradılması olmuşdur.

İnstitutda kimya texnologiyasının resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısı olan  akademik Murtuza Nağıyev və onun əməkdaşları – akademiklər Toğrul Şahtaxtinski, Ağadadaş Əliyev, Tofiq Nağıyev, Ayaz Əfəndiyev, müxbir üzv Qüdrət Kəlbəliyev kimi tanınmış alimlər fəaliyyət göstərmişlər.

2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.05.02 il  qərarı əsasında Azərbaycan MEA Qeyri-Üzvi və Fiziki Kimya və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarının bazasında Kimya Problemləri İnstitutu yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə , akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək həmin vəzifədə çalışmışdır.  Ondan sonra  2014-cü ilədək direktor vəzifəsində akademik Ağadaş Əliyev çalışmış, 2014-cü ildə isə direktor vəzifəsinə akademik Dilqəm Tağıyev təyin edilmişdir. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.04.14 il  104№ -li  və AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il 14/8 №-li tarixli  qərarına  əsasən İnstitutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılmışdır.

Hər iki institutda aparılan elmi-tədqiqat işlərindən əldə edilən əsas nailiyyətlər aşağıdakılardır: 

- respublikanın mineral və neft-lay sularında, müxtəlif tip süxurlarda nadir və radioaktiv elementlərin yayılma qanunauyğunluqları öyrənilmiş, Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemi işlənib hazırlanmış, Böyük Qafqazın cənub yamaclarında tapılmış  kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katedağ və s.) geokimyası öyrənilmişdir;

- neft-su-süxur üçlü heterogen sistemlərdə mikroelementlərin paylanması və onların mineral neft-lay və dəniz sularından sorbsiya mexanizmi öyrənilmişdir. Neft mədənlərində neft-plast suları–süxur sistemində nadir və radioaktiv elementlərin paylanması tədqiq edilərək, onların miqrasiyası, səpələnməsi və toplanmasının qanunauyğunluqları müəyyən edilmişdir;

- alunit filizinin mövcud emalı texnologiyasının təkmilləşdirilməsi nəticəsində iqtisadi baxımdan səmərəli və ekoloji cəhətdən təmiz olan texnoloji proses işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. Zəif alunitləşmiş süxurların kombinə edilmiş turşu-qələvi üsulu ilə işlənməsinin elmi əsasları işlənib hazırlanmışdır; 

- polimetal sulfid filizinin bir neçə variantda kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır ki, bu sxem filizin tərkibində olan makroelementlərlə (dəmir, kükürd, mis, sink, qurğuşun) yanaşı bir çox nadir və qiymətli metalların çıxarılmasına imkan yaradır;

- Daşkəsən dəmir filizini və titan maqnetit konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə poladəritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri üçün reaktiv təmizliyinə malik  qiymətli xammalların (dəmir, titan 4-oksid, vanadium 5-oksid, xrom birləşmələri) alınması və filizin zənginləşməsi nəticəsində alınan tullantılardan maqnetit və mis-kobalt konsentratının çıxarılması texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır;

- neft emalından birbaşa alınan və yaxud sintez olunan  səmərəli ekstragentlər (naften turşuları və onların törəmələri) aşkar edilmiş, işlənilmiş sənaye məhsullarından yüksək keyfiyyətli mis kuporosu və nikel-sulfat alınmasının texnologiyası təcrübi-sənaye qurğusunda sınaqdan keçirilmiş, nadir-torpaq ele­ment­lərinin selektiv çıxarılması və bir sıra duzların təmizlənməsinə imkan verən ekstraksiya üsulları təklif olunmuşdur;

- bir sıra nəcib elementlərin təyininin yüksək həssaslıq və seçiciliyə malik spektrofotometrik, ekstraksiyalı fotometrik, atom-absorbsiya üsulları işlənib hazırlanmış və onların bir çoxu istehsalat və elmi-tədqiqat laboratoriyalarında mürəkkəb tərkibli təbii və sənaye nümunələrinin analizində istifadə edilmişdir

