Elanlar
Yunanıstanda “Kimya və ətraf mühit” mövzusunda on yeddinci beynəlxalq konfrans keçiriləcək
İyn 29, 2018 | 13:11
Oxunub 83 dəfə

2019-cu il iyunun 16-dan 20-dək Yunanıstanın Saloniki şəhərindəki Aristotel Universitetində Yunan Kimyaçılar Birliyi və Avropa Kimya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kimya və ətraf mühit” mövzusunda on yeddinci beynəlxalq konfrans keçiriləcək.

Bakı Dövlət Universitetindən bildiriblər ki, beynəlxalq tədbirdə iştirakla bağlı məlumat və tezis elektron formada 2019-cu il yanvarın 15-dək ice2019.org ünvanına göndərilməlidir.

Konfransa qəbul edilən tezislər haqqında məlumat 2019-cu il fevralın 15-dək bildiriləcək.

Ətraflı məlumat əldə etmək istəyənlər konfransın icce2019.org adlı saytına müraciət edə bilərlər.

 AZƏRTAC

JURNALLAR
Faydalı linklər