Elmi ezamiyyət

 

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun

əməkdaşlarının xarici ölkələrə ezamiyyəti haqqında  məlumat  

(2017 il)

 

1.Ekoloji kataliz laboratoriyasının müdiri , k.e.d Arif Əfəndi 09.09.2017-ci il tarixində 8 gün müddətinə (18.09.2017) “Sənaye əhəmiyətli katalitik proseslərin kinetika və mexanizmi “ elmi tədqiqat proqramına uyğun olaraq Orta Dolu Texnik Universitetinə və eyni zamanda 29 Ulusal Kimya Konqresində iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə ezam edilmişdir.

2.İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 21.02.2017- ci il tarixindən 4 gün müddətinə Qazaxstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağında iştirak etmək üçün Qazaxstanın Almata şəhərinə ezam edilmişdir.

3.AMEA-nın vitse-prezidenti , İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 23.05.2017-ci il tarixindən 8 gün müddətinə(31.05.2017) İspaniya Krallığının Donostia Beynəlxalq Fizika Mərkəzi ilə Beynəlxalq laboratoriyada alınan nəticələri müzakirə etmək və gələcəkdə aparılan tədqiqatları planlaşdırmaq məqsədilə İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam edilmişdir.

4.“Funksional materialların komponentlərinin sintezi” laboratoriyasının müdiri Əliyev İmir 30 iyun və 03,04,05 iyul tarixlərdə Gəncə Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının sədri təyin edildiyi üçün Gəncə şəhərinə ezam edilmişdir.

5.İnstitutun elmi işlər üzrə direktor müavini Babanlı Məhəmməd 25.06.2017-ci il tarixindən 8 gün müddətinə Rusiya EA-nın Sibir filialının Nikolayev adına Qeyri-üzvi Kimya İnstitutuna “Kvant Kompütinqi və Spintronika üçün Qabaqcıl Materiallar” beynəlxalq laboratoriyasının 2017-ci il üçün elmi-tədqiqat proqramı üzrə tədqiqatların bəzi nəticələrini və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiyanın Novosibirsk  şəhərinə ezam edilmişdir.

6.AMEA-nın vitse-prezidenti , İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 26.08.2017-ci il tarixindən 8 gün müddətinə İtaliyanın Florensiya şəhərində keçiriləcək Kataliz üzrə 13-cü Avropa Konqresində məruzə ilə çıxış etmək məqsədilə Florensiya şəhərinə ezam edilmişdir.

7.“Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının ap.e.i. Verdiyev Suleyman 07.08.2017 -17.08.2017 –il tarixində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə olan razılaşmaya əsasən Varvara su elektrik stansiyasında olan polan avadanlıqların korroziya davamlılığına tədqiq etmək məksədi ilə Mingəcevir şəhəri Varvara su elektrik stansiyasına ezam edilmişdir.

8. “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının müdiri Əliyev Akif Şıxan oğlu 08.10.2017-ci il tarixdən 6 gün müddətinə UMEA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ETP-nın “Polimer karbon nitrid əsasında kimyəvi və fotoelektrokatalik proseslər üçün katalizatorun sintezi və tədqiqi” mövzusunda alınmış nəticələrin müzakirəsi və fotoelektrokataliz sahəsində məsləhətləşmələrin aparılması üçün ezam edilmişdir.

9. İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 03-10 noyabr 2017- ci il tarixlərində 8 gün müddətinə Fransa Respublikasının Paris şəhərində keçiriləcək YUNESKO –nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində elm, təhsil və mədəniyyət komissiyalarının iclaslarında iştirak etmək məqsədilə ezam edilmişdir.

(2016 il)

 

1. 6№li  laboratoriyanın müdiri Mirsəlim Əsədov 04.10.2016-ci il tarixdən MAAN-ın (Elmlər Akademiyasının Beynəlxalq  Assosiasiyası) Elektron Texnikası üçün funksional materiallar  problemi üzrə Elmi Şurasının illik iclasında məruzə ilə çıxış etmək üçün Moskva şəhərinə ezam edilmişdir.