- kalsium silikatları kristallarının quruluşu öyrənilməklə sementin bər­ki­mə­sinin nəzəri əsasları verilmiş, dünya tədqiqatçılarını maraqlandıran fundamental texnoloji məsələləri həll etməklə yanaşı, mineralların quruluşunda böyük kationların aparıcı rolu haqqında konsepsiya sübut edilmişdir. Kalsium silikatlarının kristallokimyəvi təsnifatı nizama salınaraq bağlayıcılığın kristallokimyəvi nəzəriyyəsinin əsası qoyulmuşdur. Kristallokimya elminə “quruluş vahidi” anlayışı daxil edilmiş, ona yeni tərif verilmiş və qeyri-üzvi maddələrin məqsədli sintezi məsələsində bu anlayışın aparcı ideya olacağı qeyd edilmişdir.

- nadir və nadir-torpaq elementlərinin xalkogenidləri, oksixalkogenidləri əsasında çoxlu sayda birləşmələr və bərk məhlullar sintez olunmuş, onların monokristallarının yetişdirilməsi üsulları hazırlanmış, kristal quruluşları açılmış, fiziki-kimyəvi, maqnit və optiki xassələri tədqiq olunmaqla spektrin müxtəlif sahələrində işləyə bilən şüa mənbələri və müxtəlif qəbuledicilərin hazırlanmasında istifadə olunması müəyyənləşdirilmiş və bir sıra qapalı müəssisələrdə tətbiq olunmuşdur. Maqnit yarımkeçiricilərin sintezi və tətbiqi sahəsində aparılan tədqiqatların əhəmiyyəti və səviyyəsinə görə institut bu sahələr üzrə keçmiş SSRİ məkanında baş aparıcı təşkilat kimi fəaliyyət göstərmişdir;

- xelat əmələ gətirən liqandlarla (şiff əsaslı karboksilatlar, ksantogenatlar və s.) keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez olunmuş, onların molekulyar və kristal quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasında elektron mübadiləsi enerjisi təyin olunmuşdur. Göstərilmişdir ki, radikal mərkəzin (nitroksilin) metalın (Cu(II)) koordinasiya sferasına daxil olması radikalın aktivləşməsinə səbəb olur. Koordinasiya olunmuş salisil­aldiminatlarda yeni oksidləşmə C–C qoşulma reaksiyası aşkar edilmişdir;

- karbohidrogenlərin amorf və kristallik alümosilikatlar (seolit və seolitə-bənzər sistemlər) üzərində çevrilmələrinin elmi və praktiki məsələləri həll edilmiş;  alifatik spirtlərin, olefin və parafin karbohidrogenlərinin oksidləşdirici çevrilməsi reaksiyaları üçün selektiv və aktiv polifunksional seolit katalizatorların  məqsədyönlü konstruksiya edilməsinin elmi əsasları işlənib hazırlanmış; V-P-O/SiO2 katalitik sistemləri üzərində
C1–C4 alifatik, olefin, dien sırası xlorlu karbohidrogenlərin oksidləşmə reaksiyasının tədqiqi sayəsində sənaye tullantılarının zərərsizləşdirilməsi üçün yeni imkanlar  aşkar edilmiş; mikrodalğalı stimullaşdırılmış reaksiyalar üçün ifrat yüksək tezlik dia­pa­zonunun elektromaqnit şüalanmasının intensiv udma qabiliyyətinə malik olan bir sıra heterogen katalizatorlar işlənib hazırlanmışdır; 

- aromatik nitrillərin bütöv bir sırasının yeni  və səmərəli, praktiki olaraq tullantısız alınma prosesləri yaradılmış və  alkilbenzolların aşağı temperaturlu maye fazada oksidləşdirici ammonoliz prosesi işlənilmişdir. Bu üsul texnoloji əlverişli şəraitlərdə bir sıra vacib aromatik mono- və dinitrilləri sintez etməyə imkan yaradır; 

- koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriyyəsi yaradılmış və hidrogen peroksidlə qaz fazalı oksidləşmə reaksiyalarının eksperimental tədqiqi yolu ilə nəzəriyyə təsdiq edilmişdir. Bununla da kimyəvi kinetika inkişaf etdirilmiş və mürəkkəb reaksiyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir. Hidrogen peroksidlə üzvi birləşmələrin sərbəst radikallı mexanizm üzrə oksidləşməsi reaksiyaları sahəsində ilk dəfə olaraq mühüm nəzəri və praktiki əhəmiyyətli koherent-sinxronlaşdırılmış dehidrogenləşmə, epoksid­ləşmə, atmosfer azotunun fiksasiyası və təbii qazın oksidləşməsi reaksiyaları təd­qiq edilmişdir. Monooksigenaz, peroksidaz və katalaz reaksiyalar sahəsində yeni – imitasion kataliz elmi istiqamətinin əsasları inkişaf etdirilmiş və bu istiqamətin biotexnologiyada tətbiqi nəticəsində yeni biomimetik sensorlar işlənib hazırlan­mışdır;

- molekulyar azotun hidrogen peroksidlə fiksasiyası reaksiyasının mexanizmi üzrə xaricdə aparılmış kvant - kimyəvi və eksperimental tədqiqatlar nəticəsində da­vamlı

HOO–N=N–OOH intermediatının mövcudluğu təsdiq edilmiş və bu proses “Nağıyev effekti” adlandırılmışdır;

- sənaye tullantı sularının zəhərli  maddələrdən və neft məhsullarından təmiz­lənməsi, sənaye qazlarının və maye karbohidrogenlərin qurudulması prosesləri üçün Azərbaycanda böyük yataqlara malik olan təbii seolitlər və alümosilikatlar əsasında yüksək effektli sorbentlər yaradılmışdır;

- SSRİ Dövlət Elm və Texnika Komutəsinin   “Dünya okeanı” elmi proqramı çərçivəsində Xəzər dənizi suyun­dan sorbsiya üsulu ilə uran, kobalt və misin tutulmasının elmi əsasları işlənmiş və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir

- kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi yaradılmış, kimyəvi müəssisələrin, xüsusilə kimya kombinatlarının layihələşdirilməsinin nəzəri əsaslarına xidmət göstərən qlobal optimallaşdırma üsulu işlənib hazır­lanmış, kimya proseslərinin opti­mal­lığının yüksəldilməsi yolları göstərilmiş; kimya texnologiyasına yeni prinsip-ümumi superoptimallaşdırma prinsipi daxil edilmiş; mürəkkəb texnoloji sistemlər üçün üç mərhələli: dekompozision-qlobal, regional və lokal optimallaşdırma üsulu yaradılmışdır;

- qeyri-stasionar katalitik proseslərin modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsi, prinsipləri və üsulları işlənilmiş, bunların əsasında parafin və olefin karbohid­rogenlərinin dehidrogenləşməsinin sənaye proseslərinin intensivləşdirilməsi üçün tövsiyələr verilmiş; ilk dəfə olaraq katalizatorun seçilməsi üçün reaksiyanın sürətini maksimal dərəcəyə çatdırmağa imkan verən  yeni yanaşma işlənib hazırlanmışdır;

- reaktor-regenerator blokunda dövr edən qaynar laylı katalizatorun iştirakı ilə gedən prosesin riyazi modelinin tərtib edilməsinin ümumi prinsipləri, həm katalizatorun aktivliyinin dəyişməsi, həm də blokun optimal iş rejimini təmin edən iki elementinin qarşılıqlı təsiri nəzərə alınmaqla işlənib hazırlanmışdır;

