Elanlar
Elan
Yan 18, 2018 | 13:09
Oxunub 965 dəfə

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş

“Nağıyev qiraətləri” Beynəlxalq konfransı

 

(Bakı şəhəri, 2018-ci il)

 

Azərbaycan Milli Elmlər Akademiyası və  akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2018-ci ilin may ayında akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Nağıyev qiraətləri” Beynəlxalq konfransı  keçirəcəkdir. Konfransda gənc alimlər arasında  ən yaxşı məruzə üçün akademik M.Nağıyev  adına mükafatın verilməsi nəzərdə tutulur.

Konfransın əsas elmi istiqamətləri:

-         kimya mühəndisliyi və texnologiyası;

-         kimyəvi kinetika və kataliz;

-         fiziki kimya.

Konfransın keçirilməsində məqsəd son illərdə aparılmış elmi tədqiqat işlərinin nəticələrini  müzakirə etmək,  mütəxəssislər arasında informasiya mübadiləsi aparmaq və elmi işlərin perspektivliyini müəyyənləşdirməkdən ibarətdir.

Tezislər 1 səhifə həcmində, A4 formatlı kağızda, Times New Roman, 11 şrift­lə, soldan və sağdan 20mm, yuxarıdan və aşağıdan 30mm boş sahələr saxlamaqla 1 intervalda çap edilməli və electron variantla birlikdə təqdim olunmalıdır. Tezislər azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər. Mətnlərə daxil olan kimyəvi formullar və düsturlar kompüterdə yığılmalıdır. Tezislər 2018-ci il aprel ayının 15-nə kimi müəllifin işlədiyi təşkilatın və ya müəssisənin rəhbərliyinin təşkilat komitəsinin sədrinə məktubu ilə qəbul olunur.  Təşkilat komitəsi tərəfindən bəyənilməyən materiallar geri qaytarılmır. Tezislərdə buraxılan elmi və texniki səhvlərə görə məsuliyyəti müəllif  daşıyır.

Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:

-     Vərəqin ortası ilə tezisin adı (iri hərflərlə, 11 şriftlə qalın), onun altından müəlliflərin adı və soyadı (11 şriftlə qalın) yazılmalı və məruzəçinin adının altından xətt çəkilməlidir. Soyadın altından (bir interval boş saxlamaqla) tezisi təqdim edən institutun (müəssisənin) tam adı (11 şriftlə, kursivlə) və elektron ünvanı verilməlidir.

  Tezisləri aşağıdakı ünvana göndərməyinizi xahiş edirik:

AZ 1143, Bakı, H.Javid pr. 113, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Elmi-informasiya və patent tədqiqatları şöbəsi, 4-cü mərtəbə, otaq №414.

Əlaqə telefonları: (012) 510 74 42

E-mail: chem@science.az

             kataliz80@mail.ru

             www.kqkiamea.az   

JURNALLAR
Faydalı linklər