Elanlar
Akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
Mart 09, 2018 | 09:37
Oxunub 598 dəfə

9 oktyabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunan “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Tədbirdə “Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”, “Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar” və “Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar” bölmələri üzrə məruzələr dinləniləcək.

JURNALLAR
Faydalı linklər