- prinsipcə yeni növ reaktor-elektrokimyəvi yanma kamerası yaradılmış və onun əsasında elektrik diffuziya qövsündə oksidləşdirici pirolizlə təbii qazdan asetilenin alınma prosesi işlənib hazırlanmışdır;

- kimya texnologiyası aparatlarının istilikdəyişmə səthində bərk fazanın çökdürülməsi ilə çoxfazalı sistemlərin axın proseslərinin nəzəriyyəsi işlənilmiş və ağır neftlərin emal prosesləri, həmçinin Sumqayıt superfosfat zavodunda tozvari materialların dənəvərləşdirilməsi prosesinin idarə olunması üçün elmi əsaslandırılmış tövsiyyələr verilmişdir;

- metal, yarımkeçirici örtük və təbəqələrin elektrokimyəvi alınması, elektrokimyəvi təmizləmə və çökdürmə, üzvi birləşmələrin elektrokatalizi prosesləri; mürəkkəb tərkibli aqressiv mühitlərdə baş verən korroziya prosesləri üçün ingibitorlar və onların qarışıqları hazırlanmış, elektrokimyəvi və birgə mühafizə metodlarının istifadə edilməsi şəraiti öyrənilmiş, səthlərin elektrokimyəvi işlənməsi, metal və qeyri-metal örtüklərdən istifadə etməklə sənayenin müxtəlif sahələri üçün elmi cəhətdən əsaslandırılmış metodlar və mühafizə vasitələri işlənib hazırlanmışdır;

- kompleks əmələgətirən polimer sorbentlər və metal polimer kompleks ka­talizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır. Metalın sorbsiya olunması üçün əlverişli vəziyyət yaradan şişmiş polimer gellərdən seqmentlərin konfor­masion dəyişdirilməsinin sürətini müəyyən edən yeni mərhələ aşkar edil­mişdir;

- metalpolimer komplekslər əsasında tərkibində oksigen və azot funksional qrupu olan makroliqandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında gel-immobilizə olunmuş katalitik sistemlər alınmışdır. Yüksək dərəcədə şişmə qabiliyyətinə malik olan belə katalizatorlar kimyəvi cəhətdən özlərini homogen katalizator kimi aparır, digər tərəfdən onlar heterogen katali­zatorlar kimi reaksiya mühitindən asanlıqla ayrılıb təkrar istifadə oluna bilər. Onların aşağı molekullu olefinlərin dimerləşməsi və sodimerləşməsi reaksiya­la­rında yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir.

Əvvəllər hər iki İnstitutda, hazırda isə Kataliz və   Qeyri-üzvi  kimya İnstitutunda   elmi-tədqiqat işlərinin aparıması üçün  21  qrant  alınmışdır.  

QÜFKİ-nin nəzdində olan Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro  32 illik elmi-texniki  fəaliyyətinin nəticələrinə görə  müxtəlif illərdə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 12 medalına (qızıl, gümüş, bürünc) layiq görülmüş, SSRİ ixtiraçısı döş nişanı ilə təltif edilmiş, 20 ixtira istehsalata tətbiq olunmuşdur.

Aparılmış tədqiqat işləri  üzrə 220-dən çox müəlliflik şəhadətnaməsi və patent  alınmışdır. Müxtəlif sahələr üzrə 2 elmlər doktoru, 25 elmlər namizədi hazırlanmışdır.

Institutun fəaliyyət göstərdiyi 80 ilə yaxın dövr ərzində aparılan elmi tədqiqatların nəticələri 6500-dən artıq mə­qa­lədə, 600 müəlliflik şəhadətnaməsində, 60-dan çox xarici patentdə, 80-dən artıq mo­no­qrafiyada öz əksini tapmış, 60 elmlər doktoru, 300 kimya və texnika  üzrə fəlsəfə doktoru hazırlanmışdır.

