Elanlar
AMEA-nın magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrların nəzərinə!
Avg 16, 2017 | 12:33
Oxunub 164 dəfə

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 

- 4 ədəd fotoşəkil (3×4 sm).

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2017-ci il avqust ayının 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində aparılacaqdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə nömrəsi: (+994 12) 539 20 35

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150

JURNALLAR
Faydalı linklər