Elanlar
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar Apellyasiya Komissiyası yaradılıb
İyn 04, 2018 | 13:22
Oxunub 252 dəfə

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apellyasiya Komissiyasına iyunun 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

JURNALLAR
Faydalı linklər