Hazırda İnstitutda 8 şöbə və bu şöbələrin nəzdində 30 laboratoriya fəaliyyət göstərir. Bundan başqa “Fiziki-kimyəvi analız cihazlarından kollektiv istifadə mərkəzi”, “Elmi informasiya və patent tədqiqatları”, “Elmi nəşrlər” və “Beynəlxalq əlaqələr, qrant layihələri və İnnovasiya” şöbələri də fəaliyyət göstərir.

2014-2015-ci illərdə 10 monoqrafiya, 250-dən çox məqalə (respublika və xarici jurnallarda, həmçinin Science Citation Index bazasına daxil olan jurnallarda) və tezislər  (respublika və beynəlxalq konfranslarda) çap olunmuş, patentlər və müsbət rəylər alınmış, institut əməkdaşlarının elmi işlərinə çoxsaylı istinadlar edilmişdir.

2014-cü ildə İnstitutun şöbə müdiri akademik Tofiq Nağıyev Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülüb.

Institut əməkdaşlarının təqdim etdiyi  10 elmi-təd­qiqat layihəsi  Azərbaycan Respublikası  Дювлят Нефт Ширкя­тинин Елм Фондуnun və Azərbaycan Pespublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun  qrantlarına layiq görülmüşdür

İnstitutda 479 əməkdaş, o cümlədən  4  akademik, 5 müxbir  üzv,  38  elmlər doktoru və  143  fəlsəfə doktoru (kimya və texnika üzrə) calışır.

Son 5 ildə institutda 5 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.

İnstitutun naliyyətləri Bakı Elm Festivalı Sərgisində (2014-cü il), I Respublika Əqli Mül­kiyyət və İnnovasiya   Sərgisində (2015-ci il) və  Beynəlxalq Neft və Qaz Sərgisində (2015-ci il ) nümayiş etdirilmişdir.

2008-ci ildən “Gənc Alimlər Şurası”, 2013-cü ildən isə  “Gənc Alim və Mütəxəssislər Şurası” adı ilə fəaliyyət göstərir. Şuranın təşkilatçılığı ilə 3 respublika elmi seminarı keçirilmişdir. Həmçinin Şura "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunmuş Gənc alim və mütəxəssislərin "Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya) aktual problemlərinin həllində multi­dissp­linar yanaşmanın rolu” adlı I Beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. Şura üzv­lə­rindən 3 nəfəri AMEA RH-nin 28 may Res­pub­lika günü ilə əlaqədar olan qrant müsabiqəsində 1-ci, 2-ci,  yerlərə, ARDNŞ Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən AMEA-nın Gənc alimlərinin müsabiqəsində 1 nəfər 2-ci, 2 nəfər isə 3-cü yerə layiq görülmüşdür. Şuranın təşəb­büsü ilə institutda təsis olunan akademik M.Nağıyev adına mükafat 3 nəfər gənc alim və tədqiqatçıya verilmişdir.

İnstitutda qeyri-üzvi kimya-2303.01, kimya texno­lo­giyası və mühəndisliyi -3303.01, kim­yəvi kinetika və kataliz -2316.01 ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. 2014-cü ildə Şurada 19 dissertasiyanın (3 elmlər doktoru, 16 fəlsəfə doktoru) müdafiəsi keçirilmişdir. Hazırda institutda 30 doktorant və 26 dissertant elmi araşdırmalarla məşğul olur.


2014-2015-ci illərdə  İnstitutda  (İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəsi ilə) "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar", (Almaniyanın Berlin Texniki Univer­siteti, Böyük Britaniya Kral Elmi Cəmiyyətinin Hüddersfild Universiteti və Belarus Respublikasının Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutu ilə )"Neft mən­şəli kaustobiolitlərdən alınan nanokarbon mate­rialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar" beynəlxalq laboratoriyaları yaradılmışdır.   Institut Yaponiya, Almaniya, Fransa, İspaniya, İtaliya, İsveç, Hollandiya, Danimarka, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Səudiyyə Ərəbistanı, Misir və s. ölkələrin 40-dan artıq, həmçinin Respublikanın bir sıra elmi-tədqiqat müəssisələri və universitetləri ilə  elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq elmi mətbuatda dərc olunan bir çox əsərlərdə öz əksini tapmişdır.