2. “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbəsinin müdiri Ziya Əliyev 30.09.2016-cı il tarixdən Fransanın Aix- Marseille universiteti ilə birgə elmi əməkdaşlığı çərçivəsində birgə elmi-tədqiqat işlərinin planlanması və yeni tədqiqat mövzularını müzakirə etmək üçün Fransaya ezam edilmişdir.

3. İnstitutun direktoru Dilqəm Tağıyev 20.09.2016-cı il tarixdən Gürcüstan Respublikasının R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə ezam olunmuşdur.

4. “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının (3№li) müdiri Akif Əliyev 20.09.2016-cı il tarixdən Gürcüstan Respublikasının R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə ezam olunmuşdur. 

5. İnstitutunun direktoru Akademik Dilqəm Tağıyev 26.06.2016-cı il tarixdən “Olefinlərin katalitik polimerləşməsi” nə həsr olunmuş Beynəlxalq konfransda iştirak  etmək məqsədilə İtaliya Respublikasının Sorrento şəhərinə ezam edilmişdir. 

6. 28 №-li laboratoriyanın müdiri Eldar Zeynalov 15.05.2016-cı il tarixindən Politexnik Milli Universitetində və Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “ Neft –Qaz sənayesində və Neft Kimyasında Tərəqqi” 8-ci Beynəlxalq Elmi texniki və 10-cu Beynəlxalq “Üzvi və Qeyri-üzvi Materiallarda Elektron prosesləri” adlı konfranslarda məruzəçi və Beynəlxalq Komitənin   üzvi kimi iştirak etmək üçün Ukraynanın Lvov və Ternopol şəhərinə ezam olunmuşdur.

7. Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsinin müdiri Ziya Əliyev 02.05.2016-cı il tarixindən, topoloji izolyatorların sintezi və tədqiqi sahəsində birgə elmi əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri apartmaq üçün İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.

8.28 №-li laboratoriyanın müdiri Eldar Zeynalov 30.03.2016-cı il tarixindən “Tədqiqat və İnnovasiyalar” Horizon 2020 Avropa Birliyinin Proqramı çərçivəsində keçirilən “ Applied research in chemistry : Smart materials for a smart Futere” Beynəlxalq seminarın işində iştirak etmək və orada məruzə ilə çıxış etmək üçün Bolqarıstanın Sofiya şəhərinə ezam olunmuşdur.

9. AMEA-nın prezidentinin 28 yanvar 2016-cı il tarixində institutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı və Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsinin müdiri Ziya Əliyev, Beynəlxalq Materialşunaslıq Cəmiyyətinin təşkilatçılıgı ilə Almaniya Federativ Respublikasının Ştutqart  Şəhərində keçiriləcək “Heterogen çoxkomponentli tarazlıqlar “ mövzusundakı 30-cu beynəlxalq seminarda iştirak etmək məqsədilə 31.01.2016-cı il tarixindən Almaniyanın Ştutqart şəhərinə ezam olunmuşlar. 

                                                                            (2015 il)

