Elanlar
İspaniya Krallığının Asturiya Şahzadəsi Fondunun Asturiya Şahzadəsi Mükafatı
Fev 09, 2018 | 11:48
Oxunub 275 dəfə

2018-ci il üçün İspaniya Krallığının Asturiya Şahzadəsi Fondunun Asturiya Şahzadəsi Mükafatlarına müsabiqə elan edilmişdir. Müsabiqə incəsənət, ədəbiyyat, rabitə və humanitar elmlər, ictimai elmlər, elmi və texniki tədqiqat, beynəxalq əməkdaşlıq kateqoriyaları üzrə keçirlir və bəşəriyyətin inkişafına mühüm töhfələr vermiş şəxs, qrup və ya təşkilatlara təqdim ediləcək.

Namizədləriniz olduğu təqdirdə 20 fevral 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməyiniz xahiş olunur. Ətraflı məlumat www.fpa.es/en/ səhifəsində əldə edilə bilər.

Qoşma: 10 səhifə

JURNALLAR
Faydalı linklər