2014-ci ildə ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

- molekulyar naqillər kimi nano-elektronikada pers-­ pektiv materiallar hesab edilən və xətti molekul zəncirində 11 nikel atomu saxlayan metal-strinq kompleks ilk dəfə sintez edilmişdir. İndiyə qədər məlum olan molekulyar naqillər arasında uzunluğu ən çox (32.4 Å) olan bu kompleks ilk metal-strinq molekuldur ki, tərkibində qarışıq valentli nikel hissəcikləri saxlayır;

- reniumun mislə selenidlərinin nazik təbəqələrinin elektro­kimyəvi alınma üsulu işlənilmişdir. Çevrilmə və yaddaş effektinə malik olan belə nazik təbə­qələr diod kimi yarımkeçiricilər texnikasında və fotoelektrod kimi günəş ener­ji­sinin çevrilməsində perspektivli materiallar hesab edilirlər;

- ərintidən kristallaşma proseslərinin idarə oluna bil­mə­sini nəzəri əsaslandırmaq üçün binar və kvazibinar sistemlərdə faza diaqramlarının tarazlıq koordinatlarını, kristallaşma prosesinin termodinamik və kinetik para­metr­lərini əlaqələndirən yeni tənlik alınmış və müxtəlifsistemlərə tətbiq etməklə təcrübi sübut edilmişdir;

- neft emulsiyasının sudan ayrılmasının və təbə­qələşməsinin effektivlik dərəcəsini, zamandan asılı olaraq ayrılan suyun miqdarını və prosesin aparat tərtibatını hesablamaq üçün su damlalarının koalessensiyasının yeni kinetik modeli yaradılmışdır.

2015-ci ildə ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

- İlk dəfə olaraq  əsas işçi elementi dəmirporfirin biomimetik katalizatoru olan yarımkeçirici (Si) tərkibli katalaz tipli biomimetik elektrod hazırlanmışdır. Elektrodun yüksək aktivliyi və həssaslığı H202-in məhlulda 10-6 küt.%-ə qədər qatılığını təyin etməyə imkan verir və H2O2-in təsirinə qarşı davamlı olub təkrar istifadə üçün yararlıdır.

- Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsinin yeni metodu (optimal uzlaşdırılmış material və istilik axınlarının təyini) işlənib hazırlanmışdır.

- Doksorubisin antibiotikinin uzun müddətli bioloji aktivliyini saxlamaq məqsədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

- ШХ15 poladı üzərində qarışıq Cr-Ti karbidləri formalaşdırılmış örtüyə molibdenin daxil edilməsi ilə poladın korroziyaya və eroziyaya dayanıqlığı əsaslı şəkildə yüksəldilmiş və onun pittinq əmələgətirmə potensialı 200 mV müsbət tərəfə sürüşdürülmüşdür. Termodiffuziya üsulu ilə işlənmiş bu tip poladlar sənayenin bir çox sahələrində, o cümlədən hərbi sənayedə də istifadə oluna bilər.

- Pirokondensatın yüngül qətranından ilk dəfə olaraq yeni texnologiya ilə alkilləşmə prosesində xammal kimi istifadə edilə bilən, təmizliyi 98,5% olan benzolun alınma prosesi təklif olunur. Üsul texnoloji cəhətdən sadəliyi, hidrodealkilləşmə mərhələsini istisna etməyi, az enerji və  metal tutumluğu, iqtisadi cəhətdən əlverişli olması ilə fərqlənir.