  1. İnstitutun direktoru, akademik Dilqəm Tağıyev Bəbir oğlu 23.02.15 il tarixində İspaniyanın Madrid şəhərində 8 gün müddətinə keçirilən “Multidissiplinar Enerji və Materialların-Tədqiqi” adlı konfransda məruzə ilə  iştirak  etmişdir.
  2. Beynəlxalq əlaqələr, qrant lahiyələri və innovasiya şöbəsinin müdiri,k.ü.f.d., Əliyev Ziya Səxavəddin oğlu 01.05.15 il tarixindən 2 ay müddətinə “Topoloji izolyatorların sintezi və bir sıra fiziki xassələrinin tədqiq” sahəsində elmi tədqiqatlar aparmaq məqsədilə Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.
  3. Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, k.ü.e.d., Əliyev Akif Şıxan oğlu 22.04.15 il tarixindən 10 gün müddətinə ET-2013 Qrant layihəsi çərçivəsində alınmış elmi nəticələrin müzakirəsi və korroziyaya davamlı təbəqələrin bəzi xassələrinin öyrənilməsi məqsədilə Kiyev şəh., UMEA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ezam olunmuşdur.
  4. Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyasının  müdiri k.ü.e.d., Əsədov Mirsəlim Mirələm oğlu 24.05.15 il tarixindən 8 gün müddətinə BEA Elmi Şuranın illik hesabatında məruzə ilə çıxış etmək və BEA “Materialşünaslıq Mərkə-zində” qeyri-üzvi və yarımkeçirici maddələrin tədqiqi üzrə birgə təcrübələrin aparılmasını təşkil etmək və hesablama proqramları ilə tanış olmaq məqsədilə Minsk şəhərinə ezam olunmuşdur.
  5. Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının  müdiri k.ü.e.d., Zeynalov Eldar Bahadur oğlu 30.06.15 il tarixin­dən 6 gün müddətinə “Polimer və Müasir Metallar” Beynəlxalq simpoziumda  iştirak  etmək üçün Gürcüstanın Batumi şəhərində yerləşən, Batumi Dövlət Universitetinə ezam olunmuşdur.
  6. Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, k.ü.e.d., Əliyev Akif Şixan oğlu 21.07.15 il tarixindən 10 gün müddətinə Tetra texnoloji sistemlər LTD şirkətilə tanışlıq və alınmış korroziyaya davamlı nazik təbəqələr üzərində bəzi ölçmələrin aparılması məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşdur.
  7. Renium ərintilərin elektrokimyası və elektrokatalizi laboratoriyasının müdiri k.ü.e.d., Salahova Elza Əbdüləziz qızı 23.08.15 il tarixindən 7 gün müddətinə İstanbul Texniki Universiteti ilə yaxından tanışlıq və əməkdaşlıq məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşdur.
  8. Seolit katalizi  laboratoriyasının əməkdaşları, elmi işçi Nəcəf-quliyev Ülvi Mehdi oğlu və qiyabi doktorant Ağayev Fuad Allahverdi oğlu  01.09.15 il tarixindən10 gün müddətinə SEM  laboratoriya Cihazları şirkəti ilə yaxından tanış olmaq və əməkdaşlıq etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşlar..
  9. Beynəlxalq əlaqəlar, qrant lahiyələri və innovasiya şöbəsinin müdiri,k.ü.f.d., şöbə müdiri Əliyev Ziya Səxavəddin oğlu 01.10.15 il tarixindən 2 ay müddətinə Advanced Materials for Spintronics and Quantum Computing” adlı beynəlxalq laboratoriyanın proqramı əsasında birgə elmi-tədqiqat işləri aparmaq məqsədilə İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.
  10. Kimya Elmləri və Texnologiyaları üzrə I Beynəlxalq Türk Konqresinin Elmi Komitəsinin üzvü və proqrama daxil edilmiş məruzələrin müəllifi kimi akademik Dilqəm Tağıyev və laboratoriya müdiri elmlər doktoru Vaqif Əhmədov Bosniya və Herseqovinanın Sarayevo şəhərində 27.10.15 il tarixindən 7 gün müddətinə davam edecek konqresdə iştirak etmək məqsədi ilə ezam olunmuşlar.
  11. “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbəsinin müdiri Ziya Əliyev 02.12.2015-ci il tarixdən 29 gün müddətinə yeni yaranmış “Advanced Materials for Spintronics and Quantum Compouting” adlı beynəlxalq laboratoriyanın proqramı əsasında İspaniyanın San Sebastyan şəhərinin Donostia Beynəxalq Fizika Mərkəzinə ezam olunmuşdur.
  12. İnstitutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 07.12.2015-ci il tarixindən 5 gün müddətinə Rusiya Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ARDNŞ qrantı üzrə ezam olunmuşdur..
  13. Laboratoriya müdiri Eldar Zeynalov 16.12.2015-ci il tarixindən 78 gün müddətinə Berlin Texniki Universitetində Funksionallaşdırılmış karbon nano boruları sahəsində birgə elmi işlərin aparılması üçün  Almaniyanın Berlin şəhərinə ezam   olunmuşdur.
  14. Laboratoriya müdiri Akif Əliyev 17.12.2015-ci il tarixindən 5 gün müddətinə laboratoriyada alkınmış bəzi nümunələrin elektron mikroskopu vasitəsilə tədqiq edilməsi və Naxçıvan Bölməsi ilə gələcəkdə elmi əlaqələrin qurulması       perspektivlərini müzakirə etmək məqsədilə Naxçıvan şəhərlərinə ezam ezam olunmuşdur.

 

JURNALLAR
Faydalı linklər