Uzun müddət ardıcıl aparılmış elmi-tədqiqat işlərinin nəticəsi dövlət səviyyəsində qiymətləndirilmiş və  bu institutların əmək­daşlarından  1 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 1 nəfər «Lenin» mükafatına, 5 nəfər  Azərbaycan  Dövlət Mükafatına,  1 nəfər SSRİ Lenin Komsomolu mükafatına, 2 nəfər «Lenin», 1 nəfər «Oktyabr İnqilabı», 3 nəfər «Qırmızı  Əmək Bayra­ğı», 5 nəfər «Şərəf Nişanı», 5 nəfər «Şöhrət» ordenlərinə, 5 nəfər «Əməkdar elm xadimi» fəxri adına,  Əməkdə fərqləndiyinə görə, «Tərəqqi», Akademik N.S.Kurnakov  adına medallara,  Azərbaycan Ali Sovetinin və AMEA-nın Fəxri Fərmanlarına  və digər mükafatlara layiq görül­müşlər. 

                                                                            2016-cı ildə ƏLDƏ EDILƏN MÜHÜM NƏTICƏLƏR:

1. Daşkəsən filiz hövzəsində yerləşən Alunit filizinin emal məhsullarından istifadə etməklə ərazidə yerləşən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların  çıxarıl­ma­­sı­­nın optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə  olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır. (akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) (şəkil 1).

İcraçılar: kimya üzrə elmlər doktoru Arif Heydərov, Aybəniz Quliyeva və geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay (AMEA Geologiya və Geofizika İnstitutu) 



Şəkil 1. Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların çıxarılmasının laboratoriya şəraitində mobil texnoloji qurğusu

 A. A. Haydarov, Ch. M. Kashkay, A.A.Guliyeva,A.B.Huseynova, Z. R. Jafarov and ets. Recovery of precious metals from Dashkesan mineral tailings by combined methods. Azerbaijan Chemical journal. 2016, №3, c. 121-129.

 2.  Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqi nəticəsində bu materialların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantennalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf  obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır (şəkil 2).

İcraçilar: AMEA müxbir üzvü Məhəmməd Babanlı, kimya üzrə fəlsəfə doktoru Ziya Əliyev

Şəkil 2. Sahə-effekt tranzistorları üçün nano antennaların SEM  təsviri

Viti L., Coquillat D.,Politano A.,Kokh K.A., Aliev Z.S., Babanly M.B.,Tereshchenko O.E., Knap W., Chulkov E.V., Vitiello M.S. Plasma-Wave Terahertz Detection Mediated by Topological Insulators Surface States // Nano Letters, 2016, v.16, pp.80−87.

 3.  Mingəçevir su anbarının sualtı polad  qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42-  ionları ilə  qidalanaraq  H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar (şəkil 3).

İcraçılar: kimya üzrə fəlsəfə doktoru Hilal Tahirli, kimya üzrə fəlsəfə doktoru Süleyman Verdiyev, biologiya üzrə fəlsəfə doktoru Könül Baxşəliyeva (Mikrobiologiya İnstitutu)

                                                             a                     b                       c

Şəkil 3. Polad nümunələrin Mingəçevir su anbarında korroziya sınaqlarından sonrakı görünüşü, a –ilkin metal; b– 4 aylıq sınaqdan sonra;  c – 11 aydan sonra. 

H.M.Tahirly, S.Ch.Verdiev, K.F.Bakhshaliyeva, acad. D.B.Taghiyev. Corrosion of carbon steel St-3 under exploitation of hydrotechnical utilities builts on the Kura and Aras rivers. Reports of National Academy of Sciences of Azerbaijan, 2016, № 2.         

4.  Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli  fenilendiaminlərin monomer və oliqomerlərinin, onların komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır. 

                                                                Dördəvəzli fenilendiaminin mis ilə polimer kompleksi 

 

İcraçılar: AMEA-nın müxbir üzvü Əjdər Məcidov, kimya üzrə fəlsəfə doktoru Pərizad Fətullayeva, Səbinə İsmayılova

С.З.Исмаилова, А.А.Меджидов, П.А.Фатуллаева, Р.Дж.Касумов, И.Мамедов. Полу­чение полимера конденсацией о-фенилендиамина и п-ксилилендибромида и его свойства. Журнал Неорганической Химии.             
 

5.  İlk dəfə olaraq tərkibində keçid metalları olmayan nanoquruluşlu polimer karbon nitridin hidrogen molekulunu aktivləşdirmək xassəsi müəyyən edilmiş və bu katalizatorun iştirakı ilə çoxtonnajlı sənaye məhsulu olan polistirol istehsalında   fenilasetilenin stirola  selektiv hidrogenləşmə üsulu işlənib hazırlanmışdır.

                                                                Fenilasetilenin stirola və etilbenzola hidrogenləşməsi 

 

İcraçılar: kimya üzrə elmlər doktoru Vaqif Əhmədov, kimya üzrə fəlsəfə doktoru İsrafil Əhmədov, Vüsal Əhmədov, kimya üzrə fəlsəfə doktoru Həbib Nurullayev

V.M. Akhmedov, I. Ahmadov, H.G. Nurullayev, V.M. Ahmadov. New metal-free  Catalysts  for the selective hydrogenation of multiple bonds in aromatic hydrocarbons based on graphitic carbon nitrides.  Azerbaijan Chemical Journal, 2016,  № 4.

 

6.  Sualtı  obyektlərin  aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri  alınmışdır.

İcraçılar: akademik Dilqəm Tağıyev, kimya üzrə elmlər doktoru Nizami Zeynalov, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov, Səadət Hümbətova

S.F.Humbatova, N.A.Zeynalov, D.B.Taghiyev, Sh.Z.Tapdigov, S.M.Mammedova. Chitosan polymer composite material containing of silver nanoparticle // Digest Journal of Nanomaterials and Biostructures, 2016, Vol.11,. № 1, p.39-44.

 

7.  Filiz emalı tullantı sularından yüksək faizlə (90-95%)  Cu2+ və Zn2+ ionlarının  çıxarılması üçün modifikasiya olunmuş bentonit  filtri  hazırlanmış və İran İslam Respublikasının Gilan Almas şirkətində sənaye miqyasında sınaqdan  keçirilmişdir.  Alınan nəticə  təbii bentonit və ənənəvi istifadə  olunan aktiv kömürdən 1,5 dəfə yüksəkdir.

İcraçılar: kimya üzrə elmlər doktoru Əli Yaqubov, Şahab Nasseri,  Elvin Cabbarov

Şəkil 4. Filiz emali tullanti sularindan cu2+ və zn2+ ionlarinin  çixarilmasi üçün istifadə olunan qurğunun texnoloji sxemi

1- Flotasiya çəni, 2-Qarışıq üçün çən, 3- Zəif axın üçün çən, 4- İlkin çökdürülmə, 5- Tarazlayıcı çən, 6- Hidroliz üçün bioreaktor, 7- Bioreaktor antasid, 8- Asetat çəni, 9- Metan üçün çən, 10- Aktiv şlam reaktoru, 11- Bioloji çökdürülmə çəni, 12- Xloru qarışdırma çəni, 13- Karbon filtri, 14- Bentonit UF –filtri, 15-Aktiv şlamın saxlanılması üçün yer, 16-Əhəngin içəri ötürülməsi üçün sistem, 17- Atomun ötürülməsi üçün sistem, 18-Xlorun ötürülməsi üçün sistem

 Ş.A.Nasseri, G.R.Kiani, A.I.Yaqubov, A.Alemi, A.N.Nuriev. Kinetics and thermodynamics study of zinc ions adsorption on to modified nanobentonite Chemical Engineering, 2016, V. 82,  №12, p. 820-826.

 

 

 

JURNALLAR
Faydalı linklər